RSS
 

Login:
Şifrə:
» » Kamil insan və yəqin

Xəbər lenti

Yoluxucu xəstəliklər mövzusu dini mənbələrdə
Yoluxucu xəstəliklər mövzusu dini mənbələrdə...
"BİZ PEYĞƏMBƏRLƏR MİRAS QOYMURUQ" hədisinin dəlil göstərilməsi və onun cavabi
"BİZ PEYĞƏMBƏRLƏR MİRAS QOYMURUQ" hədisinin dəlil göstərilməsi və onun cavabi...
Vəhdət - günümüzün əsas ehtiyacı
Vəhdət - günümüzün əsas ehtiyacı...
Azərbaycan ədəbiyyatında İmam Hüseyn (ə) və Məhərrəmlik mövzusu
Azərbaycan ədəbiyyatında İmam Hüseyn (ə) və Məhərrəmlik mövzusu...
Siffeyn savaşı
Siffeyn savaşı...
Mübarək Ramazan ayında xüsusi diqqət edilməli 4 məqam: Ramazan ayının əməlləri
Mübarək Ramazan ayında xüsusi diqqət edilməli 4 məqam: Ramazan ayının əməlləri...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...
İzdivacda vasitəçilik
İzdivacda vasitəçilik...
Hədislərdə vəhdətə çağırış
Hədislərdə vəhdətə çağırış...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam





Online SMS Yaz!
Online Sms:

Kamil insan və yəqin

 
Müəllif: Admin | Bölmə: Yəqinin dərəcələri | Vaxt: 30-01-2013, 19:40 | Şərh sayı: (2) | Baxılıb: 13234

Kamil insan və yəqin



Kamil insan və yəqin


Yəqin insan inancının ən yüksək həddidir. İslam Peyğəmbəri buyurur: “Yəqin imanın hamısıdır” İnsanın məqam və dərəcəsi onun yəqininin məqam və dərəcəsi ilə ölçülür. Hətta insanın əməl və ibadəti də onun yəqininə bağlıdır. Allah yəqin üzündən olan ibadətə nəzər edir və ona az olmuş olsa da böyük dəyər verir. İmam Sadiq(ə) buyurur: “Yəqin üzündən olan az daimi əməl Allah yanında yəqin üzündən olmayan çox əməldən üstündür” İmam Rza (ə) buyurur: “İman islamdan, təqva imandan, yəqin isə təqvadan bir dərəcə üstündür. Bəndələr içərisində ən az paylanan yəqindir”
İbadət və yəqin bir-birini tamamlayan iki məfhumdur. Belə ki yəqin ibadəti dəyərli və faydalı edir, habelə yəqin üzündən olduqda ibadət düzgün və kamil sayılır. Əli(ə) buyurur: “İbadət yəqinlə tamamlanır” İbadət də öz növbəsində yəqin yaradır. Hicr surəsi ayə 99-da buyurur: “Rəbbinə ibadət et ki sənə yəqin gəlsin” Bu ayə ibadətin miqdarını yox, onun növünü, keyfiyyət və məqsədini bəyan etmək istəyir. Beləliklə ibadətsiz yəqin gəlməz, yəqinsiz də ibadət dəyərli və kamil olmaz.
Gözəl yəqinə sahib olan şəxsə günah zərər yetirmir. Belə bir insan günah etmiş olsa da yəqinsiz abiddən yaxşıdır. İslam Peyğəmbərindən bu iki nəfər şəxs haqqında soruşduqda o həzrət buyurdu: “Gözəl yəqinə sahib olan şəxsdən günah baş verdikdə o dərhal peşiman olur, tövbə edir və bağışlanılır. Onun üçün bir üstünlük qalır ki onunla cənnətə daxil olur.” Beləliklə baş vermiş günah ona zərər yetirmir. (Burada günah dedikdə bilməyərəkdən baş verən günah nəzərdə tutulur, nəinki qərəzli və israrlı günah) Yəqini olmayan abidə isə şeytan tez ziyan yetirə bilir. Nümunə üçün Allaha daim gecə gündüz dua edən bir abidin bir gün şeytanın “niyə sənə cavab verməyən bir kəsi bu qədər çağırırsan” vəsvəsəsinə aldanaraq özünü dua qədər böyuk və dəyərli bir nemətdən məhrum etməsini qeyd etmək olar. Lakin yəqin əhli duasının daim təsirsiz olmamasına inanır və heç bir vəchlə şeytanın bu cür hiylələrinə uymur. Ona görə də hədislərdə qeyd olunur ki bütün dualar qəbul olur. Qəbul olmayan dua yoxdur. Amma həmin istək ya yerinə yetir, yaxud gələcəyə saxlanılır yaxud da onunla hansısa bəlkə də bizə məlum olmayan bəlalar dəf olunur. Hədisdə var ki dua edənin qəbul olmayan istəklərinin əvəzində Allah qiyamət günü ona elə savablar verər ki insan həmin vaxt “kaş o biri dualarımı da Allah bura saxlayardı” deyər.
Elm,düşüncə, yəqin,Əhli beyt sevgisi və sair kimi dəyərlər digər əməl və ibadətlərin təməl və bünövrəsini təşkil edir. Bunlar olmadıqda edilən ibadətlər bünövrəsi möhkəm olmayan yerdə daşı daş üstünə qoymağa bənzəyir. Təməl möhkəm olduqda isə baş verən cüzi səhv və xətaların heç bir qorxusu yoxdur. Necə ki mərhum M.Füzuli Əhli-beyt sevgisi haqqinda deyir:

Düşməni gər taət etsə mocibi-isyan olur
Dostu gər isyan edə ol baisi ğufran olur

Yəni Əhli-beyti sevməyən şəxsin ibadəti üsyana, Əhli-beyti sevən şəxsin üsyani isə bağişlanmağa səbəb olur.
Ona görə də böyük insanlar Allahdan ən çox yəqin əhli olmalarını istəmişlər. İmam Sadiq(ə) buyurur: “Peyğəmbərlər üç şeyi bir-birlərindən irs aparmışlar. İlahi! Səndən qəlbimi büsbütün bürüyən iman, mənə yetişən hər nə varsa onun yalnız sən tərəfdən mənə təqdir edildiyini bilməyim üçün yəqin və mənim üçün ayırdığın paya razılıq istəyirəm.”
İslam Peyğəmbəri dualarında daim belə deyərdi: “İlahi! Bizə günahlarla bizim aramızda maneə olacaq qədər qorxundan,bizi cənnətinə yetirəcək qədər itaətindən, bizə dünya müsibətlərini asanlaşdıracaq qədər yəqindən pay ayır. Müsibətimizi dinimizdə,dünyanı ən böyük məqsəd və səyimiz qərar vermə. Bizə rəhm etməyənləri bizə rəhbər etmə” Əli(ə) buyurur: “Qəlbi yəqinlə bürünən insan necə də böyük səadətə çatmışdır.”
Hətta yəqin imamətin də şərtidir. Səcdə surəsi ayə 24 buyurur: “Biz onları səbr edib ayələrimizə yəqin etdikləri vaxt əmrimizlə hidayət edən imamlar qərar verdik” Nəzərə alsaq ki yəqin aləmin mələkutunu(batinini) müşahidə etməkdən ayrı deyildir, bu zaman onun necə bir məqam olması və yalnız kim tərəfindən kimlərə verilə bilməsi aydın olur. Ənam surəsi ayə 75 buyurur: “Beləliklə biz İbrahimə göylərin və yerin mələkutunu göstərdik ki yəqin əhlindən olsun” Deməli aləmin mələkutunu göstərmək yəqin nemətini həzrət İbrahimə verməyə bir müqəddimə və hazırlıq idi və ona görə də yəqin əhlindən olan şəxs mələkutu görür və müşahidə edir. Əli(ə) buyurur: “Əgər pərdələr götürülsə yəqinim artmaz” Bu o deməkdir ki Əli(ə) batini elə görür və duyur ki pərdələr kənara getsə də yəqinində dəyişiklik yaranmır. Əli (ə) Nəhcül-bəlağə hikmət 143-də imamların vəsfi haqda buyurur : “Yer üzü Allahın höccətləindən boş deyildir. Onlar bəzən aşkar, bəzən isə gizlidir. Onlar say cəhətdən az olsalar da lakin qədr və qiymətləri Allah yanında olduqca əzəmətlidir. Onlarla Allah öz dəlillərini qoruyur. Elm onlara tam aydınlıq və bəsirətlə üz gətirmiş və yəqinin ruhuna çatmışlar. Cahillərin vəhşət etdikləri ilə onlar ünsiyyətdədirlər. Cisimləri dünya ilə olsa da ruhları ən uca yerə bağlıdır. Onlar Allahın yer üzündəki xəlifələri və onun dininə dəvət edənlərdir. Ah! Ah! Kaş onları görə biləydim”
İma Sadiq (ə) byurur: Bir gün Həzrət Pyğəmbər (s) sübh namazını məsciddə camaatla birgə qıldıqdan sonra rəngi saralmış, bədəni zəifləmiş və gözləri çuxura düşmüş bir cavanın məscidin bir guşəsində əyləşdiyini gördü. Yaxınlaşıb ondan “necə sübh etdin”-deyə soruşduqda cavan dedi: Mən gecəni tam yəqinliklə başa vurdum. Peyğəmbər (s) buyurdu: Hər şeyin bir əlaməti olduğu kimi bəs sənin yəqininin əlaməti nədir? Cavan dedi: Yəqin məni qəmgin etmiş, gecəni yatmağa qoymamışdır. Məni dünya və dünyada olanlara rəğbətsiz edib. Dünyanın var-dövlətində əsla gözüm yoxdur. Ya Rəsuləllah! Qəlbimdə yəqin bir həddə çatıb ki sanki Allahın ərşini görürəm. Elə bil məhşərin bərpa olduğunu və camaatın hesab üçün gəldiyini və özümün də onların içərisində olmağımı görürəm. Yəqinim o qədərdir ki sanki cənnət və cəhənnəm əhlinin nemət və əzab içərisində olmalarını görürəm. Peyğəmbər (s) buyurdu: Bu bir bəndədir ki Allah onun qəlbini nurlu edib. Daha sonra isə üzünü həmin cavana tutaraq “çalış bu halı daim özündə qoru saxla”-deyə buyurdu. Cavan dedi: Ya Rəsuləllah! Dua et Allah mənə şəhidlik qismət etsin. Peyğəmbər (s) dua etdi və bu hadisədən bir müddət kiçdikdən sonra müharibələrin birində doqquz nəfər şəhid oldu, onuncu şəhid bu cavan idi.
Harisət ibn Noman Ənsardan idi. Ömrünün axırına qədər yəqininə heç bir xələl gəlmədi. O bədr, uhud və xəndəq muharibələrində iştirak etmişdi. Həzrət Peyğəmbər (s)-dan sonra Əli (ə)-la bir yerdə oldu. Həzrət Əli(ə) Xanım Fatimə ilə evləndiyi vaxt Peyğəmbər (s) ona buyurdu: “Bir ev hazırla və əyalını həmin evə apar.” Əli (ə) dedi: Ya rəsuləllah! Harisdən başqa bir yeri tanımıram. Peyğəmbər (s) buyurdu: “And olsun Allaha! Biz Harisdən xəcalətliyik. O bütün evlərini bizim istifadəmizə verib.” Haris bu sözü eşitcək Peyğəmbərin yanına gəlib dedi: Ya Rəsuləllah! Mənim özüm və malım Allah və Rəsuluna məxsusdur. And olsun Allaha! Mənim üçün ən sevimli şey sizin məndən bir şey almağınızdır. Peyğəmbər (s) onun barəsində dua etdi və göstəriş verdi ki Xanım Fatiməni onun evnə aparsınlar.
Harisin gözləri ömrünün axırında tutulmuşdu. Evdə namaz qıldığı yerdən qapıya qədər bir ip çəkmişdi. Yanına bir qab xurma qoyaraq qapıya bir fəqir gəldikdə ipdən tutur və gedib xurmanı öz əli ilə həmin fəqirə verirdi. Ev əhli ona deyirdi: Biz evdə olduğumuz vaxt niyə özünü bu qədər zəhmətə salırsan. Cavabında deyirdi. Peyğəmbər (s)-dan eşitmişəm ki buyurardı. “Öz əli ilə fəqirə bir şey vermək insanı pis ölümdən saxlayar.”


Haci Sahib


Şərhlər

 
 
| | |

Penahım ALLAHDIR...

8 noyabr 2013 15:12 Offline
Əllərinizə sağlıq.
 
| | |

axnatun

25 mart 2014 23:29
Əslində söylədiyiniz əladı.Ama sizin unutduğunuz bir həqiqət var ki onu etməsəniz əməlləriniz boşa gedir və cəhənnəmə getmək qorxusu var.O şeyi mən sizə söyləyəcəm.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Seyyid Peyman - En insan
Seyyid Peyman - Zeynəb Zeynəb
Hacı Sahib - Səfərdə olanın orucu
Hacı Sahib - Oruc tutan su içə bilər?
Hacı Sahib - Dəstəmazın danışması
Rusif Ucar - Üsyan
Hacı Sahib - İntizar
Hacı Sahib - İntizar çəkmək
Hacı Sahib - Kiçik günahı unutmaq
Hacı Şahin - Dini ehtiyac
Hacı Şahin - Diqqət eləmək
Hacı Şahin - Din təbliğ etmək
Hacı Eldayaq - Allah üçün
Hacı Eldayaq - Allahı unuduruq
Hacı Eldayaq - Allahımızı ucuz satırıq
Azərbaycan İlahi nəğmələr qrupu Hacı Möhübbət - Şah səlamun aleyk
Azərbaycan İlahi nəğmələr qrupu - Ağam Əbəlfəz
Azərbaycan İlahi nəğmələr qrupu - Əli kimdir
Seyyid Peyman - Şah salamun aleyk
Hacı Sahib - Şəban ayının əməlləri
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor