Sarımsaq infarktdan qoruyur |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 27-01-2016, 10:15 | Şərh sayı: (0) | Baxılıb: 253
Sarımsaq infarktdan qoruyur
Kaliforniya Universitetinin alimləri araşdırmalar nəticəsində aşkar ediblər ki, sarımsaq ekstraktı damarları xolesterindən təmizləyir və ürək xəstəliklərinin inkişafının riskini azaldır.
Xolesterin (yağa oxşayan maddə) qan damarlarının daxili divarlarında pilək şəklində yığılır ki, nəticədə damarlar daralır, öz elastikliyini itirir, iltihablaşır. Bu isə ürək-damar sistemi xəstəliklərinin, infarktın inkişafına səbəb olur.
Xarici mətbuatın məlumatına görə, araşdırmalarda müxtəlif yaşlarda olan (40-75 yaş arası) 55 nəfər iştirak edib. İştirakçıları 2 qrupa bölüblər. Bir qrupa daxil olanlara hər gün 2400 mq sarımsaq ekstraktı verilib, 2-ci qrupa isə verilməyib. Eksperiment 1 il ərzində davam edirdi. İştirakçılar eksperimentdən əvvəl və eksperiment qurtardıqdan sonra ürək-damar sisteminin müayinəsindən keçiblər. Araşdırma qurtardıqdan sonra məlum olub ki, sarımsaq ekstraktı qəbul edən insanların damarlarında xolesterin piləklərinin sayı xeyli azalıb. Bundan əvvəlki araşdırmalar göstərib ki, xırda doğranmış təzə sarımsaq ürəyin fəaliyyətinə müsbət təsir edir, qan dövranını yaxşılaşdırır. Diabet xəstələrində sarımsağın qəbulu ürək xəstəliklərinin inkişafının riskini azaldır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər