RSS
 

Login:
Şifrə:
» » İSLAMIN HƏQİQİ TARİXİ – “MƏBƏS” GÜNÜ

Xəbər lenti

Həyatı Cənnətə çevirəcək həyat yoldaşı
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı...
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB...
20 il yalnız Quran ayələri ilə danışmış qadın
20 il yalnız Quran ayələri ilə danışmış qadın...
Naməhrəmlə əl verənin aqibəti
Naməhrəmlə əl verənin aqibəti...
Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






İSLAMIN HƏQİQİ TARİXİ – “MƏBƏS” GÜNÜ

 
Müəllif: Admin | Bölmə: Islam tarixi | Vaxt: 4-05-2016, 23:05 | Şərh sayı: (0) | Baxılıb: 876

İSLAMIN HƏQİQİ TARİXİ – “MƏBƏS” GÜNÜ


İSLAMIN HƏQİQİ TARİXİ – “MƏBƏS” GÜNÜŞübhəsiz, İslamın həqiqi tarixi İslam Peyğəmbərinin (s) peyğəmbərliyə seçildiyi gün başlayır. Elə bir gün ki, İslam Peyğəmbəri (s) insanların hidayəti, doğru yola yönəlməsi, təkamül və səadətə yetməsi üçün seçildi və vəhy mələyi Cəbrail-Əminin “İnnəkə Rəsulullah!” (Həqiqətən, sən Allahın Rəsulusan!) – nidası ilə böyük vəzifə və ağır məsuliyyəti öhdəsinə aldı.

Tarixi mənbələrdə göstərilir ki, İslam Peyğəmbəri (s) peyğəmbərliyindən öncə hər il bir neçə günlük “Hira” mağarasına gedər, ibadət və raz-niyazla məşğul olardı. Peyğəmbər (s) qırx yaşında ikən, hicrətdən on üç il əvvəl, Rəcəb ayının 27-də elə “Hira” mağarasında ikən vəhy mələyi Cəbrail-Əmin Allah tərəfindən bir “lövhə” ilə nazil oldu və lövhəni o həzrətin müqabilində tutub dedi: “İqrə`”, yəni “Oxu!”. Peyğəmbər (s) dərs oxumadığı üçün, “Mən oxumağı bacarmıram!” – deyə cavab verdikdə, vəhy mələyi o həzrəti möhkəm sıxdı və o həzrətə “Oxu!” – deyə müraciət etdi. Vəhy mələyi yenə ilk cavabı eşitdikdə, Həzrəti bir dəfə də sıxdı. Bu iş üç dəfə təkrar olundu. Üçüncü dəfə Peyğəmbər (s) nagəhan hiss etdi ki, mələyin əlindəki lövhəni oxuya bilir. Odur ki, o həzrət vəhy mələyi Cəbrail-Əminin gətirdiyi “Ələq” surəsinin bu bir neçə ayəsini tilavət etməyə başladı:

بسم الله الرحمن الرحيم. اقْرَأْ بِاسْمِ رَبِّكَ الَّذِي خَلَقَ. خَلَقَ الْإِنسَانَ مِنْ عَلَقٍ. اقْرَأْ وَرَبُّكَ الْأَكْرَمُ. الَّذِي عَلَّمَ بِالْقَلَمِ. عَلَّمَ الْإِنسَانَ مَا لَمْ يَعْلَمْ...

“Bağışlayan və mehriban Allahın adı ilə. Oxu! Yaradan Rəbbinin adı ilə! O, insanı laxtalanmış qandan yaratdı. Oxu ki, sənin Rəbbin daha kərimdir. O (Rəbbin) ki, (bəşərə) qələm vasitəsilə elm öyrətdi. İnsana bilmədiyini öyrətdi…” (“Ələq” surəsi, ayə 1-5.)

Beləcə, Peyğəmbərin (s) böyük ruhu vəhy nuru ilə işıqlandı. Cəbraildən öyrəndiklərini qəlb səhifəsində yerləşdirdi. O həzrət ilk vəhyi oxuduqdan sonra elə həmin mələk Peyğəmbərə (s) dedi: “Ey Mühəmməd! Sən Allahın Rəsulusan, mən də Cəbrailəm.”

Peyğəmbər (s) ağır bir məsuliyyəti öhdəsinə götürdükdən sonra “Hira” dağından enib, möhkəm addımlarla, qeyri-adi qüdrət və mələksima çöhrə ilə evinə doğru yola düşdü. Evə daxil olarkən Peyğəmbərin (s) həyat yoldaşı Xədicə (s.ə.) o həzrətin üzündə təfəkkür və həyəcanın əsərlərini gördükdə, onun səbəbini soruşdu. Peyğəmbər (s) Xədicəni (s.ə.) baş vermiş hadisədən xəbərdar etdi...

Qeyd edək ki, İslam Peyğəmbərinə (s) iman gətirən və o həzrətin dəvətini qəbul edən ilk qadın Peyğəmbərin (s) həyat yoldaşı Xədicə, ilk kişi isə imam Əli (ə) olur. Məkkədə şərait münasib olmadığı və bütün ixtiyarlar bütpərəstlərə məxsus olduğundan Peyğəmbər (s) dəvətini məhdud və gizli şəkildə başlayır. Bu müddətdə bir dəstə o həzrətə iman gətirir.

Üç il gizli dəvətdən sonra, ilk mərhələdə Allah tərəfindən «و انذر عشیرتک الاقربین» (Yaxınlarını ilahi əzabla qorxut – “Şüəra”/214) – ayəsi nazil olmaqla, o həzrət qohum-əqrəbasını bir yerə toplayaraq risalət və peyğəmbərlik vəzifəsini aşkar şəkildə elan edir. İkinci mərhələdə isə Peyğəmbər فاصدع بما تؤمر و اعرض عن المشرکین انا کفیناک المستهزئین (Sənə əmr olunanı aşkar şəkildə bəyan et və müşriklərdən üz çevir. Həqiqətən, Biz istehza edənlərin şərini səndən uzaqlaşdırdıq! – “Hicr”/94-95) – ayəsini almaqla ümumi dəvətə başlayır. Bundan sonra müxaliflərin düşmənçiliyi alovlanır. Düşmən Peyğəmbərin (s) risalətinə qarşı bütün vasitələrdən istifadə edir. Peyğəmbər (s) və onun tərəfdarları böhtanlarla, istehzalarla və cismani işgəncələrlə qarşılaşırlar.

Bu minvalla, o həzrətin peyğəmbərliyindən on üç il keçdikdən sonra, Əbu Cəhlin təklifi və Qüreyş qəbiləsinin böyüklərinin qərarı ilə bir dəstə Peyğəmbərin (s) evinə hücum edib o həzrəti qətlə yetirmək istədikdə, Cəbrail-Əmin Allah-Taala tərəfindən o həzrətin Məkkədən Mədinəyə hicrət etməsi əmrini gətirir. İmam Əli (ə) Peyğəmbərin (ə) yatağında yataraq, o həzrət tərəfdarları ilə birlikdə Məkkədən çıxıb, üç gün “Sur” mağarasında qaldıqdan sonra Mədinəyə doğru hərəkət edir.

Mədinə əhalisi Peyğəmbəri (s) Mədinənin altı kilometrliyində yerləşən “Qoba” məntəqəsində qarşılayır. Elə həmin məntəqədə İslamın ilk məscidi – “Qoba məscidi”, ondan sonra isə Mədinənin özündə “Peyğəmbər məscidi” bina edilir. İmam Əli (ə) Məkkədə qalan bəzi ailə üzvləri ilə birlikdə Məkkədən Qobaya çatdıqdan sonra, birgə Mədinəyə daxil olurlar. Sonradan Peyğəmbərin (s) Məkkədən Mədinəyə hicrəti müsəlmаnlаrın (hicri) tаrixinin bаşlаnğıcı təyin edilir.

Nəhayət, hicrətin 11-ci ilində o həzrət “Vida” həccini yerinə yetirib, Məkkədən Mədinəyə döndükdə, “Qədir-Xum” adlı məntəqədə 120 min hacının iştirakı ilə imam Əlini (ə) Allah tərəfindən özünə canişin və müsəlmanlara rəhbər, imam təyin edir. Peyğəmbər (s) Mədinəyə qayıtdıqdan sonra, Səfər ayının 28-i dünyadan köçür. (Tarixe-təhliliye-İslam”, Ustad Rəsuli Məhəllati və “Füruğe-əbədiyyət”, Cəfər Sübhani, 2-ci cild, səh.219-220.)



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor