RSS
 

Login:
Şifrə:
» » Uşaqlara süd verməyin və onların təlim-tərbiyəsi haqqında

Xəbər lenti

Həyatı Cənnətə çevirəcək həyat yoldaşı
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı...
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB...
20 il yalnız Quran ayələri ilə danışmış qadın
20 il yalnız Quran ayələri ilə danışmış qadın...
Naməhrəmlə əl verənin aqibəti
Naməhrəmlə əl verənin aqibəti...
Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Uşaqlara süd verməyin və onların təlim-tərbiyəsi haqqında

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 20-06-2015, 02:26 | Şərh sayı: (0) | Baxılıb: 595

Uşaqlara süd verməyin və onların təlim-tərbiyəsi haqqında


Uşaqlara süd verməyin və onların təlim-tərbiyəsi haqqında


Bir çox alimlər şəri qanunlara əsaslanaraq təzə doğulmuş körpələrə (üzürlü səbəb olmamaq şərti ilə)iki il süd verməyi məsləhət görmüşlər. Amma bəzi müstəsna, hallarda məsələn uşaq üçün tutulmuş dayənin haqqını verməmək mümkün olmadıqda, südü qurtardıqda, ana xəstəliyə tutulduqda, dayə tapılmadıqda bu müddəti bir az azaltmaq olar. Mütəxəsislər bu fikirdədirlər ki, uşaq doğulduğu ilk anda ana özü ona süd verməlidir,əks təqdirdə uşaq ya öləcək, ya da süst və zəif boya-başa çatacaqdır. Əli (ə) təzə doğmuş qadınlara uşaqlarına ilk növbədə öz südlərini verməyi məsləhət görmüşdür. İmam Cəfər Sadiq (ə) günlərin bir günü bir qadının öz uşağına yalnız bir döşündən süd verdiyini eşidir. İmam (ə) ona deyir: Ey ana, uşağına hər iki döşündən süd ver, çünki onun biri uşağın yeməyini digəri isə suyunu təmin edir. Və unutma ki, uşağa iyirmi bir aydan az süd vermək körpənin zəifləməsinə səbəb olar. Bu məzmunda nəql olunmuş başqa bir hədisdə deyilir: Uşaqlarınıza süd verməyi zərdüşt qadınlarına həvalə etməyin.Yəhudi və xaçpərəst qadınlarına həvalə etməyin heç bir eybi yoxdur. Bu şərt ilə ki, onlar uşaqlarınızı evlərinə aparmamalı və süd verdikləri müddət ərzində islam dinin haram etdiyi yemək-içməkdən (şərab, donuz əti və s.) istifadə etməməlidirlər. Zina etmiş qadınlara isə bu iş əsla həvalə edilməməlidir. Zina ilə dünyaya gəlmiş və boya-başa çatmış qadınların da uşaqlarınıza süd vermələrinə qətiyyən yol verməyin. Kənizin zina edərək sahibinin uşağına süd verməsi haramdır. Yalnız kəniz sahibi onları (kəniz və onunla cinsi əlaqədə olan şəxsi) halal etdikdən sonra kəniz uşağa süd verə bilər.

Peyğəmbər (s) bu məsələyə böyük diqqət yetirərdi və səhabələrinə bu haqda bəzi göstərişlər verərdi.Onlardan birində deyilir. ”Uşaqlarınızı eybəcər və əxlaqsız qadınlara süd vermək üçün həvalə etməyin.”Əli (ə)-dan bu haqda nəql olunmuş hədisdə deyilir: "Uşaqlarınıza xoş xasiyyətli və gözəl dayələr seçin. Çünki onlar böyüdükdə istər əxlaq, istərsə də xarici görünüşdə öz dayələrinə oxşayarlar. İmam Sadiq (ə) uşaqların təlim-tərbiyəsi haqqında buyurur: "Uşaqlarınızı yeddi yaşına qədər oynamaq üçün rahat buraxın. Yeddi yaşlarından sonra onların tərbiyəsi ilə ciddi məşğul olun. Bir nəticə verməzsə yenidən onları tərbiyə etməyə çalışın, bu dəfə də onda bir dəyişiklik görməsəniz üçüncü dəfə də bir nəticə verməsə bilin ki, o uşaqdan xeyirli bir iş gözləmək olmaz. Başqa bir hədisdə deyilir: "Uşaqlarınızı yeddi yaşlarına qədər oynamaq üçün azad buraxın. Yeddi yaşlarından sonra yeddi il onlara yazıb-oxumağı öyrədin və bundan sonra onlara yeddi il Allahın halal və haram etdiyi mühüm məsələləri öyrətməlisiniz. Əli (ə) insanın doğulduğu ilk gündən otuz beş yaşına qədər olan müddəti belə izah edir. Uşaqlarınızı yeddi yaşına qədər ciddi şəkildə qoruyun və onların bədən tərbiyəsinə xüsusi diqqət yetirin. Yeddi yaşlarından sonra onlara ədəb-ərkan qaydalarını öyrədin. Bundan sonra onlar üçün zəruri şeylər alın, bu minval ilə uşaq normal şəraitdə böyüyüb başa çatar. İyirmi üç yaşından otuz beş yaşına qədər zehnləri təkmilləşib kamala çatarlar. Otuz beş yaşına çatdıqda hər bir insan özündə bəzi dəyişiklər hiss edər və həyat təcrübəsi çoxalar. Başqa bir hədisdə deyilir. Oğlan uşaqlarınız altı yaşlarına çatdıqda onların yataq otaqlarını ayırın. Oğlan və qız uşaqlarını on yaşlarına çatdıqda onları ayrı-ayrı otaqlarda yatızdırın. İmam Sadiq (ə)-dan nəql olunmuş hədisdə deyilir: Uşaqlarınızı nə qədər tez mümkündürsə yaxşı və pis işlərlə tanış edin və oturub-durduqları şəxslərə fikir verin ki, onları pis yola çəkməsinlər. Nəql olunmuş başqa bir rəvayətdə deyilir. Övladlarınızın qəlblərində Əli (ə)-a qarşı sevgi və məhəbbət yaratmağa çalışın və onları ən gözəl əxlaq qaydaları ilə tərbiyələndirin. Onlar Əli (ə)-a məhəbbət göstərmədikdə analarının əsl nəcabətinə diqqət edin. Onlar zina ilə dünyaya gəlmişlərsə Əli (ə)-a qarşı qəlblərində sevgi və məhəbbət əvəzinə kin və küdurət hiss edərsiniz və bu xüsusiyyət təbii ki, onların övladlarına da keçər. İmam Sadiq (ə)-dan nəql olunmuş hədisdə deyilir: Qəlbində biz Əhli-beyt sevgi və məhəbbəti olan hər bir şəxs anasına gecə-gündüz dua etməli və atasına xəyanət etməməlidir (yəni onu aldatmamalıdır). Peyğəmbər (s) buyurur: "Hər bir atanın boynunda bu üç vəzifə vardır. Övladına yaxşı ad qoymaq, onu yaxşı tərbiyə etmək və xeyirli işlərdə ona köməklik etmək.” Hədislərdən birində deyilir: İmam Sadiq (ə) Səkuni adlı bir şəxsi qəmgin görür və ondan bunun səbəbini soruşur. Şəxs qızının dünyaya gəldiyindən gileylənir. İmam Sadiq (ə) onu bu pis fikirindən çəkindirib deyir. Ey Səkuni! Bil ki, dünyaya gəlmiş qızının ruzisini Allah özü yetirəcəkdir və yer onun mühafizəçisi olacaqdır. Bir də ki, onun həyat tərzi səninkindən fərqli olacaqdır və onun ruzisi özünə kifayət edib sənin ruzindən istifadə etməyəcəkdir. İmam Sadiq (ə) sonra Səkunidən qızına nə ad qoyduğunu soruşur və Səkuni Fatimə deyərək cavab verir. İmam Sadiq (ə) bu adı eşidib dərin ah çəkdi və əlini alnına qoyub buyurdu: Ey Səkuni, indi ki, onu Fatimə adlandırmısan gərək ona xoşagəlməz sözlər deməyib, vurmayasan. Sonra dedi: Əgər bundan sonra oğlun olarsa bil ki, ona ilk növbədə yaxşı ad qoymalı və tərbiyə etməli, sonra ona Quran oxumağı və üzməyi öyrətməlisən. Bir də mümkün qədər tez onu sünnət etsən daha yaxşı olar. İndi ki, qızın olub bil, bundan belə öhdənə düşən vəzifə bunlardan ibarətdir. Ona Quranın "Nur” və "Yusif” surələrini öyrədib tərbiyəsinə xususi fikir ver, onu ərköyün böyüdüb özün üçün baş ağrısı etmə mümkün qədər tez ona münasib ər tapıb evləndir. Peyğəmbər (s) Əli (ə)-a etdiyi tövsiyələrin birində deyir: "Uşaqlarınıza (oğlan uşaqlarına) hələ kiçik yaşlarında ikən ox atmağı və üzməyi öyrədin. İmam Musa Kazim (ə)-dən nəql olunmuş hədislərin birində deyilir: "Uşaqların kiçik yaşlarında dəcəl və zarafatcıl olmaları böyüdükdə savadlı və fəal olmalarına dəlalət edər.

İmam Sadiq (ə) Peyğəmbər (s)-dan ona bu mövzuda gəlib çatmış hədislərdən birini belə izah edir:Allah-təala öz övladına xeyirli işlərdə köməklik edən hər bir valideyinə rəhm edər. O həzrətdən valideyinin neçə kömək göstərə biləcəyi haqqında soruşduqda belə cavab vermişdir: Uşaq hər hansı bir bacardığı işi gördükdə onu bu işə təşviq etməli və onlara bacarmadıqları işləri tapşırmamalıdırlar. Birdən uşaqlar onlara tapşırılan işləri görə bilmədikdə valideyinlər onları danlayaraq ağır söz deməməlidirlər. Başqa bir hədisdə deyilir: Bir şəxs imam Sadiq (ə)-ın yanına gəlib kimə yaxşılıq etməsi haqqında soruşur. İmam Sadiq (ə) buyurur: İlk növbədə ata və anana. O, onların hər ikisinin dünyadan köçdüyünü bildirir. İmam Sadiq (ə) sonra ona öz övladlarına kömək etməsini məsləhət görür. Həzrəti Peyğəmbər (s)-dan nəql olunmuş hədisdə deyilir: "Öz övladlarınıza sevgi və məhəbbətlə yanaşın ,onlara bir söz verdikdə sözünüzün üstündə durun, çünki onlar daim söz verdiyiniz işləri arzulayarlar. İmam Musa Kazim (ə) bu haqda buyurur: Qadın və övladının üstünə qəzəblənən şəxs başqalarına qarşı belə qəzəbli olmaz. Peyğəmbər (s)-dan nəql olunmuş hədisdə deyilir: "Övladlarını öpərək nəvaziş edən şəxsə tərbiyə edən valideyinlər isə axirətdə behişt əhlinin paltarlarını geyinərlər. Onlar axirətdə hamıdan fərqli olaraq ətrafa nur saçarlar. Başqa bir hədisdə deyilir: "Bir şəxs Peyğəmbər (s)-ın yanına gəlib, olub keçənlərdən söhbət edir. Söhbət əsnasında o deyir: Ya Rəsullulah! Mən öz övladımı əsla öpməyirəm. Peyğəmbər (s) onun bu sözlərindən çox narahat olur və o gedəndən sonra səhabələrə deyir: Mənə belə gəlir bu şəxs cəhənnəm əhlindən olacaqdır. Övladı olan hər bir şəxs onunla uşaq kimi rəftar etməli və onları nəvaziş etməlidir. İmam Sadiq (ə) buyurur: Övladına sevgi və məhəbbət göstərən hər bir şəxsə axirətdə Allahın rəhməti şamil olar. Peyğəmbər (s) günlərin bir günü iki oğul sahibi olan bir ərəblə rastlaşır. O, uşaqlarından birini öpür, digərini isə yox. Peyğəmbər (s) bu işdən çox narahat olub buyurur: Nə üçün onlardan birini öpüb nəvaziş edir digərini isə yox? Bil ki övladlar arasında böyük ixtilafın yaranmasına səbəb olar. ( Onlardan biri alim və xeyirxah, digəri isə cahil və nadan olar). İmam Sadiq (ə) oğlan uşaqlarının təlim-tərbiyələrini müəyyən yaş təbəqələrinə bölmüşdür. Uşaqlarınız üç yaşlarına çatdıqdan sonra "La ilahə illəlah” (Allahdan başqa Allah yoxdur) kəlməsini öyrədin və onlar bunu yeddi dəfə ardıcıl şəkildə təkrar etsin. Üç il yeddi ay iyirmi günlük olduqda isə "Muhəmmədən rəsulullah” (Məhəmməd onun elçisidir) kəlməsini öyrədin və bunu yeddi dəfə təkrar etməyi onlara vərdiş etdirin. Bütün bunlar müvəffəqiyətlə başa çatdıqdan onlara "Səlləllahu əla Muhəmməd və ali Muhəmməd”(Allahın salam və bərəkəti olsun Məhəmmədə və onun aləsinə ) kəlməsini öyrətməyə çalışın. Beş yaşı tamam olduqda onları Allahın qarşısında səcdə etməyə alışdırın,altı yaşları tamam olduqda onlara namaz qılmağın və dəstəmaz qaydalarını öyrədin və gündəlik namaz qılmağı onlara təkid edin, doqquz yaşına çatdıqları zaman namazın və dəstəmazın hökümlərini onlara mükəmməl öyrədib namaz qılmağa sövq edin və bu gözəl adəti tərk etməyə qoymayın. Bütün bunlar hər bir valideynin öhdəsinə düşən ən ümdə vəzifədir. Allah bu valideynlərin ata-analarını öz rəhmət dərgahına alar və onları özünün müti bəndələrindən qərar verər. Əli (ə) az yaşlı uşaqlara hərbi paltar geydirib əllərinə silah verməyi qadağan edərdi. O, uşaqların təlim-tərbiyəsinə müsbət təsir göstərən amillər haqqında danışarkən bunları qeyd etdi: Yatmazdan əvvəl uşaqlarınızın əl və üzlərini yuyun. Əgər uşaqlarınız yuyunmadan yatarsa şeytan gecə onlara yaxınlaşıb üz-gözünü iyləyib qorxutmaq istər, bu da əməlləri (gün ərzində görülən işləri ) yazan mələklərin işinə çətinlik törədir. Peyğəmbər (s)-dan nəql olunmuş hədisdə deyilir: "Bir şəxs bazara gedib əyalı üçün (ailə üzüvləri üçün ) hədiyyə alarsa, sanki bir neçə nəfər yoxsula ehsan etmiş olar. Ev sahibi evə gətirdiyi hədiyələri ilk növbədə qız uşaqlarının arasında bölüşdürməlidir. Bu bir həqiqətdir ki, bir qız uşağını sevindirən hər bir şəxs İsmayıl peyğəmbərin (ə) övladlarından birini azad etmiş olur. Oğlan uşağını sevindirən şəxs isə Allah qorxusundan səcdəyə düşərək ağlamış hesab edilir və Allah qorxusundan ağlayan şübhəsiz ki, behiştə daxil olar. (yəni Allah dərgahında bu işlərin olduqca böyük savabı vardır). İmam Sadiq (ə) uşaqlara qovut yedizdirməyi məsləhət görərdi çünki qovut sümükləri möhkəmləndirir və bədəni gümrahlandırır. Başqa bir hədisdə uşaqlara qüvvət verici qida maddələrindən biri olan nara işarə edilmişdir. Əli (ə)-ın tövsiyələrin birində deyilir: Uşaqlarınız çox ağlağan olarsa və ya qadınlarınız yuxuda hövlnak halda qorxaraq ayrılarlarsa və yaxud bir kəs ağrıdan yata bilməzsə bu ayəni onun üçün oxusanız inşallah bütün çətinliklər aradan qalxar.

Ayə budur:

(Fəzərəbna əla əzanihim filkəhfi sininə ədədən summə bəəsnahum linələmə eyyul-hizbəyni əhsa lima ləbisu əməda .)

(Biz onları mağarada illərlə (üç yüz doqquz il) yuxuya verdik.Sonra iki tayfadan (möminlərdən və kafirlərdən) hansının onların mağarada qaldıqları müddət daha düzgün hesablandıqlarını bilmək üçün onları oyatdıq).

Rəvayətlərdən birində deyilir:"Qız uşağının altı yaşı tamam olduqdan sonra məhrəm olan şəxslərdən başqa (ata, qardaş) kimsə onu qucağına almamalı və öpməməlidir. Başqa bir hədisdə deyilir.İmam Rza (ə) iştirak etdiyi məclisə bir qız uşağı daxil olur. Məclisdə onlar növbə ilə qızı öpür və nəvaziş edirdilər. Növbə imam Rza (ə)-a çatdıqda qızdan neçə yaş olduğunu soruşdu. Qız: "Beş yaşım var” deyə cavab verir. İmam Rza (ə) onu bu yaşda olduğunu bilib öpüb qucağında otuzdurur. Bu barədə nəql olunmuş başqa bir hədisdə deyilir. "qız uşaqlarının altı yaşı tamam olduqdan sonra anası onu yanında çılpaq yatızdırmamalıdır. Və yad oğlanlar onları öpməməlidirlər. Ailə haqqında nəql olunmuş hədislərdən birində deyilir: "Ailəsini pis saxlayan (yəni pulu ola-ola ailəsi üçün xərcləməyən) şəxs Allahın qəzəbinə gəlmiş məlundur. İmam Musa (ə)-dan nəql olunmuş hədisdə deyilir: "Hər kəsin ailəsi onun əsiridir. Ailə başcısı Allahın ona bəxş etdiyi nemətləri ailəsi üçün sərf etməli və onları korluq çəkməyə qoymamalıdır. Əks təqdirdə sahib olduğu var-dövlət istifadə olunmadan hədər olar. İmam Sadiq (ə)-dan nəql olunmuş hədisdə deyilir: Hər kim iki bacısının, ya iki bibisinin xərcini öz öhdəsinə götürərsə onun bu xeyirli əməli axirətdə cəhənnəmlə öz arasında bir maneəyə çevrilər. Peyğəmbər (s)-dan nəql olunmuş hədisdə deyilir: Cənnətdə elə bir məqam vardır ki, oraya yalnız bu üç xüsusiyyətə malik olan şəxslər daxil olarlar. Adil rəhbərlər, öz qohum-əqrabasına ehsan edən şəxslər və əhli-əyalı ilə xoş rəftar edən ailə sahibləri. Onlar qarşılaşdıqları bütün çətinliklərə səbr edər və işlərinin nöqsan və çatışmamzlıqlarını aradan qaldırmağa çalışarlar. Bu məzmunda İmam Sadiq (ə) dan həql olunmuş hədisdə deyilir. "Hər bir insan imkan daxilində övladlarının, ata-anasının, həyat yoldaşının və ona yaxın olan digər şəxslərin ehtiyaclarını ödəmək üçün öz var-dövlətindən lazimi miqdarda xərc etməlidir.”



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor