Hicab |
Müəllif: Eli Aşiqi | Bölmə: Hicab | Vaxt: 19-12-2015, 01:22 | Şərh sayı: (1) | Baxılıb: 3951
Hicab
441. Hicab.
Qur’an:
«Ey Peyğəmbər! Öz zövcələrinə, qızlarına və möminlərin zövcələrinə de ki, örtüklərlə örtünsünlər. Bu onların (iffətli, abırlı kimi) tanınması və (başqaları tərəfindən) əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayan və mehribandır.»
Hədis:
1374. İmam Əlinin (ə) oğlu Həsənə (ə) buyurduqlarından: «Gözləri naməhrəmləri görməsin deyə, qadınları pərdə arxasında saxla. Çünki, nə qədər çox pərdə arxasında qalsalar, sənə və onlara bir o qədər yaxşıdır. Onların kənara çıxması əmin olmadığın kişiləri onların olduğu yerə gətirməyindən daha pis deyil. Əgər bacarsan elə et ki, onlar səndən başqa heç bir kişi tanımasınlar.»
1375. İmam Əli (ə):«Buludlu və yağışlı bir gündə peyğəmbərlə Bəqi qəbristanlığında oturmuşduq, Oradan ulağa minmiş bir qadın keçərkən birdən ulağın ayağı calaya düşdü və qadın yıxıldı. Peyğəmbər (s) dərhal üzünü yana çevirdi. Orada olan səhabələr ərz etdilər:«Ey Allahın Rəsulu! O qadının (çadrasının altında) şalvarı var.» Peyğəmbər (s) üç dəfə buyurdu:«Ey Allahım! Şalvar geyinən qadınları bağışla. Ey insanlar, şalvar geyinin ki, şalvar sizi ən çox örtən paltardır və qadınlarınızı kənara çıxan zaman şalvarla qoruyun.»
1376. İmam Əli (ə):«Qadının qorunması onu daha şad, gözəlliyini daha davamlı edər.»[/center]
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər