RSS
 

Login:
Şifrə:
» » Aşura hadisəsinin tarixçəsi

Xəbər lenti

Özünü tərbiyə və təqva
Özünü tərbiyə və təqva...
Xanım Fatimeyi-Zəhranın “Fədək” xütbəsi
Xanım Fatimeyi-Zəhranın “Fədək” xütbəsi...
Hacı Sahib - Cümə Xütbəsi - Vəsilə axtarmaq (14-cü hissə) (26.04.2024)
Hacı Sahib - Cümə Xütbəsi - Vəsilə axtarmaq (14-cü hissə) (26.04.2024)...
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı...
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB...
20 il yalnız Quran ayələri ilə danışmış qadın
20 il yalnız Quran ayələri ilə danışmış qadın...
Naməhrəmlə əl verənin aqibəti
Naməhrəmlə əl verənin aqibəti...
Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Aşura hadisəsinin tarixçəsi

 
Müəllif: Admin | Bölmə: Islam tarixi | Vaxt: 4-11-2014, 03:17 | Şərh sayı: (0) | Baxılıb: 697

Aşura hadisəsinin tarixçəsi


Aşura hadisəsinin tarixçəsi


Peyğəmbərin (s) zühuru və həyatı dövründə məcburiyyət üzündən, müxtəlif səbəblərə görə zahirdə müsəlman olub, İslam dinini qəbul edənlər çox idi. Bu barədə Quranda ayələr də mövcuddur. Hətta "Münafiqlər” adlı surə də nazil olmuşdur. Onlar zahirdə iman gətirər, batində isə yalan danışarlar. Hətta imanlarının izharı üçün and da içərlər.
Qurani-Kərimin digər surələrində də müsəlmanlar arasında belə insanların olduğu və onların qəlbən iman gətirmədiklərinə işarə edilir. Quran hətta bəzi yerlərdə zəif imanlıları, imanında süst olanları da bu dəstədən hesab edir. Məsələn, bir yerdə onlar haqqında belə buyurur:
"Münafiqlərin sifətlərindən biri də, namazda könülsüz iştirak etmələridir. Məsciddə namaz qılarlar, amma ibadət zamanı çox halsız və süst olarlar. Riyakarlıq üzündən namaza durar, lakin qəlblərində Allaha diqqət etməzlər.”
Hər halda bu ayədən görünür ki, müəyyən qədər də olsa, qəlblərində Allaha diqqət olubdur. Quranda imanları kifayət qədər yetərli olmayanlar, zəif imanlıların da münafiqlər dəstəsindən olduğuna dəlalət edən bir çox dəlillər mövcuddur. Əlbəttə, məqsədimiz bu ayələri araşdırmaq deyildir. Onlardan bir dəstəsi Məkkə fəth edildikdən sonra müsəlman olmuşdular. Peyğəmbərlə (s) uzun müddət düşmənçilik edib kin-küdurət saxlamalarına baxmayaraq, o həzrət (s) öz məhəbbət əlini onların başlarına çəkir, onları "tuləqa”, yəni azad olunmuşlar adlandırırdı. Bəni-Üməyyə tayfasının əksəriyyəti də bu dəstədəndirlər. Sonradan müsəlmanlara qaynayıb-qarışmış, əlaqə yaradıb, qız alıb, qız vermişdilər. Amma əksəriyyətinin doğru-düzgün imanı yox idi. İmansızlıqları bir tərəfə, qəlblərində Peyğəmbərə (s) nifrət hissi bəsləyir ona paxıllıq edirdilər.
Bunların bəziləri Qüreyş tayfasından idilər. Əlbəttə, adlarını çəkmədiyim üçün məni üzürlü hesab edin. Dediklərimi təsdiq edəcək çoxlu sənədlər vardır ki, Peyğəmbərin (s) adı azanda çəkiləndə, o adamlar narahat olurdular.
Qüreyş qəbiləsi arasında bir-birinə çox yaxın olan iki tayfa var idi; onlar əmioğlu kimi idilər. Peyğəmbər (s) haqqında isə belə deyirdilər: "Bu əmioğluna baxın siz; yetimin biri idi, kasıb ailədə böyümüşdü, indi iş o yerə çatıb ki, adını Allahın adının yanında çəkirlər”. Bu məsələdən çox narahat olurdular. Nə isə...
Bunlardan bəziləri Peyğəmbərin (s) vəfatından sonra 25 il müddətində İslam cəmiyyətində müxtəlif böyük vəzifə və məqamlara yiyələndilər. Nəhayət, növbə Əli (ə)-ın xilafət dövrünə çatdı.
Bildiyimiz kimi, Əli (ə) zahiri hökumətə yetişməzdən əvvəl, Müaviyə Şamda ikinci xəlifə tərəfindən oraya rəhbər təyin olunmuşdu. Necə deyərlər, Şamın icra hakimi və ya valisi idi. Üçüncü xəlifənin də zamanında öz hakimiyyətində qalmış, hətta üçüncü xəlifə ilə qohumluq əlaqələrinə görə əlavə səlahiyyətlər də almışdı. Buna görə də Müaviyə Şamda özü üçün yeni bir icra aparatı qurmuşdu. Şam Mədinədən xeyli aralı idi və Rum ölkəsi sərhədlərində yerləşirdi. Özü də qismən Rumun nüfuz dairəsində idi.
Şam əhalisi fəthlərdən sonra islamı qəbul etmişdi və bir növ yeni müsəlman sayılırdı. Rabitələri də rumlularla idi və bir-birləri ilə sıx iqtisadi əlaqələri var idi. Şam camaatı yerləşdikləri coğrafi məntəqədən və on illərlə onlara hakimiyyət etmiş hakim rejimin təsirindən asılı olaraq, İslam maarifini yetərincə mənimsəyə bilməmişdilər. Müaviyə isə onların İslamı dərindən öyrənib, hökmlərin icra edilməsində maraqlı deyildi. Onun yeganə məqsədi hakimiyyət əldə edib, səltənətdə qalmaq idi. Ümmətin imanlı olub-olmaması onu bir o qədər də maraqlandırmırdı. Nəhayət, Əli (ə) xilafətə çatdıqdan sonra Müaviyə Osmanın qətlini bəhanə edərək, Əli (ə)-a qarşı üsyana başladı. Mən bütün baş vermiş hadisələri təfsilatı ilə danışmaq deyil, sadəcə mühüm nöqtələri göstərməklə, tarixin keçid mərhələlərinə işarə etmək istərdim.
Müaviyə bir müddət Əli (ə)-la müharibə şəraitində öz qanunsuz hakimiyyətini davam etdirdi. Nəhayət, Əmr Asın, İslamdan qabaq Qüreyş qəbiləsinin böyükləri olan digər qohum-əqrəbasının, dostlarının və müxtəlif hiylələrin yardımı ilə həlledici savaş olan Süffeyn müharibəsini Əli (ə)-ın zərəri hesabına xitam verdi. Həmin savaşda «həkəmiyyət» məsələsi meydana çıxdı və müharibə danışıqlar yolu ilə həll olundu. İki tərəf arasında təyin olunmuş hakim məharətlə aldadıldı və xilafət Müaviyəyə verildi. Nəhayət, Əmirəl-möminin Əli (ə) xəvaricin əli ilə şəhid edildi.
O həzrətdən (ə) sonra növbə imam Həsənə (ə) çatır. İmam Həsən (ə) da bir müddət Əli (ə)-ın başladığı mübarizəni davam etdirdi. Müaviyə müxtəlif üsullardan istifadə edərək, imam Həsəni (ə) məcburi sülh danışıqlarına vadar etdi. Tarixin bu anından yavaş-yavaş Kərbəla hadisəsinə yaxınlaşırıq. Bundan sonra Müaviyənin hakimiyyətini əldə saxlamaq üçün çəkdiyi planlar olduqca məharətlidir. Əgər o zamanın bacarıqlı siyasətçilərinin adını çəkmək istəsək, deməliyik ki, şeytani siyasətdə Müaviyə birinci olacaqdır. Əlbəttə, bu təhlili bir araşdırmadır. Bu məsələni tarixi baxımdan geniş şərh etmək üçün mötəbər mənbələr və sənədlər araşdırılmalıdır. Lakin bu vaxta qədər aprılan təhlillər bunu göstərir ki, Müaviyə öz hökumətinin qorunub-saxlanılması üçün bu işin xeyrinə olan bütün üsullardan istifadə edirdi. Onların hökuməti «xilafət» adlanırdı. Amma həqiqətdə rumda və farsda olduğu kimi, şahlıq üsul-idarəsi idi. Həqiqətdə onların arzusu krallıq, imperatorluq etməkdən ibarət idi. Onlar hökumətlərinin davamı üçün yaşadıqları cəmiyyətin imkan verdiyi bütün şəraitlərdən istifadə edirdilər.

Kitabın adı: Kərbəlada çaxan bir şimşək
Müəllif: Doktor Mishab Yəzdi



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor