Təzə paltarların geyilməsi haqqında |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 16-02-2015, 01:20 | Şərh sayı: (0) | Baxılıb: 810
Təzə paltarların geyilməsi haqqında
Peyğəmbər (s) və imamlardan nəql olunmuş hədis və rəvayətlərdə təzə paltar geyilərkən bəzi duaların oxunması tövsiyə edilmişdir. Məsələn: imam Məhəmməd Baqir (ə) bu duanın oxunmasını tövsiyə edərdi:
(Əllahumməcəlhu səvbə yumni və tuqa və bərəkətə əllahummərzuqni fihi husnə ibadətikə və əmələn bi taətikə və ədaə şukrə nemətikə əlhəmdu lillahil-ləzi təsani ma uvari bihi ovrəti və ətəcəmməlu bihi finnas)
İmam Əli (ə) isə Peyğənbər (s)-dan öyrəndiyi bu duanı oxuyardı:
(Əlhəmdu lillahil-ləzi kəsani minəl libasi ma ətəçəmməlu bihi finnas Əllahumməcəlha siyabə bərəkətin əsa fiha limərzatikə və əmuru fiha məsacidəkə)
İmam Hüseyn (ə)-dan nəql olunmuş hədisdə deyilir : "Təzə paltar aldığınız zaman bir qab su doldurub otuz iki dəfə"Qədr” surəsini oxuyun, sonra həmən sudan təzə aldığınız paltarın üzerinə səpin . Əgər belə edərsinizsə ruziniz bol, paltarınız isə davamlı olar.”
Başqa bir hədisdə deyilir: "Təzə paltar geyərkən "La ilahə illəlah , Muhəmmədərrəsulullah”desəniz arzu və istəkləriniz tez bir zamanda həyata keçər.”
İmam Əli ibni Musa Rza (ə) təzə paltar geynərkən köhnə paltarlarını sağ tərəfinə qoyub "Ayətəl-kürsi” , "İxlas” və"Kafirun” surələrini 10 dəfə oxuyardı.
İmam Əli (ə)-dan nəql olunmuş hədisdə deyilir : Allah təala sizə təzə paltar nəsib etdiyi zaman iki rikət namaz qılın və hər rükətdə "Ayətəl-kürsi” ,"İxlas” "Həmd” və "Qədr” surələrini oxuyun. Sonra Allah-təalaya övrətinizi örtdüyü və sizə ziynət bəxş etdiyi üçün şükr edib dəfələrlə "La həvlə və la quvvətə illa billahil əliyyul əzim” kəlməsini təkrar edin”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər