RSS
 

Login:
Şifrə:
» » Kərbəlada Qasimin toy əhvalatı: həqiqət yoxsa yalan?

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Kərbəlada Qasimin toy əhvalatı: həqiqət yoxsa yalan?

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 6-11-2016, 16:49 | Şərh sayı: (0) | Baxılıb: 496

Kərbəlada Qasimin toy əhvalatı: həqiqət yoxsa yalan?


Kərbəlada Qasimin toy əhvalatı: həqiqət yoxsa yalan? Həzrət Qasimin anasının adı Rəmlə və ya Nüfeylədir. Bu qadın İmam Həsənin (ə) kənizlərindən idi. Ərəblər öz ağasına ərə gedib, ondan oğul dünyaya gətirən qadına “ümmi-vələd” deyirlər. Rəmlə (Nüfeylə) də ümmi-vələd qəbilindən idi. Həzrət Qasimin hicri 46-cı və ya 47-ci ildə doğulduğunu yazırlar. Beləliklə, aşura günündə onun 13 və ya 14 yaşı varmış.

Həzrət Qasim böyük şücaət sahibi idi. Aşuraya keçən gecə İmam Hüseyn (ə) öz tərəfdarlarını toplayıb, onlarla vidalaşdı, sabah özünün və Onunla birlikdə qalan şəxslərin şəhid olacağını bildirdi, hər kəsin düşərgəni tərk edib getməsinə icazə verdi. Bu zaman Qasim əmisindən soruşdu: “Mən də öldürülənlərin arasında olacağammı?” İmam Hüseyn (ə) Qasimin sualına sualla cavab verdi: “Ölüm sənin üçün nə deməkdir?” Qasim buyurdu: “Baldan daha şirindir”. Bu sual-cavab Qasimin Əhli-beyt xanədanına layiq bir övlad olduğunu bariz şəkildə göstərir. Qasimin öz əmisinə verdiyi sual qorxu üzündən deyildi; əgər belə olsaydı, ölümü baldan şirin qəbul etməzdi. O, narahat idi ki, şəhidlik səadəti yaşının azlığına görə ona şamil olmaz. Bu səadətdən mərum qalmadığını yəqinləşdirmək üçün İmama bu sualı vermişdi.

Aşura günündə İmamın bütün səhabələri və Əhli-beyt igidlərinin əksəriyyəti döyüş meydanına çıxıb şəhidlik şərbətini içdikdən sonra Qasim savaşmağa icazə istədi. Şəhidlər Sərvəri əvvəlcə ona izn vermədi. Qasim göz yaşları içində yalvarışını davam etdirdi, nəhayət, öz imamını qorumağa icazə aldı. Yezid qoşununda olanlar rəvayət edirdilər ki, döyüş meydanına həddi-büluğa çatmamış, üzü bədrlənmiş Ay kimi yaraşıqlı olan bir yeniyetmə çıxdı. Bədəninin ölçüsünə uyğun gələn zireh olmadığı üçün, döyüşə adi libasda, zirehsiz çıxmışdı. Hətta ayaqqabısının bir tayının bağı qırılmışdı. Bu yeniyetmə İmam Həsənin (ə) yadigarı Qasim idi. Qasim döyüş meydanına düçməni lərzəyə salan rəcəzlə (döyüş şeri) ilə girdi. Deyirlər ki, yaşının azlığına baxmayaraq, əsil igidlərə yaraşan şücaətlə vuruşmuş və xeyli adamı cəhənnəmə vasil etmişdi. Sonda arxadan vurulan bir xain zərbənin nəticəsində yerə yıxıldı. 200 nəfərdən artıq döyüşçü Qasimin ətrafını bürümüşdü. Onlardan biri xəncərini sıyırıb yaxına gəldi ki, Qasimin başını kəssin. Taqəti üzülmüş Qasim əmisini harayladı. İmam Hüseyn (ə) özünü meydana yetirəndə düşmən əsgərləri pərən-pərən oldular. Qasimin başını kəsmək istəyən cəllad İmamla savaşmağa cəhd göstərəndə, o həzrət bir zərbə ilə qolunu biləkdən üzdü. Həmin məlun öz tərəfdarlarının atlarının tapdağı altında qalıb cəhənnəmə vasil oldu.

İmam Hüseyn (ə) Qasimi bağrına basanda o, hələ sağ idi. Deyirlər ki, ağrının şiddətindən ayaqlarını yerə vururdu. Nəhayət, əmisinin qolları arasında ruhunu Allaha təslim etdi. İmam Hüseyn (ə) Qasimin cənazəsini çiyninə alıb xeymələrə sarı gətirdi, Əli Əkbərin nəşinin yanında yerə qoydu...

Qasim təziyə məclislərində, rövzə və şəbihlərdə ən çox xatırlanan obrazlardan biridir. Lakin təəssüf ki, onun tarixi simasına bəzi həqiqətdən uzaq çalarlar da əlavə ediblər. Yüz illərdir ki, Kərbəla çölündə İmam Hüseynin (ə) öz qızını Qasimə ərə verməsi, onlar üçün toy etməsi barədə rəvayətlər danışılır, hətta şəbihlərdə “Qasim otağı” (yəni Qasimin toy otağı) adlı bir element də meydana gəlib. İnsaflı və dəqiq araşdırmalar bu rəvayətin həqiqətdən uzaq olduğunu söyləməyə tam əsas verir.

Hər şeydən əvvəl bunu qeyd edək ki, aşağıdakı mötəbər mənbələrdə Qasim ibn Həsənin (ə) toy əhvalatı doğru sayılmayıb:

Şeyx Abbas Qumi. Müntəhal-amal.

Şeyx Hüseyn Nuri. Lölö vəl-mərcan.

Mürtəza Mütəhhəri. Həmaseyi-Hüseyni.

Şeyx Abdullah Maməqani. Tənqihül-məqal.

Mühəmməd Təqi Şüştəri. Qamusür-rical.

Şeyx Cəfər Şüştəri. Fəvaidül-məşahid və s. mənbələr.

Qasimin Kərbəla səhrasında toy edib İmam Hüseynin (ə) qızı ilə evləndiyini qeyd edən ilk mənbə Molla Hüseyn Vaiz Kaşifinin “Rövzətüş-şühəda” kitabıdır. Aşura faciəsindən “Rövzətüş-şühəda”nın yazıldığı vaxta kimi keçən 800 il ərzində heç bir mötəbər əsərdə Qasimin toy əhvalatına rast gəlmirik. Kaşifiyə və onun “Rövzətüş-şühəda” əsərinə gəlincə, həm müəllifə, həm də əsərə qarşı şiə alimləri tərəfindən çoxlu etirazlar edilmişdir. Məsələn, Şeyx Hüseyn Nuri və Şəhid Mütəhhəri öz kitablarında Kaşifinin şəxsiyyətini və adı çəkilən əsərdə yol verdiyi xətaları ciddi tənqidə məruz qoymuşlar.

İkincisi, bəzi məntiqi dəlillər də bu əhvalatı şübhə altına salmağa əsas verir. Dediyimiz kimi, aşura faciəsi zamanı Qasim hələ yetkinlik yaşına çatmamışdı. Hətta onun əyninə zireh tapılmırdı. Həddi-büluğa çatmamış bir oğlanın evlənməsi inandırıcı görünmür. Üstəlik, aşura günü bütün hadisələrin döyüş və şəhadət məhvərində dolandığı bir zamanda, yaxınlarını itirən və ölümlə üz-üzə duran İmam Hüseynin (ə) toy barədə düşünməsi, öz qızını ərə vermək fikrinə düşməsi nə qədər məntiqə uyğundur? Nəhayət, Şeyx Hüseyn Nuri, Şeyx Abbas Qumi kimi məşhur tarix və rical alimləri İmam Hüseynin (ə) Kərbəlada ərə veriləcək yaşda subay qızının olmadığını qeyd etmişlər. O həzrətin bir qızı İmam Həsənin (ə) oğlu Həsəni-müsənnada, digər qızı isə İmam Həsənin (ə) o biri oğlu Abdullahda ərdə imiş. Həsəni-müsənnaya ərə getmiş qızın adının Fatimə olduğu məlumdur. Abdullaha ərə getmiş qız isə yəqin ki Səkinədir. Həsəni-müsənna və Abdullah hər ikisi Kərbəlada iştirak etmiş, Abdullah şəhid olmuş, Həsəni-müsənna isə yaralı halda əsir düşmüş və sağaldıqdan sonra Mədinəyə qayıtmışdı.

islam.az



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor