RSS
 

Login:
Şifrə:
» » Qadınların yaxşı və pis xüsusiyyətləri haqqında

Xəbər lenti

Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...
İzdivacda vasitəçilik
İzdivacda vasitəçilik...
Hədislərdə vəhdətə çağırış
Hədislərdə vəhdətə çağırış...
Erkən nikah: İslam buna “hə” deyirmi?
Erkən nikah: İslam buna “hə” deyirmi?...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Qadınların yaxşı və pis xüsusiyyətləri haqqında

 
Müəllif: Admin | Bölmə: Xanimlar üçün | Vaxt: 11-06-2015, 16:44 | Şərh sayı: (0) | Baxılıb: 2326

Qadınların yaxşı və pis xüsusiyyətləri haqqında


Qadınların yaxşı və pis xüsusiyyətləri haqqında


(Evlənmək istərkən necə qadın seçməyin üsulları və bu haqda dəyərli məsləhətlər)


İmam Sadiq (ə) buyurmuşdur: Evə qadın gətirmək (yəni evlənmək) sanki boyunmbağı salmaq kimidir.Bəs bu məsələ barəsində gərək diqqətli olasınız. Yaxşı və pis qadının heç birinin qiyməti yoxdur, belə ki, əgər yaxşı qadını dünyanın ən dəyərli daş-qaşı ilə müqayisə etsəniz o bu daş-qaşların hamısından dəyərli olacaq.Öz həyat yoldaşına sadiq olmayan qadın isə dünyadakı heç bir şeylə müqayisə olunmaz. Hətta qara torpaq belə ondan dəyərli olar. Peyğəmbər (s) buyurmuşdur: Qızınızı ərə verəndə onun özü xasiyyətində olan bir şəxsə ərə verin və qız aldığınız zaman özünüzün və ya övladınızın xasiyyətinə uyğun alın (burada xasiyyət deyildikdə hər bir şey nəzərdə tutulur:yəni var-dövlət, ailə vəziyyəti, tərbiyə və əxlaq normaları və s.).İmam Sadiq (ə) buyurmuşdur: Hər kim qadını yalnız gözəlliyə və mal-dövləti üçün istəsə onların hamısından məhrum olacaqdır, yox əgər qadını dininə və ya sədaqətinə görə almaq istəsə Allah-təala özü ona gözəllik və mal-dövlət bəxş edəcəkdir. Peyğəmbər (s) başqa bir hədisdə belə buyurur: Evlənmək istədikdə subay qızla evlənin və çalışın ərdə olan qadınla evlənməyin. Bakirə qadınla evlənmək insana bol övlad nəsib edər. Ərdə olmuş qadın isə az uşaq dünyaya gətirər. Mən qiyamət günü başqa peyğəmbərlərin ümmətləri ilə birlikdə sizinlə fəxr edəcəyəm. Məgər siz bilməyirsinizki, qiyamət günü uşaqlar Allah-təalanın ərşi altına öz valideynlərinin bağışlanmalarını istəyəcəklər. Bunu bilin ki, həmin uşaqları müşk-ənbər və zəfəranlı bir dağın üzərində həzrəti İbrahim (ə) qoruyub saxlayır, sonra onları tərbiyələndirir. Başqa bir hədisdə bakirə qadınların xüsusiyyətlərinə işarə edərək buyurur: Bakirə qadınların rihəmləri (analıq kisəsi) quru, döşləri isə südlə dolu olur və bu qadınlar dünyaya çox uşaqlar gətirmək qabiliyyətinə malikdirlər. Bilin ki, mən qiyamət günü sizin çoxunuz ilə fəxr edəcəyəm, hətta ana bətnindən tez düşmüş uşaqlarla da belə. Bu uşaqlar qiyamət günü behiştin qapısı qarşısına gəlib qəmli-qüssəli durarlar. Allah-təala onlara behiştə girmələrini buyurar. Onlar isə Allah-təala belə cavab verərlər: Əgər ata və anam məndən əvvəl behiştə girməsələr mən də girməyəcəm. Sonra Allah-təala mələklərdən birinə onların ata və analarını gətirib behiştə salmasını buyurar. Daha sonra Allah-təala o uşaqlara belə xitab edər, onları (valideyinlərinizi) mənim sizə qarşı olan mərhəmətim sayəsində behiştə daxil etdim. Əmirəl-möminin Əli (ə) evlənmək barəsində belə bir tövsiyə vermişdir: Evlənmək istədikdə qarabuğdayı, qara, iri göz qız seç, boyu da nə uzun nə də çox qısa olsun. Əgər belə bir qız alsan və sonradan onu istəməsən, gəl mehriyəsini məndən istə. (Hədisin mənası budur ki, hər kəs öz xasiyyəti və dinində olan xoş əxlaqlı və göstərilən xüsusiyyətli qızla evlənsə daha heç zaman peşman olmaz, ondan ayrılmaq belə fikirinə düşməz). İmam Rza (ə) belə buyurmuşdur: İnsanın xoşbəxtliyindən biri də odur ki, onun qadını ağ olsun. İmam Sadiq (ə) belə buyurmuşdur: Elçiliyə göndərdiyiniz zaman üzünü soruşduğunuz kimi, qızın saçları barəsində də soruşun, çünki onun saçları gözəlliyinin yarısıdır. Peyğəmbər (s) hədislərin birində belə buyurmuşdur: Qadınların ən yaxşısı odur ki, sizə çox uşaq bəxş edə və öz ərinə sadiq olub öz namusunu qorusun. Habelə öz qohum-əqrabasının arasında sevimli və ərinin yanında hər zaman özünü zəif bilsin. Öz əri üçün özünə bəzək-düzək vursun (öz ziynət əşyalarını onun yanında taxsın) başqalarından isə özünü daim gözləsin. Qadın gərək daim öz ərini eşitsin və onun dediyinə tabe olsun və onunla xəlvətdə olduğu zaman ərinin istəyinə qarşı çıxmasın. Bundan başqa Peyğəmbər (s) belə buyurmuşdur: Sizin içərinizdə ən pis qadın o kəsdir ki, öz qohum-əqrabası yanında daim başı aşağı və xəcalətli olsun, öz ərinə hakimlik etsin və uşaq dünyaya gətirməsin. Habelə başqalarına kin-küdurətlə yanaşıb, pis (xoşagəlməz) işlərdən özünü çəkindirməsin. Ərinin yoxluğundan istifadə edib özünə bəzək-düzək verib başqalarına göstərməklə məşğul olsun. Əri gəldikdə özünü abırlı-həyalı göstərsin, əri ona bir söz dedikdə isə onun sözünə tabe olmasın.

Başqa bir hədisdə deyilir:Bir gün bir şəxs Peyğəmbər (s)-ın yanına gəlib deyir: Mənim çox mehriban bir həyat yoldaşım var.Mən evə daxil olduqda məni gülərüzlə qarşılayır evdən getdikdə isə məni qapıya qədər müşayiət edir. Məni ruzı ucbatından qəmli gördükdə təskinlik verir və deyir: Əgər ruzini qıtlığından qəm yeyirsənsə narahat olma. Allah-təala sənin və başqalarının ruzilərini yetirməyi öz üzərinə götürmüşdür. Axirət üçün qəm-qüssə çəkdikdə isə mənə təskinlik verir: Əgər axirətdən ötrü qəm-qüssə yeyirsənsə özünə təskinlik ver. Allah-təala sənin qəm-qüssəni azaldıb aradan aparacaq (inşaəllah). Peyğəmbər (s) həmin şəxsi axıra qədər dinlədikdən sonra buyurur: Allah-təalanın yer üzərində işləyən işçiləri vardır ki, bu işlərinə görə ona şəhidə yazılan savabın yarısı yazılır. Peyğəmbər (s) bu barədə bir hədisdə buyurmuşdur: Mənim ümətimdən ən yaxşı qadınlar onlardır ki, həyatda ailəsi ilə gülərüz olsunlar və eyni zamanda mehriyyələri də az olsun. İmam Sadiq (ə) buyurmuşdur: Qadının yaxşı xüsusiyyətlərindən biri də odur ki, mehriyəsi az və doğuşu asan olsun. Pis xüsusiyyətlərindən biri də odur ki, mehriyəsi çox, doğuşu isə çətinliklə olsun. Peyğəmbər (s) özü Qüreyş qəbiləsindən olmuşdur və bu qəbilənin qadınlarını başqa qəbilənin qadınlarından üstün tutaraq öz tərəfdarlarına belə buyurmuşdu: Sizin qadınlarınızın ən yaxşısı Qüreyş qadınlarıdır, çünki Qüreyş öz ərləri ilə çox mehriban və səxavətli,başqaları ilə isə çox xoş əxlaqa davranarlar. Qüreyş qadınları başqa kişilərdən öz namuslarını qoruyub saxlayarlar. Peyğəmbər (s) hədisin axırında o dövrdə yaşayan Qüreyş qadınlarının səadətlə yaşadıqlarını bildirmişdir. Peyğəmbər (s)-dan başqa bir mötəbər hədisdə belə nəql olunmuşdur: Allah-təala buyurur ki, müsəlman üçün dünya və axirətin yaxşılıqlarını bir yerə yığmaq istərkən ona Allah qarşısında hər zaman özünü itaətkar bilib ona ibadət edən zəif bir ürək (zəif burada hansısa bir xəstəlikdən zəif olan ürək deyildir) məni zikr edən bir dil, bəlaya səbr edən bədən və imanlı bir qadın verərəm. Bu müsəlman şəxs hər zaman bu möminə qadını isə ərinin yoxluğundan istifadə edib nalayiq işlərə qoşulmaz, əksinə ərinin hər zaman xətrini əziz tutub onun malını hədər yerə sərf etməz. İmam Məhəmməd Baqir (ə)-dan belə bir hədis nəql olunmuşdur: Bəni İsaril əhalisindən çox ağıllı bir şəxsin saysız-hesabsız var-dövləti və iki qadını var idi. Qadınlardan biri çox ləyaqətli, o biri isə o qədər də öz ləyaqət və namusuna fikir verməzdi. Həmin şəxs dünyadan gedəndə namuslu qadından bir uşağı o biri qadından isə iki uşağı varis qaldı. Bu varislər atalarının ölümündən sonra mal-dövlət üstündə bir-birləri ilə dava etdilər. Hətta iş o yerə çatdı ki, məcbur oldular qazi yanına gedib öz məsələlərini həll etsinlər. Qazi onların işləri ilə maraqlandıqdan sonra özlərində nisbətən ağıllı olan qardaşı Anəsinin yanına getmələrini istədi. Onlar Anəsinin yanına gəlib onu qocalmış halda gördülər, bu da əvvəlki qardaşı kimi özündən böyük qardaşının yanına getmələrini istədi, onlar gördükləri şeyin əksini müşahidə etdilər və bu böyük qardaşın başqa qardaşlarına nisbətən cavan gördülər. Bu gördükləri şeylərin səbəbini soruşdular o, da belə cavab verdi: Bizdən ən kiçik qardaşımızın qadını onunla mehribançılıqla dolanmır və qardaşımız hər zaman tənə altındadır. Qardaşımız da bütün bu çətinliklərə səbr edir və bu səbəbdən də bizdən qoca görünür. Ortancıl əzazil davranır bu səbəbdən məndən kicik olsa da məndən böyük görünür. Mənə çatdıqda isə mənim qadınım hər zaman mənimlə gülərüz və xoşluqla davranır və heç zaman aramızda narazıçılıq olmur, elə bu səbəbə görə mən hamısından yaşlı olsam da belə, hamısından cavan görünürəm. Vəziyyətin nə yerdə olduğunu başdan ayağa izah etdikdən sonra soruşduqları məsələnin həllini bu cür izah etdi: Gedin atanızın qəbrini açın və onun sümüklərini yandırın, bu işləri gördükdən sonra gəlin və yalnız bundan sonra sizin aranızda hökm çıxara bilərəm. Bu üç varisdən ikisi (o iki qardaş ki, ləyaqətsiz qadının övladları idi) bu işin icrasına başlamaq üçün özləri ilə külünk götürüb qəbri sökmək istərkən kişinin ilkin övladı qılıncını sivirib onları bu işdən çəkindirmək istədi və dedi: Mən öz payımdan keçirəm bu şərtlə ki, qəbrə toxunmayın. O qardaş da razılaşıb məsələnin həlli üçün qazinin yanına qayıtdılar. Qazi onları dinlədikdən sonra malın hamısının o tək oğlana çatacağını bildirdi və onlara dedi: Əgər siz də o kişinin əsl övladlarından olsaydınız bu işə razı olmazdınız. (Hədisin əsas mənası budur ki, ləyaqətli qadından yaxşı övlad olar, ləyaqətsiz qadından onun özünə layiq nadan övladlar dünyaya gələr). Bəs gərək evlənən zaman belə vacibi məsələlərə ciddi riayət olunsun.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor