RSS
 

Login:
Şifrə:
» » Namazın vacibatı-Səcdə

Xəbər lenti

Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...
İzdivacda vasitəçilik
İzdivacda vasitəçilik...
Hədislərdə vəhdətə çağırış
Hədislərdə vəhdətə çağırış...
Erkən nikah: İslam buna “hə” deyirmi?
Erkən nikah: İslam buna “hə” deyirmi?...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Namazın vacibatı-Səcdə

 
Müəllif: Admin | Bölmə: Namaz | Vaxt: 7-05-2015, 16:43 | Şərh sayı: (0) | Baxılıb: 590

Namazın vacibatı-Səcdə


Namazın vacibatı-Səcdə


1) Səcdənin mənası və əhkamı:

Vacib və müstəhəb namazların hər rəkətində rükudan sonra iki səcdə yerinə yetirmək lazımdır. Səcdə, alnı təvazökarcasına yerə qoymaq deməkdir.

Diqqət:

 İki səcdə birgə "rükn” sayılır. Yəni, namazqılan şəxs, istər bilərəkdən, istərsə də səhvən səcdənin ikisini də yerinə yetirməsə və ya iki əlavə səcdə yerinə yetirsə, namazı batildir.

 Əgər namazqılan şəxs bilərəkdən bir səcdəni artıq yerinə yetirsə, namazı batildir. Lakin əgər səhvən etsə, namaz batil deyildir və bunun özünəxas hökmü vardır ki, bir qədər sonra nəzərinizə çatdırılacaq

Səcdənin vacibatları:

1.Bədənin yeddi üzvü yerə dəyməlidir.

2.Zikr

3.Zikri deyərkən bədən hərəkətsiz olmalıdır.

4.Zikri deyərkən yeddi üzv yerin üzərində olmalıdır.

5.Birinci səcdədən qalxıb əyləşmək, sonra ikinci səcdəyə getmək lazımdır.

6.Səcdə üzvləri qoyulan məkanlar biri digərindən dörd bağlı barmaqdan hündür və ya alçaq olmamalıdır, başqa sözlə desək, namazqılanın məkanı hamar olmalıdır.

7.Alın qoyulan yer pak olmalıdır.

8.Üzərinə səcdə edilən şeylə alın arasında heç bir maneə

olmamalıdır.

9.Alını, səcdənin düzgün olduğu şeylərin üzərinə qoymaq.

10.Vacib ehtiyata görə, təşəhhüd deyilməyən rəkətlərdə ikinci səcdədən sonra əyləşmək.

I. Bədənin yeddi üzvü yerə dəyməlidir:

1. Alın;

2 və 3: hər iki əlin içi;

4 və 5: hər iki ayağın dizləri;

6 və 7: hər iki ayağın baş barmaqları.

Diqqət:

 Səcdə edərkən əli xırda dəlikləri olan döşəmə daşlarının üstünə qoymağın heç bir maneəsi yoxdur.

 Səcdədə ayağın baş barmağından əlavə digər barmaqları yerə qoymağın eybi yoxdur.

2. Əgər namazqılan şəxs alnını bilərəkdən, yaxud səhvən yerə qoymasa, digər altı üzvünü (iki əlin içi, iki dizlər və iki ayağın baş barmağı) yerə qoysa belə səcdə etməmişdir. Lakin əgər alnını yerə qoysa və səhvən digər üzvünü yerə qoymasa, yaxud səhvən zikri deməsə, səcdəsi düzdür.

3. Əyilib alnını yerə qoya bilməyən şəxs, üzərinə səcdə etdiyi əşyanı (möhür və bu kimi digər əşyaları) hündür bir şeyin üstünə qoymalı və bacardığı qədər əyilərək səcdə etməlidir. Belə ki, ətrafdakılar onun səcdə etdiyini təsdiqləsinlər. Eləcə də əllərin içini, dizləri və ayaq barmaqları da mümkün qədər göstərilən qaydada yerə qoymalıdır. Əgər möhrü qoymaq üçün bir vasitə tapmasa, onu əli ilə hündürə qaldırmalı və alnını möhürə qoymalıdır.

4. Səcdə yerini nə qədər hündürə qaldırsa da əyilib səcdə edə bilməyən şəxs, başı ilə səcdəyə işarə etməlidir. Başı ilə də mümkün olmasa, gözləri iə işarə etməlidir.

Diqqət:

 Əlil arabasından istifadə edən və vəziyyətinə görə 2 səcdə üzvünü yerə qoya bilməyən şəxs, əgər möhürü arabanın dəstəyinə, yaxud balış və s. bu kimi vasitələrin üzərinə qoyub səcdə edə bilirsə, bu qaydada səcdə etməlidir. Qıldığı namaz da düzdür. Əgər bu qaydada namaz qılmaq mümkün deyilsə, bacardığı şəkildə, hətta işarə ilə olsa da, səcdə və rükunu yerinə yetirsin.

5. Palçıqlı yerdə namaz qılan şəxs, əgər səcdə edərkən bədəninin və paltarının palçığa bulaşması onu çətinliyə salacaqsa, ayaq üstə başı ilə səcdəyə işarə edə bilər və təşəhhüdü də ayaq üstə oxuya bilər.

II. Zikr:

Səcdənin vacib zikri bir dəfə "Subhanə rəbbiyyəl ə-əla və bihəmdih” və ya üç dəfə "Subhanəllah”dır. Əgər "Subhanəllah” əvəzinə "Əlhəmdu lillah” və ya "Allahu Əkbər” zikrini üç dəfə desə, kifayət edir.

III. Səcdənin zikrini deyərkən bədən hərəkətsiz olmalıdır:

1. Səcdənin vacib zikrini deyərkən bədən hərəkətsiz olmalıdır. Hətta müstəhəb zikri deyərkən də, məsələn, "Subhanə rəbbiyəl əla və bi-həmdih”i təkrar edərkən vacib ehtiyata görə bədən hərəkətsiz olmalıdır.

2. Səcdənin zikrini deyərkən bədənin hərəkətsiz olmasının vacibliyini bilən şəxs

a.Alnını yerə qoymamış və sabit vəziyyət almamış zikr desə

1)Bilərəkdən etsə, namazı batildir.

2)Səhvən etsə

-Səcdədə ikən səhvini anlasa, sabit vəziyyət alıb zikri yenidən deməlidir.

-Səcdədən qalxdıqdan sonra səhvini anlasa, namazı düzdür.

b. Zikr tamamlanmamış başını səcdədən qaldırsa

1)Bilərəkdən etsə, namazı batildir.

2)Səhvən etsə, namazı düzdür

3.Balış və s. bu kimi yumşaq əşyaların üstünə möhür qoyub səcdə etməyin – belə ki, bu halda bədən ilk öncə bir qədər hərəkət edib sonra hərəkətsiz olur – eybi yoxdur.

IV. Zikri deyərkən yeddi üzv yerin üzərində olmalıdır:

1. Əgər namazqılan şəxs səcdənin zikrini deyərkən yeddi üzvdən birini qəsdən yerdən qaldırarsa, namazı batil olar. Lakin zikr demədiyi anda alından qeyri digər üzvləri yerdən qaldırsa, sonra yenidən qoysa eybi yoxdur.

2. Əgər səcdənin zikri tamamlanmamışdan qabaq namazqılan şəxs səhvən başını yerdən qaldırarsa, yenidən qoya bilməz və bunu bir səcdə hesab etməlidir. Lakin əgər digər üzvləri səhvən yerdən qaldırarsa, yenidən yerə qoyub zikri tamamlamalıdır.

3. Əgər səcdəyə gedərkən alın səcdə yerinə dəyib qeyri-ixtiyari yerdən ayrılsa, yenidən alnı yerə qoyub zikri demək və bunu bir səcdə hesab etmək lazımdır.

V. Birinci səcdədən qalxıb əyləşmək, sonra ikinci səcdəyə getmək:

Namazqılan şəxs birinci səcdənin zikrini deyib qurtardıqdan sonra əyləşməli, bir anlıq dayandıqdan sonra ikinci səcdəyə getməlidir.

VI. Səcdə üzvləri qoyulan məkanlar biri digərindən 4 bağlı barmaqdan çox hündür və ya alçaqda olmamalıdır:

Səcdədə alın qoyulan məkan, dizlər və ayağın baş barmaqları qoyulan məkanlarda dörd bağlı barmaqdan çox hündür və ya alçaqda olmamalıdır.

VII. Alın qoyulan yer pak olmalıdır:

Möhür, ümumiyyətlə üzərinə səcdə edilən hər bir şey pak olmalıdır. Lakin möhürü napak xalçanın üstünə qoyub səcdə etməyin, yaxud əgər möhürün bir tərəfi napakdırsa, pak tərəfinə alın qoyub səcdə etməyin eybi yoxdur.

VIII. Üzərinə səcdə edilən şeylə alın arasında heç bir maneə olmamalıdır:

Üzərinə səcdə edilən şeylə alın arasında heç bir maneə olmamalıdır. Beləliklə, əgər saç, papaq və ya möhürün üstünü tutan çirk qatı – belə ki, alnın möhürə dəyməsinə həqiqətən maneə yaradır – alınla möhür arasında maneə yaradarsa, səcdə və namaz batildir.

Diqqət:

 Əgər namazqılan şəxs səcdə əsnasında yaylıq, papaq və s. bu kimi əşyaların maneəçiliyi nəticəsində alnının möhürə dəymədiyini başa düşsə, başını yerdən qaldırmadan alnını hərəkət etdirməli və möhürə qoymalıdır. Əgər şəri hökmü bilmədən və ya unudaraq alnını yerdən qaldırarsa və bu əməl, bir rəkətin iki səcdəsindən yalnız birində baş versə, namazı düzdür və yenidən qılmaq lazım deyil.

IX. Alnı, səcdənin düzgün olduğu şeylərin üzərinə qoymaq lazımdır.

X. Vacib ehtiyata görə təşəhhüd deyilməyən rəkətlərdə də ikinci səcdədən sonra əyləşmək:

Dörd rəkətli namazların birinci və üçüncü rəkətlərində vacib ehtiyata görə ikinci səcdədən sonra əyləşmək, sonra ayağa qalxmaq lazımdır.

3) Üzərinə səcdənin düzgün olduğu şeylər:

Bunların üzərinə səcdə etmək düzgündür

1)Yer 2)Yerdən çıxan

üç şərtlə

1. Yeyilən olmasın.

2. Geyilən olmasın.

3. Torpaq altından çıxarılan bir sıra faydalı qazıntılardan olmasın.

1) Səcdəni yerin və ya yerdən çıxıb yeyilməyən bitkilərin üzərinə etmək olar, məsələn, daş, torpaq, taxta, ağacların yarpaqları və s. Yerdən çıxsa da pambıq və buğda kimi geyinilən və yeyilən şeylərin üzərinə səcdə etmək düzgün deyil. Həmçinin yerin tərkibi ilə eyni olmadığı üçün metal və şüşə kimi faydalı qazıntılar üzərinə səcdə etmək düzgün deyil.

2) Binaların tikintisində və ya bəzədilməsində istifadə edilən mərmər və s. daşların üzərinə səcdə etmək düzgündür.

Həmçinin əqiq, firuzə, dürr və s. cəvahirat daşları üzərinə səcdə etmək düzgündür. Hərçənd ehtiyati-müstəhəbə görə səcdə edilməsə yaxşıdır.

3) Ot, yonca və s. yerdən çıxan və təkcə heyvanların yediyi bitkilərin üzərinə səcdə etmək düzgündür.

4) Vacib ehtiyata görə çayın yaşıl yarpağına səcdə etmək düzgün deyildir. Lakin yeyilmədiyi üçün qəhvə ağacının yarpağı üzərinə səcdə etmək düzgündür.

5) Yeyilməyən güllərin və müalicəvi bitkilərin – belə ki, bu bitkilər, yalnız müalicə işlərində istifadə olunur – üzərinə səcdə etmək düzgündür. Lakin müalicədən qeyri bir sıra faydalarına görə yeyilən bitkilərn üzərinə səcdə etmək düzgün deyil.

6) Bir məntəqədə yeyilən, lakin digər bir məntəqədə yeyilməyən bitkilər "yeyilən bitkilər” sayılır və onların üzərinə səcdə etmək düzgün deyil.

7) Kərpic, saxsı, təbaşir, əhəng və sementin üzərinə səcdə etmək düzgündür.

8) Pambıqdan başqa digər yeyilməyən bitkilərin və həmçinin taxtadan hazırlanan kağızın üzərinə səcdə etmək düzgündür.

9) Əgər namazqılan şəxs, üzərinə səcdənin düzgün olduğu vasitələrdən heç birini əldə edə bilməsə, yaxud əldə edə bilsə də havanın həddən artıq isti və ya soyuq olduğuna görə onların üzərinə səcdə edə bilməsə, pambıq və ya kətan parçadan olan paltarının, ümumiyyətlə pambıq və ya kətan parçadan olan bir əşyanın üzərinə səcdə etməlidir.

Vacib ehtiyata görə əgər paltarı pambıq və kətan parçadandırsa və onun üzərinə səcdə etmək mümkündürsə, bu parçalardan olan digər əşyalara səcdə etməsin.

Əgər pambıq və kətan parçadan olan heç bir şeyi əldə edə bilməsə, vacib ehtiyata görə əlinin üstünə səcdə etsin.

10) Əgər namazqılan namaz əsnasında üzərinə səcdə etdiyi əşyanı itirsə və namazda ikən yaxınlığında üzərinə səcdənin düzgün olduğu heç bir şeyi əldə edə bilməsə, bu halda əgər namaz vaxtı genişdirsə, namazı kəsməlidir. Lakin əgər vaxt dardırsa, əvvəlki məsələdə deyilən ardıcıllığa riayət etməlidir.

11) Əgər insan təqiyyə etmək məcburiyyətindədirsə, xalça və s. bu kimi əşyaların üzərinə səcdə edə bilər və namaz üçün xəlvət bir məkan axtarmağa ehtiyac yoxdur.

Lakin əgər həmin məkanda zəhmətə düşmədən həsir, daş və bu kimi əşyaların üzərinə səcdə etmək imkanı varsa, vacib ehtiyata görə bu əşyaların üzərinə səcdə etməlidir.

12) Əgər birinci səcdəni yerinə yetirərkən möhür alına yapışsa, ikinci səcdəyə gedərkən möhürü alından qopardıb, yerə qoymaq lazımdır. Əgər belə etməsə və ikinci səcdəni möhür alnına yapışmış halda yerinə yetirsə, düzgün deyil.

Diqqət:

 Ən yaxşı səcdə, torpaq və yerin üzərinə edilən səcdədir. Bu, Allah-Taala qarşısında xüzu və xüşunun ən yüksək dərəcəsidir. Seyyidüş-şühəda İmam Hüseynin (ə.s) türbəti isə torpaqların ən fəzilətlisidir.

4) Səcdənin bəzi müstəhəb əməlləri:

1.Səcdədən əvvəl və sonra "Təkbir” demək müstəhəbdir. Bir şərtlə ki, təkbir deyərkən bədən hərəkətsiz olmalıdır.

2.İki səcdə arasında "Əstəğfirullahə rəbbi və ətubu iləyh” demək müstəhəbdir. Yenə də bu sözləri deyərkən bədən hərəkətsiz olmalıdır.

3. Səcdəni uzatmaq, zikrlər demək, dünya və axirət hacətlərini istəmək və salavat göndərmək müstəhəbdir.

4. Səcdədən qalxıb sol ayaq üzərində əyləşmək və sağ ayağın üstünü sol ayağın altına qoymaq müstəhəbdir.

Diqqət:

 Səcdədə Quran oxumaq məkruhdur (savabı azdır).

Səcdənin iki hökmü:

I. Allahdan qeyrisinə səcdə etmək haramdır. Məsum İmamların (ə.s) hərəmlərinin qapısı ağzında səcdə etmək, Allaha şükr səcdəsi etmək niyyətilə olsa, eybi yoxdur. Əks təqdirdə haramdır.

II. Vacib səcdəsi olan surələrdəki səcdə ayəsini oxuduqda və ya eşitdikdə ayə tamamlanan kimi dərhal səcdəyə getmək lazımdır. Əgər insan, səcdə etməyi unutsa, yadına düşən kimi səcdəni yerinə yetirməlidir.

Diqqət:

 Səcdə

1. Səcdə surəsi, 15-ci ayəayələri

2. Fussilət surəsi, 32-ci ayə

3. Nəcm surəsi, 62-ci ayə

4. Ələq surəsi, 11-cu ayə

 Səcdə ayəsini radiodan, televiziyadan, maqnitafondan və s. bu kimi vasitələrdən eşitdikdə də səcdə etmək vacibdir.

Quran ayəsinin vacib səcdəsini yerinə yetirərkən alnı yerə qoymaq ki-fayətdir və səcdədə zikr deməyə ehtiyac yoxdur. Lakin müəyyən zikrləri, xüsusilə aşağıdakı zikri demək müstəhəbdir:

"La ilahə illəllahu həqqən həqqa.

La ilahə illəllahu imanən və təsdiqa.

La ilahə illəllahu ubudiyyətən və riqqa.

Səcədtu ləkə ya rəbbi təəbbudən və riqqa.

La mustənkifən və la mustəkbirən, bəl ənə əbdun zəlilun zəifun xaifun mustəcir”



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor