Südün 8 önəmli faydası |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 20-05-2016, 06:47 | Şərh sayı: (0) | Baxılıb: 978
Südün 8 önəmli faydası
Mütəxəsislər südün sağlığımız və gözəlliyimiz üzərindəki 8 önəmli faydasını bildirirlər.
1. Qarın yağlarını əridir.
Kilo alan insanlarda yağlanma qarın və bel bölgəsində yığılmağa başlayır.
Aparılan araşdırmalara görə; orta dərəcəli kalori azaldılması edilən, az yağlı bir dietanın tətbiq edildiyi insana xüsusi qidalanma proqramında, gündə 2 stəkan süd içmək yağ əritmək üçün yetərli olur. Mütəxəsislər tərəfındən aparılan müşahidələrdə südün içindəki kalsiumun orqanizmdəki yağlanmanı azaldaraq kilonu kontrolda saxlamağa köməkçi olduğu ortaya çıxmışdır. Südün tərkibində keyfiyyətli protein ve lioneiq turşu kimi yağ molekulları ilə kiloda nəzarətə köməkçi olur.
2. Güclü sümüklər üçün vacibdir.
Mineral baxımından son dərəcə zəngin olan süd eyni zamanda zəngin bir kalsium qaynağıdır. 1 litr südün tərkibində olan kalsium; 10 kilo ət, 5.2 kilo çörək, 12,6 kilo kartof, 17 kiloqram alma, 3,2 kilo kahı ya da 2,4 kiloqram kökdə olan kalsiuma bərabər miqdarda olur. Bu səbeblə sağlıqlı sümüklərr üçün süd içməyiniz şərtdir.
3. Üz dərinizi cavan saxlayır.
Gözəl ve sağlıqlı bir üz dərisi üçün keyfiyyətli qidalanmaq çox önəmlidir. Südün içində olan proteinlər, antioksidant olan A vitamini və Zn ilə üz sağlığı qorunmuş olur. Süd, üz dərisi üzerində nəmləndirici təsir edərək üz dərisinin korlanmasını və yaşlanmasını gecikdirir. Eynı zamanda südün içindəki maye üz dərisinin nəm tarazlıöını qoruyur. Buna görə də orta yaşlı insanlarda, uşaqların, gənçlərin, hamilə ve emizdirən qadınlar ilə klimaks sonrası dönəmdə qadınların hər gün 2 stəkan süd istifadə etmələri önemlidir.
4. Beyinə ehtiyacı olan enerjini təmin edir.
Yediyimiz qidaların insanın yaddaş, zəka və konsentrasiya gücü üzərində çox önəmli bir təsiri var. Misal üçün orqanizm ağırlığımızın sadəcə yüzdə 2 ilə 3-ü arasında ağırlığı olan beyin, günlük kalorilərimizin orta hesabla yüzdə 25 – 30-unu xərcləyir. Süd beynin ehtiyacı olan enerjini təmin edir. İçindəki yüksək zülal ilə orqanizm toxumalarının inkişafına köməkçı olan süd beyinin funksiyalarına müsbət təsir göstərir.
5. Ürək-damar sistemi üçün çox vacibdir.
Yüksək təzyiqi olan insanların müalicəsində südün müsbət təsirləri bilinir. Yüksək təzyiq üçün istifadə olunan bəzi dərmanların olan əlavə təsirlərini azaltmada südün effektli olduğu görülmüşdür Yağsız ya da yüzdə 1 yağ tərkibli süd orqanizmə daha çox kalsium verir. Kalsium da təzyiqi yüzdə 3-10 arasında, daha da vacibi ürək-damar xəstəliyi riskini yüzdə15-e qədər azalda bilir.
6. Xolesterolu azaldır.
Orqanizmdə xolesterol sintez olunması ilə yanaşı, biz də heyvan mənşəli qidalar orqanizmimizə xolesterol qəbul edirik. Qan xolesterol seviyyəsi yüksək olan insanlarda ürək xəstəliklərindən əziyyət çəkmə və ürək krizi keçirtmə riski daha yüksək olur. Az yağlı olan süddəki hayvi yağ azaldığı üçün təbiiki xolesterolu azaldır. Həmcinin xüsusi ilə süd və tərkibini az yağlı olanlardan seçim etmək, həm daha çox kalsium almağa səbə olur, həm də günlük doymuş yağ ve xolesterol qəbulunu azaldır.
7. Xroniki bronxitin və bağırsaq xərçənginin profilaktikası üçün
20 il boyunca 2000 insanda aparılan bir müşahidədə; gündə 2-3 stəkan süd içən insanlarda bağırsaq xəstəliklərinə, hatta bağırsaq xərçənginə heç rastlanmadığı görülmüşdür. Həmçinin Johns Hopkins Üniversitetində aparılan başqa bir araşdırmada isə süd içən insanlarda xroniki bronxitə heç rastlanmadığı ortaya çıxmışdır. Mütəxəsislər südün; siqaret, spirtli içki və bol miqdarda qəhvə kimi asılılıq yaradan maddələri istifadə edən insanları belə qoruduğuna diqqət çəkirlər.
8. Osteoporozdan qoruyur.
Osteoporoz, ən çox rast gəlinən sümük xəstəliyidir. 50 yaş sonrasında, 2 qadından biri və 4 kişidən birində osteoporoza bağlı qırıqlar görülür. Yaşla bərabər sümük qalınlığında da azalmanın qarşısını ala bilmənin ən yaxşı yolu isə kalsium və D vitamini almaqdır. Gündə 2-3 dəfə (2-3 su stəkanı) süd istifadəsi kalsium qəbulu üçün məsləhət görülür.
Südü sağlıqlı içmənin vacib tərəfləri
Bəsləyici dəyəri çox yüksək bir qida olan süd, bütün yaş grupları üçün gərəkli olan kalsium ehtiyacının qarşılanmasında da istifadə ediləcək ən yaxşı qaynaq olaraq ifadə edilir. Bu səbəblə mütəxəsislər südün saysız faydalarından yararlanmaq üçün hər gün 2 stəkan, bir başqa deyimlə isə 400 ml süd içilməsini məsləhət görürlər. Yenə mütəxəsislərə görə uşaqların, inkişaf dövründə gənçlərin, hamilələrin, emizdirən və menopozadan sonra qadınların da 600-800 ml süd içməsini tövsiyye olunur.
•Südü günlük alın. Süd mikroorganizmlərin artması üçün çox yaxşı bir şərait yaratması səbəbi ilə çox asan xarab olur. Bu səbəblə mümkünsə südü günlük alın.
•4-5 dəqiqə qaynadın, şüsə banka içində tutun: Təmiz olmayan südlə başda vərəm, brusellyoz və quduzluq kimi bir çox xəstəlik keçə bilir. Bu səbəblə südü çiy deyil, qaynadaraq istifadə edin. Amma uzun müddət qaynadılarsa vitaminləri azalacağı üçün pasterize ve sterilizə edilməmiş südü sadəcə 4-5 daqiqə qaynadın. Daha sonra şüşə banka içərisində soyuducuda saxlayın və 1-2 gün içində istifadə edin.
•2 gün içində istifadə edin: Pasterize südü açdıqdan sonra soyuducuda 2 gün içərisində istifadə edin.
•Ehtiyacınızdan çox içməyin: Ehtiyacımızdan çox miqdarda süd içilərsə çox yağ miqdarına görə kilo problemi ortaya çıxa bilər. Eyni zamanda çox kalsium qəbuluna bağlı olaraq dəmir çatmamazlığına səbəb olur. Normasından çox süd qəbulu dəmir çatmamazlığına bağlı olaraq anemiya yaradır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər