Çətinliyi asanliga necə çevirmək olar? |
Müəllif: Hesen_Mucteba | Bölmə: Məqalələr | Vaxt: 18-09-2016, 23:32 | Şərh sayı: (0) | Baxılıb: 257
Kim Allahdan qorxsa (Allah) onun üçün (çətinlikdən) çıxış yolu qoyar. Və ona güman etmədiyi bir yerdən ruzi verər. Kim Allaha təvəkkül etsə, O, ona kifayət edər; şübhəsiz, Allah Öz əmrini çatdıran və iradəsini həyata keçirəndir; həqiqətən, Allah (varlıq aləmində kəmiyyət,keyfiyyət,ömür müddəti baxımından) hər şey üçün müəyyən bir ölçü qoymuşdur.(Təlaq,ayə 2-3)
Böhranlı zamanlarda iki şey bizə yardım edə bilər:
1. Təqva.
2. Qurana söykənmək.
O kəslər ki,günah yolu ilə ruzilərini qazanır onlar üçün nəzərdə tutulmuş və onların gözləmədikləri ruzinin qapılarını üzlərinə bağlayarlar.
İlahi iradə insanların hesabı ilə üst-üstə düşməyə də bilər.Maddi həyatda mənəvi işlərə riayət etmək ruziyə öz təsirini qoyar.
Təqvalı insan öz istəklərini İlahi iradə və istək yolunda qərar verər.İlahi iradə heç vaxt dalana düşmədiyindən təvqalı insanın istəkləri də dalana dirənməz.
Həmişə çoxlu ruzi qazanmaq çox zəhmət çəkməkdən asılı deyildir. İmam Sadiq (ə.z) bu ayənin təfsirində buyurur: "Allah o şeyi ki,ona verib - bərəkət verər."
Təqva və təvəkkül – çətinlikdən çıxmağın iki ən yaxşı yoludur. Bu gün ruzi qazanmaq üçün təvqa və gələcək üçün təvəkkül lazımdır. Təqva təvəkküldən əvvəl gələr. İlahi lütf olmadan başqa amil işə yaramaz.
Bizim Allaha təvəkkül etməyimizin səbəbi – Allahın sonsuz qüdrətidir. Təvəkkül və İlahi qüdrətin mənası
o deyildir ki, insan bütün istəklərinə çatacaqdır.Varlıq aləmində olan hər bir şey qanuna tabe olar və hesab olunmuşdur
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər