RSS
 

Login:
Şifrə:
» » Qarışqanın təvəkkülü və qənaəti

Xəbər lenti

Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...
İzdivacda vasitəçilik
İzdivacda vasitəçilik...
Hədislərdə vəhdətə çağırış
Hədislərdə vəhdətə çağırış...
Erkən nikah: İslam buna “hə” deyirmi?
Erkən nikah: İslam buna “hə” deyirmi?...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Qarışqanın təvəkkülü və qənaəti

 
Müəllif: Admin | Bölmə: Slide, Məqalələr | Vaxt: Dünən, 21:46 | Şərh sayı: (0) | Baxılıb: 3

Qarışqanın təvəkkülü və qənaəti


Qarışqanın təvəkkülü və qənaəti Quranda və məsumların hədislərində dönə-dönə vurğulanan və üzərində ən çox təkid edilən mövzulardan biri də təvəkkül məsələsidir. Təvəkkül ərəb dilindən tərcümədə “vəkil bilmək, vəkil kimi qəbul etmək” mənasını verir. Dini anlamda hər bir məsələdə Allaha arxayın olmaq, hər şeyi Onun öhdəsinə buraxmaq deməkdir. Qurani-kərimdə təvəkkül möminin ən gözəl xüsusiyyətlərindən biri kimi göstərilir: “Kim Allaha təvəkkül etsə, (Allah) ona kifayət edər. Allah öz əmrini yerinə yetirəndir” (Təlaq, 3). “Yenilməz qüdrət sahibinə, mərhəmət sahibinə təvəkkül et!” (Şüəra, 217). İslam müqəddəsləri də öz hədislərində təvəkkülün üstünlüklərini ətraflı şəkildə bəyan etmişlər. Məsələn, İmam Əli (ə) buyurub: “Təvəkkül insanı hər kəsdən və hər şeydən ehtiyacsız edir”. Ehtiyacsız insan isə ən güclü insandır. Həzrət Mühəmməd Peyğəmbərin (s) buyurduğu kimi, hamıdan güclü olmaq istəyən şəxs Allaha təvəkkül etsin. Amma İslam müqəddəsləri başqasına möhtac olmaq dərəcədə təvəkkül etməyi bəyənməmiş və hər zaman tədbirlə, qənaətlə davranmağı məsləhət görmüşlər. Vaxtilə Həzrət Mühəmməd Peyğəmbər (s) onunla görüşə gəlmiş bir ərəbdən soruşdu ki, dəvəni harada qoyub gəlmisən? Ərəb cavab verdi ki, Allaha təvəkkül edib dəvəni özbaşına buraxdım. Peyğəmbər buyurdu: “Dəvənin ayaqlarını bağla, sonra Allaha təvəkkül et!” İkinci raşidi xəlifəsi Ömər ibn Xəttab ruzi qazanmaq üçün zəhmət çəkməyən, camaatın ianəsi hesabına dolanan insanlarla rastlaşanda onlardan soruşmuşdu: “Siz kimsiniz?” Onlar cavab verdilər: “Biz təvəkkül əhliyik”. Ömər ibn Xəttab dedi: “Siz təvəkkül yox, təəkkül (yemək) əhlisiniz, yalançısınız. Əsl təvəkkül əhli odur ki, əvvəlcə yerə toxum səpər, sonra (bol məhsul yığmaq üçün) Allaha təvəkkül edər”. Allaha təvəkkül etmək insanlararası münasibətlərə xələl gətirməməlidir. Allah insanların ruzisini bir-birinin vasitəsilə yetirir. “Mən Allaha təvəkkül edirəm” deyə, dünyəvi münasibətlərə arxa çevirmək, ruzi axtarışından imtina etmək müsəlmana yaraşmaz. Bununla yanaşı, hətta təvəkkül edərkən belə, qənaəti unutmamaq lazımdır. Peyğəmbərlər tarixindən məlumdur ki, Həzrət Süleyman Peyğəmbər (ə) heyvanların və quşların dilini bilir, onlara hökm edirmiş. O həzrətin qarışqa və şanapipiklə Quranda xatırlanan söhbəti də deyilənlərə sübutdur. Dini mənbələrimizdə Həzrət Süleymanın (ə) küləklə, bəzi heyvan, quş və həşəratlarla söhbətlərini əks etdirən xeyli rəvayət vardır. Bunların içində qarışqa ilə bağlı mövzular xüsusi yer tutur. Bildiyimiz kimi, qarışqa zəhmətkeşliyin rəmzi sayılır. Durmadan çalışan, gündəlik fəaliyyətində insanların qibtə edəcəyi səviyyədə ciddi nizam-intizama riayət edən, özündən on dəfələrlə ağır yükü qaldırıb inadkarlıqla istədiyi nöqtəyə daşımaqda davam edən qarışqa bir çox ibrətli alleqorik məsəllərin “qəhrəmanına” çevrilib. Belə məsəllərin birində deyilir: Həzrət Süleyman Peyğəmbər (ə) bir gün qarışqadan soruşur ki, sənin bir aylıq yeməyin nə qədərdir? Qarışqa cavab verir: “Bir ay ərzində bir dənə iri buğda dənəsindən çox yemirəm”. Süleyman (ə) qarışqanın bu qədər qənaətlə davrandığına inanmır, sözünün doğruluğunu yoxlamaq qərarına gəlir. Qarışqanı bir şüşə qabın içinə buraxır, yanına da iri bir buğda dənəsi qoyur. Hava üçün yer qoymaq şərti ilə qabın ağzını bağlayır. Üstündən düz bir ay ötüb-keçir. Həzrət Süleyman (ə) şüşə qabı götürüb içinə baxanda heyrətə düşür. Qarışqa bir a ərzində hətta bir buğdadan da az yemişdi. Buğda dənəsinin yarısı qabın içində qalmışdı. Süleyman (ə), Ona verilən qüdrətlə qarışqadan soruşur: “Demişdin ki, bir ay ərzində bir buğda dənəsi yeyirsən. Bəs niyə buğda dənəsinin hamısını yeməyib, yarısını saxladın?” Qarışqa cavab verir: “Ey Allahın Peyğəmbəri! Mən azadlıqda olduğum zaman Allahıma təvəkkül edir və Onun yetirdiyi ruzini yeyirdim. İnanırdım ki, O, məni unutmaz və ruzisiz qoymaz. İnanırdım ki, O, mütləq hər ay mənə bir buğda dənəsi yetirəcək. Amma bu bir ayda mənim ruzimi Sən öz öhdənə aldın. Mən Allahıma təvəkküllə yanaşı, Sənin hafizənə və ədalətinə də güvənməli oldum. Düşündüm ki, məni unudar və bir aydan sonra şüşənin qapağını açmazsan. Ona görə də özümü çətinliyə salıb, qənaət etməyə qərar verdim”.


Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor