Peyğəmbərə və onun ailəsinə salavat göndərmək |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 28-11-2015, 21:00 | Şərh sayı: (0) | Baxılıb: 770
Peyğəmbərə və onun ailəsinə salavat göndərmək
Qur‘an:
«Allah və onun mələkləri peyğəmbərə salavat göndərirlər. Ey iman gətirənlər, ona salavat göndərin və onun əmrinə yaxşı tərzdə təslim olun.»
Hədis:
3675. Allahın Peyğəmbəri (s): «Harada olsanız mənə salavat göndərin, Çünki sizin salavatınız mənə gəlib çatır.»
3676. Allahın Peyğəmbəri (s): «Mənə salam və salavat göndərmək, sirat üstündə bir nurdur.»
3677. Allahın Peyğəmbəri (s): «Kim bir yazıda mənə salavat göndərsə, mənim adım həmin yazıda olanadək, mələklər daim onun günahlarının bağışlanmasını dilərlər.»
3678. Allahın Peyğəmbəri (s): «Ən xəsis insan, onun yanında mənim adım çəkiləndə mənə salavat göndərməyəndir.»
3679. İmam Əli (ə): «Peyğəmbərə (s) salavat göndərməyənədək hər bir dua hicab altındadır.»
3680. İmam Baqir (ə) və ya İmam Sadiq (ə): «Qiyamət günü tərəziyə qoyulacaq ən ağır əməl Məhəmməd və Ali Məhəmmədə salavat göndərməkdir.»
1136. Peyğəmbərə və onun ailəsinə salavat göndərməyin usulu
3681. Allahın Peyğəmbəri (s) (O Həzrətə (s) salavat göndərməyin tərzinə dair sualın cavabında): «İlahi! Məhəmməd və Ali Məhəmmədə salavat göndər, necə ki, İbrahimə (ə) və Ali İbrahimə
salavat göndərmisən. Sən çox tərif olunan və böyüksən. Məhəmməd və Ali Məhəmmədə (ə) bərəkət ver, necə ki, İbrahimə və Ali İbrahimə bərəkət vermisən. Sən çox tərif olunan və böyüksən – deyin.»
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər