Salam vermək haqqında |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 17-01-2015, 21:11 | Şərh sayı: (0) | Baxılıb: 4454
Salam vermək haqqında
Salam vermək bizə sadə ve asan görünsə də İmam Əli (ə) salam vermə barəsinde buyurmuşdur: "Salam verməyin 70 savabı vardır. Bunun 69-nu salam verənə, biri ise salam alana çatar”. Bunu da demək yerinə düşər ki, salamı qaytarmaq vacibdir.
Allahın Peyğənbəri (s) buyurmuşdur: "Salam vermək - bizim dinin rəhmət ve mehribanlıq nişanəsidir, dövrümüzün əmin-amanlığı ve pənahımızdır”. İmam Sadiq (e): "Salam sözdən qabaqdır”, - deyə buyurmuşdur.
Hədislərdən də aydın olur ki, hər sözdən, hər ünsiyyətdən qabaq salam vermek - başlıca amillerdendir. Ve bunu da nəzərə çatdırmaq yerinə düşər ki, salam vermeyin de qaydaları vardır. Yeni, kime salam verib-vermemek nezerde tutulur.
İslamın Peyğenberi (s) buyurur: "Beş şeyi hele ki, sağam - terk etmeyecem... uşaqlara salam vermeyi - menden sonra sünne olsun deye”.
İmam Baqir (e) buyurmuşdur: "... ne süfre başında şerab içenlere salam ver, ne özünü qadın suretine salan kişiye, ne ismetli qadına böhtan deyen şaire. Ve ne de namaz qılana (namaz vaxtı) salam vermeyin. Çünki namaz qılan salamın cavabını vere bilmir, halbuki, müselmana salam vermek müstehebdir, salamı almaq ise vacibdir. Ne selem yeyene salam verin, ne ayaq yolunda olana, ne hamamda olana. Açıq-aşkar günah ve fisq eden fasiqe de salam vermeyin”.
Ve mövzunun evvelinde de dediyimiz kimi, salamın cavabını vermek vacibdir. Qurani-Kerim de bu mövzu ile elaqedar bele buyrulub: "Size salam verdiyi zaman ondan daha yaxşı, ya onun kimi salamla cavab verin ki, Allah Teala her şeyi hesaba alandır”. ("Nisa” suresi, aye 86)
İslam Peyğenberi (s) buyurmuşdur: "Salam vermek - müstehebdir, salamı almaq ise vacibdir”.
Ve salamı qabaqlamaqla bağlı Allahın Peyğenberi bele buyurmuşdur: "Allaha ve Onun Resuluna (s) en yaxın olan insan - birinci salam verendir”. Bu da kini birbaşa kökünden sındırır.
Başqa mübarek hedisinde islam Peyğenberi (e) buyurmuşdur: "Birinci salam veren - tekebbürden uzaqdır”. İmam Sadiqden (e) neql edirler: "Allahın Resulu (s) buyurmuşdur: "Kim salam vermemiş söze başlarsa, ona cavab vermeyin”. Elece de buyurmuşdur: "Heç kesi salam vermeyince yemeyine devet etme”.
Eve daxil olanda salam vermek baresinde Qurani-Kerimin "Nur” suresinin 61-ci ayesinde toxunulmuşdur: "Eve daxil olanda özünüze salam verin ki, bu Allah terefinden mübarek ve pak salamlamadır”.
İslam Peyğenberi (s) bu barede bele buyurmuşdur: "Sizlerden biriniz eve daxil olan zaman salam versin. Çünki salam hemin eve bereket endirir ve melekler o eve ünsiyyete girir”.
Ve hedislerden de bizlere melum oldu ki, salam vermek - en önemli işlerden biridir Allah bizlere salamı derk ederek vermeyi nesib etsin. Amin!
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər