RSS
 

Login:
Şifrə:
» » Nəzafət və təmizlik

Xəbər lenti

Həyatı Cənnətə çevirəcək həyat yoldaşı
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı...
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB...
20 il yalnız Quran ayələri ilə danışmış qadın
20 il yalnız Quran ayələri ilə danışmış qadın...
Naməhrəmlə əl verənin aqibəti
Naməhrəmlə əl verənin aqibəti...
Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Nəzafət və təmizlik

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 21-09-2015, 23:59 | Şərh sayı: (0) | Baxılıb: 528

Nəzafət və təmizlik


Nəzafət və təmizlik


1-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Həqiqətən Allah pakdır və pak olanları da sevir.”
2-İmam Rza (ə) buyurmuşdur: "Peyğəmbərlərin əxlaqından biri də paklıqdır.”
3-İmam Əli (ə) buyurur: "Peyğəmbər (s) saçını darayır, çox vaxtlar onu su ilə düzəldir və buyururdu: Su mömini ətirli etmək üçün kifayətdir.”
4-İmam Sadiq (ə) buyurmuşdur: "Saçı daramaq ruzini artırır, hacətin qəbul olunmasına səbəb olur və bəlğəmi aradan aparır.”
5-İmam Sadiq (ə) buyurmuşdur: "Peyğəmbər (s) saqqalını aşağıdan yuxarı qırx dəfə, yuxarıdan aşağı isə yeddi dəfə darayır və buyururdu: Saçı daramaq insanın ağlını artırır.”
6-İmam Sadiq (ə) buyurur: "Peyğəmbər (s) buyurmuşdur: Dodaqlar aşkar olunana qədər bığın artıqlarını qırxmaq sünnədir.”
7-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Atəşpərəstlər və zərdüştilər saqqalını qırxır, bığını uzadırlar, biz isə bığımızı qırxıb, saqqalımızı saxlayırıq.”
8-İmam Sadiq (ə) buyurmuşdur: "Dırnaqları tutmaq mənim sünnəmdir.”
Dırnaqları cümə axşamı, yaxud cümə günü tutmaq, eləcə də onları tutanda sol əlin kiçik barmağından başlayıb, sağ əlin kiçik barmağında qurtarmaq müsətəhəbdir.
9-İmam Sadiq (ə) buyurmuşdur: "Hər on beş gündən bir bədəndəkin artıq tükləri qırxmaq sünnədir.”
10-İmam Sadiq (ə) buyurmuşdur: "Üç əməl peyğəmbərlərin əxlaqından sayılır: Ətir vurmaq, başın tükünü ülgüclə qırxmaq, bədənin tüklərini nurə ilə təmizləmək.”
11-İmam Sadiq (ə) buyurmuşdur: "Peyğəmbər (s)-in ətirə verdiyi pul yeməyə (meyvəyə) xərclədiyi puldan çox idi.” (O həzrətin istifadə etdiyi ətir müşk idi.)
12-İmam Əli (ə) buyurmuşdur: "Peyğəmbər (s) (hədiyyə olunan) ətir və halvanı geri qaytarmırdı.”
13-Peyğəmbər (s) saçlarına yağ sürtməyi sevir və buyururdu: "Saça yağ sürtmək qəm-qüssəni aradan aparır.”
14-Peyğəmbər (s)-in başı ağrıyanda qaşlarına və bığına yağ sürtərdi.
15-Peyğəmbər (s) yeddi şeyi torpağa basdırmağı göstəriş vermişdir: "1-Tükü. 2-Dırnağı. 3-Heyz qanına bulaşmış parçanı. 4-cifti. 5-Dişi. 6-Qanı. 7-Ələqəni (rüşeymin siqt olduğu zaman qadından gələn qanı).”
16-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurur: "Cəbrail mənə dedi: "Bir gündən bir özünə ətir vur, cümə günü isə ətir vurmağı tərk etmə.”
17-İmam Kazım (ə) buyurmuşdur: "Bədənin on yerində təmizlik etmək lazımdır: Onun beşi başa, beşi də bədənə aiddir:
a) Baş hissəyə aid olan təmizlik: 1-Dişləri fırça ilə yumaq. 2-Bığın uclarını qısaltmaq. 3-Saçı yumaq. 4-Məzməzə (ağıza su alıb qar-qara) etmək. 5-İstinşaq etmək (buruna su alıb silmək).
b) Bədənə aid olan təmizlik: 1-Sünnət etmək. 2-Qarının aşağıdakı tükləri qırxmaq. 3-Qolutuqda bitən tükləri qırxmaq. 4-Dırnaqları tutmaq. 5-İstibra etmək.”
18-İmam Sadiq (ə) buyurmuşdur: "Dişləri fırça ilə yumaq sünnədir və onun on bir xüsusiyyəti vardır:
a) Ağzı təmizləyir.
b) Göz işıqlandırır və ona nur verir.
v) Allahın razılığına səbəb olur.
q) Dişləri ağardır.
d) Ağızın pis qoxusunu aparır.
s) Dişlərin ətini möhkəmlədir.
h) İştahanı artırır.
x) Bəlğəmi aradan aparır.
ç) Zehni gücləndirir.
p) Savabları ikiqat artırır.
r) Mələklərin xoşhal olmasına səbəb olur.”
19-Peyğəmbər (s) səfərə gedəndə, həmişə beş şeyi özü ilə aparardı: 1-Güzgü. 2-Sürmə. 3-Misvak. 4-Daraq. 5-(Namaz qılmaq üçün) Səccadə.
20-Peyğəmbər (s)-in paltarlarının çoxu ağrəngli idi. O həzrət belə buyururdu: "Ağ paltar geyinin, ölən şəxslərə də ağ kəfən geyindirin.”
21-Ayaq yoluna gedəndə başı örtmək və istibra etmək müstəhəbdir.
22-İmam Kazim (ə) buyurmuşdur: "Cümə günündə başı sidrlə qarışmış su ilə yumaq sünnədir; bu, ruzini artırır, bədənin tükünü və dərisini gözəlləşdirir və baş ağrısının qarşısını alır.”
23-İmam Sadiq (ə) buyurmuşdur: "Həcamət etmək (bədəndən qan almaq), bədənin tüklərini nurə ilə təmizləmək, (asqırmaq məqsədilə) burunotu iyləmək peyğəmbərlərin dərmanı idi.”
24-İmam Əli (ə) buyurmuşdur: "Dişləri fırça ilə yumaq sünnədir, bu, Allahın razılığına səbəb olur və ağzı xoş iyli edir.”
25-Həzrət Peyğəmbər (s) hər namaz üçün dəstəmaz alıb buyururdu: "Dəstəmaz nurdur, dəstəmazın üstündən dəstəmaz almaq nur üstündən əlavə nurdur.”
26-İmam Əli (ə) bayramlarda qüsl etməyi Peyğəmbər (s)-in sünnəsinə əməl etmək və hacətlərin qəbul olunması üçün paklıq vəsiləsi hesab edirdi.
27-Həzrət Peyğəmbər (s) mübarək Ramazan ayının axırlarında etikaf saxladığı günlərdə hər gecə şam və işa namazları arasında qusl verirdi.
28-İmam Əli (ə) həzrət Peyğəmbər (s)-in belə buyurduğunu nəql etmişdir: "Qüsl verəndə Cəbrail mənə barmağımda olan üzüyü hərəkət etdirməyi və göbəyimin içini yumağı göstəriş verdi.”
29-İmam Əli (ə) buyurmuşdur: "Evlərin ən yaxşısı hamamdır; çünki orada cəhənnəm odu insanın yadına düşür və bədəni pak-pakizə olur.”
30-Hər kəs bədəni örtülü halda hamama daxil olsa, Allah-taala onu öz örtüyü ilə örtər.
31-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Ey Aişə! Paltarları yu; çünki paltar Allaha zikr deyir və çirkli olduqda, artıq zikr demir.”
32-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Paltarlarınızı yuyun, bədənizdəki artıq tükləri təmizləyin, dişlərinizi fırça ilə yuyun, paklıq və nəzafətə riayət edin. Çünki Bəni İsrail qövmünün kişiləri çirkli qiyafədə yaşayırdılar. Bu səbəbdən də onların arvadları ismət paltarlarını yırtıb zina edirdilər.”
33-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Dişləri fırça ilə yumaq dəstəmazın bir hissəsi, dəstəmaz da imanın bir hissəsidir.”
34-İmam Sadiq (ə) buyurmuşdur: "Ətirə nə qədər pul xərcləsəniz də, israf sayılmır.”
35-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Həqiqətən, Allah-taala ibadət edən pak insanı çox sevir.”
36-İmam Əli (ə) buyurmuşdur: "Başqalarının əziyyətə düşməsinə səbəb olan bədən qoxusunu su ilə yuyub pak edin.”
37-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Allahın ən pis bəndəsi çirkli şəxsdir.”
38-İmam Əli (ə) buyurmuşdur: "Təmiz paltar qəm-qüssəni aradan aparır və namazın pak halda qılınmasına səbəb olur.”
39-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Cəbrail mənə misvak vurmaq haqqında o qədər tövsiyə etdi ki, onun vacib olmasını güman etdim.”
40-İmam Sadiq (ə) dua edərək demişdir: "İlahi! Çirkinlikləri və aludəlikləri məndən uzaq et, bədənimi və qəlbimi pak-pakizə qərar ver.”



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor