Ümmü Əqil–səbirli qadınlar nümunəsi |
Müəllif: Admin | Bölmə: Xanimlar üçün | Vaxt: 31-10-2015, 21:36 | Şərh sayı: (0) | Baxılıb: 535
Ümmü Əqil–səbirli qadınlar nümunəsi
Ümmu Əqil səhrada yaşayan bir qadın idi. Bir gün onlara bir neçə qonaq gəlirdi. Həmin vaxt oğlu Əqil və onun qoyunlarını, dəvələrini otaran çoban heyvanları otarmağa aparmışdılar. Çoban dəvələrlə birlikdə qayıdır. Qadına xəbər verir ki, dəvələr su içəndə bir-birinə hücum çəkdilər və Əqil quyuya düşüb öldü. Qadın çobana "qonaqlara xəbər vermə, bir qoyun kəs və qonaqlar üçün hazırla”, dedi. Qonaqlar məsələni başa düşəndən sonra o qadının səbrindən təəccüb etdilər. Xörək yeyəndən sonra ona başsağlığı verdilər. Qadın dedi: Mən sizin bu məsələdən xəbərdar olmağınızı istəmirdim. İndi ki, belə oldu sizin aranızda Quran tilavət edə bilən bir şəxs varmı? Bir nəfər dedi: Mən bu işi edə bilərəm. Dedi, oxu! O şəxs də bu işlə əlaqədar olaraq "Bəqərə” surəsinin 155-ci ayəsini oxudu
Qadın dedi, bəsdir. Sonra qalxıb bir neçə rəkət namaz qıldı və belə dua etdi: "İlahi Sən məni səbr etməyə əmr etmisən. Mən də səbr etdim. Sən də səbrlilərə verdiyin və”dəyə vəfa et! (Sonra dedi:) Əgər bu dünyada bir kəs başqası üçün qalsaydı Həzrəti Mühəmməd öz ümmməti üçün qalardı.”
Yəni, Peyğəmbərin öz ümmətinə qarşı bu qədər məhəbbətli olmasına baxmayaraq, onların əlindən gedirsə, onda bir övladın ölümü mənim üçün asan olur.
"Əyyun” eyn kəlməsinin cəmidir. "Eyn” göz deməkdir. Allah cisim və cisimlikdən uzaq olduğuna görə, gözün, qulağın və s. kimi əzaların yaradanı olduğuna görə, görməlilərə və eşitməlilərə elm tapmaq üçün görmə və eşitmə orqanlarına ehtiyacı yoxdur. Biz insanlar və heyvanların məhz bu orqanlara ehtiyacı var. Allah da onu bizlərdə yaratmışdır. Deməli, göz kəlməsində məqsəd məcazi mənada olub qoruqçu, keşikçi deməkdir. Necə ki, ərəblər hər vaxt bir şəxs bir yerə gedəndə onun barəsində dua edib deyirdilər ki, "əyunullahi əleykə” yəni, Allahın amanında ol. Deməli, ayənin mənası belə olur ki, ey Mühəmməd, Allahın hökmünün müqabilində səbr et. Çünki, sən Bizim inayət nəzərimizdəsən. Bu ayənin incəliklərindən biri budur ki, Həzrəti Musa əleyhis-salam barəsində "eyn” kəlməsini tək halda işlətmişdir (və litəsnəə əla əyni) yəni mənim keşiçikliyim, nəzarətim altında. Amma Həzrəti Mühəmməd səlləllahu əleyhi və alihi və səlləm barəsində buyurur: Bizim gözətçilərimiz. Bu iki kəlmənin Həzrəti Musa və Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm barəsində müxtəlif cür işlədilməsinin müəyyən səbəbləri vardır. O cümlədən onların Allah tərəfindən qorunmasının çoxluğu və keyfiyyəti ilə əlaqədardır. Məsələn: Musa əleyhis-salamın düşməni təkcə Firon idi ki, Həzrəti öldürmək istəyirdi.
Allah da onu Fironun şərrindən hifz etdi, nəhayət Fironu məhv etdi. Firondan başqa Musa Peyğəmbəri məhv etmək istəyən bir kəs yox idi. Amma Həzrət Mühəmməd səlləllahu əleyhi və alihi və səlləm dünyaya gəldiyi vaxtdan, dünyadan gedən vaxta qədər həmişə Fironçular var idi ki, o Həzrəti məhv etmək qərarına gəlmişdilər. Bütün müşriklər, yəhudilər, məsihilər, daxildəki münafiqlər və düşmənlər, o cümlədən, təhlükələri o sair düşmənlərdən artıq olan münafiqlər hamılıqla o Həzrəti məhv etmək qərarına gəlmişdilər. Allah, Peyğəmbəri onların şərrindən hifz etdi.
Bu Həzrətin barəsində ilahi qoruq və keşiyin nə qədər olması barəsində ətraflı məlumat almaq üçün "Biharül-ənvar”ın altıncı, "Həyatul-qulub”un ikinci cildinə (hər ikisi Əllamə Məclisinin kitabıdır) müraciət edə bilərsiniz.
Doğrudan da Allah tərəfindən qorunduğu müxtəlif sahələr özü Allahın qəhr möcüzəsidir ki, onu bəsirət əhli bilər.
"Həyatul-qülub” kitabında nəql olunur ki, Rəsuli Əkrəmin iştirak etdiyi müharibələr (qəzvələr) 26 dənə idi. Hər birində o Həzrət üçün müxtəlif təhlükələr var idi. Əgər Allah tərəfindən hifz və qoruq olmasaydı, o diri qalmazdı. O cümlədən, rəvayətdə gəlib ki, Peyğəmbər ərəblərdən bir qrupu ilə müharibəyə getmişdi. "Zi-əmr” adlanan yerdə düşmənlərin hamısı qaçıb dağların başına sığındılar. Həzrət bir yerdə mənzil salıb onları nəzarət altına aldı. Sonra qəzayi-hacət üçün öz ləşgərindən aralandı. Yağış yağdığına görə paltarları islandı, paltarlarını çıxarıb ağacın üzərinə sərdi və həmin ağacın altında uzandı. Ərəblər Peyğəmbəri görürdülər. Onların başçılarından Dəşur ibni Haris gəlib qılıncını siyirdi və Peyğəmbərin başının üstündə durub dedi: Səni mənim əlimdən qurtaran kimdir? Həzrət buyurdu: Allah. Sonra Cəbrail onun sinəsinə elə bir zərbə vurdu ki, qılıncı əlindən yerə düşdü. Peyğəmbər cəld ayağa qalxdı qılıncı götürdü və onun başının üstündə dayanıb dedi: Kim səni mənim əlimdən qurtara bilər? Dedi: Heç kim.
Həmin halda "la ilahə illəllah” deyib öz qəbiləsini də İslama dəvət etdi. Sonra öz tayfasına dedi ki, uzun qamətli ağ bir kişini gördüm ki, mənim sinəmə zərbə ilə vurdu mən də yıxıldım, bildim ki, mələkdir.
Həmçinin rəvayət olunub ki, Əbu Cəhl, Vəlid ibni Müğeyrə Bəni-məxzum qəbiləsindən olan bir dəstə ilə sözləşdilər ki, Peyğəmbər məscidə daxil olanda onu öldürsünlər. Həzrət məscidə gəlib namaz qılmağa başlayanda Vəlidi göndərdilər ki, onu qətlə yetirsin. Peyğəmbərin namaz qıldığı yerə çatanda Həzrətin səsini eşidib özünü isə görmürdü, sonra qayıtdı və vəziyyəti onlara danışdı. Onların heç biri inanmadı. Hamısı birlikdə gəlib o Həzrətin yaxınlığında durdular. O Həzrətin səsini eşidib amma özünü görmürdülər. Hara gedirdilərsə, Peyğəmbərin səsini arxa tərəfdən eşidirdilər. Arxaya dönəndə yenə dübarə arxa tərəfdən səs gəlirdi. Nəticədə məyus olub qayıtdılar. Həmçinin Əbu Ləhəbin arvadı Peyğəmbərə əzab və əziyyət vermək üçün gələndə Peyğəmbəri görmədi. Bu ayədə bu məsələyə işarə olunur:
"Sən Quran oxuyanda səninlə axirətə iman gətirməyənlərin arasında hicab qərar verərik.”
Qısa şəkildə Allah tərəfindən göndərilən qoruq və keşik o Həzrəti qan içən Fironçuların şərrindən xilas edirdi. Elə kəslərdən ki, adam öldürmək onlar üçün heç də çətin bir iş deyildi. Heç nəyin hörmətini saxlamırdılar. Biz qeyd etdiyimiz nümunələrlə kifayətlənirik.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər