Salam verməyin fəzilətləri haqqında |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 23-06-2015, 18:35 | Şərh sayı: (0) | Baxılıb: 1607
Salam verməyin fəzilətləri haqqında
Peyğəmbər (s) səhabələrə etdiyi tövsiyələrin birində buyurardı:Din qardaşlarınız xəstələndiyi zaman dəfn mərasimində iştirak edin.Asqırdıqda Allah-təaladan onlar üçün dua edin, qarşılaşdığınız zaman onlara salam verib hal-əhval tutun, maddi vəziyyətləri ağır olanlara öz malınızdan ehsan edin və onların dərd-qəmi ilə şərik olun.
İmam Sadiq (ə)-dan nəql olunmuş hədisdə deyilir:"Təvazökarlıq edin və mömin qardaşlarınızla görüşdüyünüz zaman onlarla salamlaşıb hal-əhval tutun. Çətinliklə qarşılaşdıqları zaman bu işdə onlara köməklik edin və dərd-qəmində onlarla şərik olun.”
Peyğəmbər (s)-dan nəql olunmuş hədisdə deyilir:"Salam vemədən sözə başlayan şəxslərə cavab verməyin və onları süfrənizə dəvət etməyin.”
Başqa bir hədisdə deyilir:İnsanların ən acizi o kəsdir ki, (nə özü, nə də başqaları üçün) dua etməyə və müsəlmanlarla qarşılaşdıqda onlara salam verməyə.
"Hər kim on
nəfər mömin qardaşı ilə rastlaşdığı zaman onlara salam verərsə əməl dəftərinə bir şəxsi azad etmiş savabı yazılar”.
İmam Sadiq (ə)-dan nəql olunmuş hədisdə deyilir:"Möminlər bir-birlərinə salam verdikdə mələklər onların cavabında deyərlər.
(Səlamun ələykə və rəhmətullahi və bərəkatuh əbəda ).
Peyğəmbər (s)-dan nəql olunmuş hədisdə deyilir:"Salam vermək müstəhəb, cavabını almaq isə vacibdir.”
İmam Sadiq (ə)-dan nəql olunmuş hədisdə deyilir:"Salamın cavabını verən şəxs gərək ucadan versin ki, salam verən şəxs salamının cavab verilmədiyini zənn etməsin. Yaxşı olar ki, salama cavab verən şəxs ona verilən salamdan bir qədər kamil cavab versin. Məsələn, ona "Əssəlamu Ələykum” deyildikdə cavabında desin: (Əssəlamu Ələykum və rəhmətullahi və bərəkatuh). Əgər belə cavab verilərsə onun əməl dəftərinə otuz savab yazılar. Salam vermək istərkən tərəf bir nəfər olsa belə cəm halında verin. Mömin qardaşınız asqırdığı zaman (Allah sizə rəhm etsin-yərhəmkumullah) deyərək cəm halında onlara müraciət edin. Həmçinin dua etdiyiniz zaman mömin qardaşlarınıza cəm halında dua edin. Məsələn, (Afakumullah) (Allah sizi əfv etsin, bağışlasın). Çünki, mələklər onlarla olarlar və sizin dediyiniz bütün sözlərinizi əməl dəftərinizə yazarlar.
Əli (ə) günlərin bir günündə səhabələrdən birinin həyyakəllah başqa birisinə dediyini eşidib buyurur: Bunun yerinə "Həyyakəllahu bissəlam desəniz daha yaxşı olar.”
İmam Sadiq (ə)-dan nəql olunmuş hədisdə deyilir:
"Bu üç şəxsə salam verməyin:Dəfn mərasimində iştirak edənlərə, cümə namazlarına (üzürsüz olaraq) getməyənlərə və hamamda olanlara.”
Əli (ə)-dan nəql olunmuş hədisdə deyilir: Evlərə daxil olduğunuz zaman ev sakinlərinə salam verin. Orada kimsənin olmadığı bir halda belə "Əssəlamu ələyha minrəbbina”(Rəbbimizdən bizə salam olsun) deyin. Mömin qardaşlarınız sizə Həyyəkəllahu bissəlam deyərlərsə cavabında deyin:"Əntə fəhəyyəkəllahu bissəlam və əhləkə darəlməqam”
Onların uzun müddət görmədikdə qucaqlayaraq bağrınıza basın və ayrıldığınız zaman bir-birinizdən nə isə öyrənməyə çalışın.”
İmam Baqir (ə)-dan nəql olunmuş hədisdə deyilir:"Məscidə daxil olduğunuz zaman orada olanlar namaz qılarlarsa salam verməyin. Məclisə daxil olduğunuz zaman orada iştirak edənlərə, söhbətlə məşğul olsalar belə salam verin.
Başqa bir hədisdə deyilir:"Evlərinizə daxil olduğunuz zaman əhl-əyalınıza salam verin. Bu evinizin əmin-amanlığına və ruzinin bol olmasına səbəb olar. Mələklər sizin evlərə gələr və Allah-təaladan bağışlanmağınızı istərlər.
İmam Sadiq (ə)-dan nəql olunmuş hədisdə deyilir: "Qadınlar məclisə daxil olduqları zaman "Ələykunnəssəlam” kişilər daxil olduqda isə "Əssəlamu Ələykum” desinlər.
Başqa bir hədisdə deyilir:Yəhudilərə, məsihilərə (xacpərəst), zərduşlərə (atəş pərəstlər ), ayaq yolunda olanlara, şərab məclisində iştirak edənlərə, (həyalı) qadınlara, nalayiq və xoşa gəlməz sözlər deyənlərə, ata-analarına qarşı mehriban olmayanlara, nərd *** və bu kimi şeylərlə qumar oynayanlara, (namaz qıldıqları zaman ) namaz qılan şəxslərə, öz mənfəətini güdən və başqalarına etinasızlıqla yanaşan şəxslərə və günahkar olduğu bir halda günahına etiraf etməyən şəxslərə salam verməyin.
Həzrəti Peyğəmbər (s)-dan nəql olunmuş hədisdə deyilir:"Məclisdən getmək istərkən orada olan kəslərlə vidalaşın. Orada yaxşı sözlər danışarsınızsa onun savabı həm sizin özünüzə həm də orada olanlara şamil olar.
İmam Sadiq (ə)-dan nəql olunmuş hədisdə deyilir: Kiçik böyüyə, duran-oturana, az saylı dəstə-sayı çox olan dəstəyə, atlı-piyadaya, qatır minən ulağa minənə,at minən-qatır minənə salam verməlidir.
Allah-təala öz kitabında bu haqda buyurur: "Evlərə daxil olmazdan əvvəl ev sakinlərini gəlişinizdən agah edin və onlara salam verin.”
Əllamə Məclisi "Hilyətul Muttəqin"
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər