Məad |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 21-09-2015, 22:19 | Şərh sayı: (0) | Baxılıb: 490
Məad
Ölüm haqqında çox danışılıb. Quran ayələrindən, hədislərdən, dini kitablardan o qədər əhatəli məlumatımız olmasına baxmayaraq insanların bir çoxu ölümü yox olmaq kimi düşünürlər. Ölüm yox olmaq deyil, əbədiliyin başlanqıcıdır. Məad müqəddəs İslam dininin əsaslarındandır. Başlanğıcı ölüm və qəbir, sonrası bərzəx,daha sonrası böyük Qiyamət, sonu Behişt və ya Cəhənnəm olan məad əql yolu ilə sübuta yetsə də, zahiri hisslərlə dərk olunmaz. Necə ki, ana bətnindəki uşağın bətndən bayırdakı aləmin böyüklüyünü, necəliyini anlaması qeyri mümkündür. Bir sözlə, dünya aləmində olan insan üçün ölümdən sonrakı aləmlərin xüsusiyyətləri gizlidir və Yaradanın buyurduqlarını təstiq etməkdən başqa bir yol yoxdur. Bildiklərimiz yalnız Muhəmməd (s.ə.s.) və onun övladlarının buyurduqlarıdır ki, biz də onu təmamilə təsdiq edirik. Ölümün həqiqəti ruhun bədənlə əlaqəsinin qırılmasıdır. Buna inanmalıyıq ki, insan ölümdən sonra yenidən dirilir və əqidəsinin, əməllərinin əvəzini alır. Bəzi insanlar güman edirlər ki, nitq yalnız dilə məxsusdur, ruhların isə nitqi yoxdur. Halbuki, hər gecə yatdıqları, yuxuda olduqları zaman nitqləri var. Dodaqları tərpənmədiyi halda danışırlar, yanlarında dayanmış adam isə onun səsini eşitmir. Məad məsələsinin geniş izahına ehtiyac yoxdur. Yalnız ilk mənzildən son mənzilədək...
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər