Allah şəfqətlidir |
Müəllif: Admin | Bölmə: Allahşünaslıq | Vaxt: 9-10-2014, 22:56 | Şərh sayı: (0) | Baxılıb: 605
Oxuyun ki, sizin gözləriniz də qızarsın
Nəbilər Nəbisi səadət məskəni olan məscidində oturumuşdu. Məscidə bir qrup əsir gətirdilər. Bu zaman Allah Rəsulu (s) bir qadının yana-yaxıla nəsə axtardığını gördü. Qadın tapdığı hər körpə uşağı bağrına basır, qoxulayır, sonra yerinə qoyurdu. Sonra öz körpəsini tapdı, bağrına basdı. Doymaq bilmədən onu öpür, qoxulayır, təzədən bağrına basırdı.
Allah Rəsulu (s) bu mənzərə qarşısında dayana bilmədi, gözləri doldu. Hıçqıra-hıçqıra ağlayaraq barmağı ilə yanındakılara qadını göstərərək:
- O qadını görürsünüzmü?-deyə soruşdu.
Səhabələr cavab verdilər:
- Bəli, Ya Rəsulallah!
Allah Rəsulu (s) yenə üzünü onlara tutub:
- O qadın qucağındakı körpəsini cəhənnəmə atarmı?-deyə yenə sual verdi.
Səhabələr:
- Xeyir, ya Rəsulallah! - cavabını verdilər.
Bu cavabı eşidən iki Cahan Sərvəri hikmət dolu bu sözlərini dedi:
- Allah o qadından daha şəfqətlidir, qullarını cəhənnəmə atmaz.
Bu misalda izah etmək istənilən əsas xüsusiyyət bundan ibarətdir: qulunu cəhənnəmə atmayan və bu qədər şəfqətli olan Allah, buradakı ədalət, rəhmaniyyət, rəhimiyyət, şəfqət və mərhəmətinin əksinə gedərək bir qulunu bir daha dirilməmək üzrə yoxluğa atarmı? Bəli, yoxluqla müqayisədə əbədi Cəhənnəm belə insanın ruhunda cənnət qədər dəyər kəsb edir. Yoxluq cəhənnəmə də rəhmət oxutduracaq və insanın əbədiyyət istəyən ruhunu fəryad etdirəcək, tərifi mümkün olmayan dəhşətli bir əzabdır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər