Bu dünya, o dünya üçün əkin sahəsinə bənzər |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 1-01-2016, 02:03 | Şərh sayı: (0) | Baxılıb: 391
Bu dünya, o dünya üçün əkin sahəsinə bənzər
Rəsuli Əkrəm (s) buyurub:
"Hər bir şəxs özünü yaxşı tanıyıb,bəndəliçiliyini qəbul etsə,həqiqətdə Allahı da yaxşı tanıyır."
Bunu bilmək lazımdır ki,hər bir şəxs öz qabiliyyətinə,mərifətinə görə Alaha iman gətirər.Bu sözləri yaxşı başa düşmək üçün sadə misalla deyək:Su gətirmək üçün gedən şəxs əlindəki qabın həcmində su gətirə bilər,hər bir şəxs öz gücünə görə yük qaldıra bildiyi kimi Allahı da öz mərifətinə görə tanıyır,ona iman gətirir və ibadət edir.
Ey sadəlövh insan!həqiqətən insanlar bu dünyadan o dünya üçün etdikləri yaxşı əməllərinin savabını,əcrini aparacaqlarına yəqinliyin olsun.Necə ki,hədisdə var:
"Bu dünya o dünya üçün bir məzrəəyə (əkin sahəsinə) bənzər."
Sadə misal ilə desək bu dünya bir dəryaya bənzər ki,sahilinin bu tərəfindən o biri tərəfinə nicat tapıb keçmək üçün gəmiyə ehtiyac olduğunu müşahidə edirik.Əgər gəmi suyun üzərində hərəkət etsə səni bu sahildən o biri sahilə salim çıxaracaq.Yox,əgər su gəminin içərisində daxil olsa həm gəminin,həm də səni suda qərq edəcək.Əgər bu dünyadan o dünyaya köçmək üçün pis nəfsinə,şəhvətinə hakim ola bilsən su üzərində üzən gəmiyə bənzərsən,yox əgər pis nəfsin şəhvətin sənə hakim olsa, içərisinə su dolmuş gəmiyə bənzərsən ki,səni öz çirkinliyi içərisində insanlıqdan uzaqlaşdırar.Necə ki,hədisdə var İmam Əli (ə) belə buyurub:
"Günah etmək tövbə etməkdən asandır.Necə ki,bir saatlıq şəhvətlənib günah etmək uzun-uzadı peşmançılıq və qəm-qüssə ilə tamamlanır."
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər