"Merac" duası haqqında |
Müəllif: Admin | Bölmə: Dualar | Vaxt: 19-05-2016, 19:25 | Şərh sayı: (0) | Baxılıb: 1473
"Merac" duası haqqında
"Merac duası" çox uca məqama malik olan bir duadır. Bu danı Həzrət Əli (ə) Həzrət Peyğəmbər (səlləlahu əleyhi və alihi və səlləm)-dən nəql etmişdir. O Həzrət buyurur: Merac gecəsi asimana getdikdə yetmiş min hicabı ötüb, qüdrət hicabına çatdım. Orada nurla bir dua yazılmışdı. Cəbrail (ə) dedi: "Ey Məhəmməd! Bu duanı öz ümmətinin möminlərindən başqa heç bir kəsə öyrətmə. Çünki hər kəs bu duanı oxusa, asimanların qapısı onun üzünə açılar və Allah-təala öz rəhmət nəzərini o şəxsə şamil edərək onun qüssəsini və hər bir çətinliyini aradan qaldırar. Borcları ödənər və günaharı bağışlanar. Həmçinin Peyğəmbərlər və siddiqlər kimi Allah inayətinə şamil olar. Allah-təala onun üçün dürr və yaqutdan min qəsr hazırlayar və hər gün ona 360 dəfə rəhmət nəzərini salar. Habelə bir mələk ona nida edərək deyər: "Əməllərinə yenidən nəzər sal. Özünün, anan və atanın günahları bağışlanmış, bütün günahların yaxşı əməllərə çevrilmiş və onlar üçün 70 il ibadətin savabı yazılmışdır. Beləliklə dünya və axirət xeyri onun üçün cəm olar. Hər kəs bu duanı müşk və zəfəran ilə yazıb onu hər bir xəstəyə versə, şəfa tapar. Hər kəs bu duanı (yazıb) özü ilə gəzdirsə şeytanın şərrindən amanda qalar və ona heç bir əziyyət çatmaz. Həmçinin oğrulardan amanda qalar, bütün hacətləri həyata keçər. Hər kəs bu duanı övladının yanına qoyarsa, övladı ilan və əqrəb kimi bütün zəhərli heyvanlardan qorunub-saxlanar. Hər kəs bu duanı özü ilə gəzdirsə, bütün yaxşı işlərdən bəhrələnər. Həmçinin hər kəs bu duanı yazıb evə qoyarsa (ev əhlinin) ruzisi çoxalar və onlar bütün kiriftarçılıqlardan amanda qalarlar. And olsun səni peyğəmbərliyə seçən Allaha ki, bütün insanlar, cinlər və mələklərin sayı dünya və axirət əhlinin sayı qədər olsa belə, Qiyamət günündə bu duanın savabını yaza bilməyəcəklər. Çünki bu dua Rəbbinin yanında olan ən üstün bir duadır. Onu öz ümmətinə öyrət. Çünki bu dua Allahın inayət etdiyi Cənnət xəzinələrindən biridir."
Dua belədir:
Bismillahir-rəhmanir-rəhim. Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd. "Əllahummə inni əs'əlukə ya mən əqərrə ləhu bil-ubudiyyəti kullu mə'bud. Ya mən yəhməduhu kullu məhmud. Ya mən yəfzə'u indəhu kullu məchud. Ya mən yutləbu iləyhi kullu məchud. Ya mən sailuhu ğəyri mərcud. Ya mən babuhu ən sualihi ğəyru məsdud. Ya mən huvə ğəyru məvsufin və la məhdud. Ya mən ətauhu ğəyru məmnu'in və la mənkud. Ya mən huvə limən də'ahu ləysə bibə'idin və huvə ni'məl-məqsud. Ya mən rəcau ibadihi bihəblihi məşdud. Ya mən ləysə bivalidin və la bimə'dud. Ya mən şibhuhu və misluhu ğəyru məvcud. Ya mən kərəmuhu və qətluhu ləysə bi məhdud. Ya mən həvzu birrihi lil-ənami məvrud. Ya mən la yusəfu biqiyamin və la qu'ud. Ya mən la təcri ələyhi hərukətun və la cumud. Ya Əllahu ya Rəhmanu ya Rəhimu ya Vədudu, ya rahiməl şeyxil kəbiriəhu. Ya Ğafurətən zənbi Davud. Ya mən la yuxliful-və'də və yə'fu ənil-məv'ud. Ya mən rizquhu və sitruhu lil-asinə məmdud. Ya mən huvə məlcə'u kulli məqziyyin mətrud. Ya mən danə ləhu cəmi'u xəlqihi bis-sucud. Ya mən ləysə ən-nili cudihi əhədun məsdud. Ya mən la yəhifu fi hukmihi və yəhlumu əniz-zalimil-ə'nud. İrhəm ubidən xatiən ləm yufi bil-uhud. Ənnəkə fə'alun lima turid. Ya barru ya vədud. Səlli əla Muhəmmədin xəyri məb'usin dəa ila xəyri mə'bud. Və əla alihit-təyyibinət-tahirinə əhləl-kərəmi vəl-cud. Vəf'əl bina ma əntə əhluh. Ya ərhəmər-rahimin. Və səlli əla Muhəmmədin və aliyə tahirin."
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər