RSS
 

Login:
Şifrə:
» » Namazın fəzilətləri

Xəbər lenti

Həyatı Cənnətə çevirəcək həyat yoldaşı
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı...
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB...
20 il yalnız Quran ayələri ilə danışmış qadın
20 il yalnız Quran ayələri ilə danışmış qadın...
Naməhrəmlə əl verənin aqibəti
Naməhrəmlə əl verənin aqibəti...
Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Namazın fəzilətləri

 
Müəllif: Admin | Bölmə: Islam tarixi | Vaxt: 23-09-2015, 00:01 | Şərh sayı: (0) | Baxılıb: 1947

Namazın fəzilətləri


Peyğəmbərimizin (s) vida xütbəsindən


1-Allah-taala buyurmuşdur: "Səbir etmək və namaz qılmaqla kömək diləyin! Həqiqətən, bu, Allaha itaət edənlərdən başqası üçün ağırdır.”
2-İmam Baqir (ə) buyurmuşdur: "Qiyamət günü bəndədən soruşulacaq ilk əməl namazdır; əgər namaz qəbul olunsa, sair əməllər də qəbul olunacaqdır, əks halda sair əməllər ona heç bir fayda verməyəcəkdir.”
3-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Namaz dinin sütunudur, onu bilə-bilə tərk edən şəxs dinini xarab etmişdir.”
4-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Hər kəs namazını zay etsə, Allah-taala onu (qiyamətdə) Qarun, Firon və Hamanla məhşur edər. Vay olsun namazı tərk edən şəxsə!”
5-Allah-taala buyurmuşdur: "(Möminlər) tövbə, ibadət və şükr-səna edənlər, oruc tutanlar (və ya cihad yolunda, elm öyrənmək üçün yurdundan ayrılıb başqa yerlərə gedənlər), rüku və səcdə edənlər (namaz qılanlar), yaxşı işlər görməyi əmr edib pis işlərdən çəkindirənlərdir. (Ya Mühəmməd!) Belə möminlərə müjdə ver.”
6-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Allah mənim gözümün nurunu namazda qərar vermişdir; yemək ac olan şəxs, su isə susuz şəxs üçün sevimli olduğu kimi, onu mənim nəzərimdə sevimli etmişdir. Ac olan şəxs yemək yeyərək doyur, susuz olan şəxs də su içərək sirab olur, lakin mən namazdan heç vaxt doymuram.”
7-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Namaz qılan şəxs namaza durub niyyət edəndə, "Həmd” və surəni oxuyanda, rüku və səcdəyə gedəndə, təşəhhüd və salam deyəndə bu namazla qabaqkı namazlar arasında gördüyü bütün günahları bağışlanar.”
8-Allah-taala buyurmuşdur: "(Günahlardan, küfrdən) təmizlənən kimsə nicat tapacaqdır. O kimsə ki, Rəbbinin adını zikr edib namaz qılar!”
9-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Hər namaz vaxtı bir mələk nida edib deyər: Ey Adəm övladları, namaza qalxın və (namaz vasitəsilə) öz əleyhinizə hazırladığınızı (cəhənnəm odunu) söndürün!”
10-İmam Sadiq (ə) buyurmuşdur: "Namazı tərk edən şəxs İslamdan heç bir bəhrə görməz.”
11-İmam Sadiq (ə) buyurmuşdur: "Bil ki, namaz Allahın yer üzündə olan səddidir. Hər kəs namazından nə qədər bəhrələndiyini bilmək istəsə, baxıb görsün ki, namazı onu çirkin və pis işlərdən nə qədər saxlayır.”
12-Allah-taala buyurmuşdur: "Namazınızı qıldıqdan sonra ayaq üstə olanda da, uzananda da Allahı zikr edin, arxayınlığa çıxdıqda isə, namazı qılın. Çünki namaz möminlərə müəyyən vaxtlarda vacib edilmişdir.”
13-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Namazlarınızda (son dərəcə) diqqətli olun, çünki dini qəbul etdikdən sonra, İslamın əsası namazdır.”
14-İmam Əli (ə) buyurmuşdur: "Əgər namaz qılan şəxs Rəbbinin sonsuz rəhmətinin onun halına necə şamil olduğunu bilsəydi, heç vaxt başını səcdədən götürməzdi.”
15-İmam Baqir (ə) buyurmuşdur: "Namaz qılan şəxs üzünü qibləyə tutanda tayı-bərabəri olmayan mərhəmətli Allah ona tərəf üz gətirər.”
16-İmam Sadiq (ə) buyurmuşdur: "Hər bir şeyin çöhrəsi vardır, dinin çöhrəsi də namazdır.”
17-Allah-taala buyurmuşdur: "İman gətirən, xeyirli işlər görən, namaz qılan və zəkat verən şəxslərin Rəbbi yanında mükafatları vardır. Onların heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər.”
18-İmam Sadiq (ə) buyurmuşdur: "Allaha itaət etmək yer üzündə Ona xidmət etməkdir və Allaha olunan heç bir xidmət namazla bərabər ola bilməz.”
19-İmam Sadiq (ə) buyurmuşdur: "Əgər sizlərdən birinin qapısından bir çay axsa və o şəxs hər gün orada beş dəfə yuyunsa, onun bədənində çirk qalarmı? Həqiqətən namaz belə bir çaya bənzər. Namaz qılan şəxsin namazı onun günahlarının kəffarəsidir. Amma şəxsin imandan çıxıb kafir olmasına səbəb olan günahlar heç vaxt yuyulmaz və belə şəxs həmin günahda qalar.”
20-Qurani-kərimdə həzrət İbrahim (ə)-ın belə dediyi buyurulmuşdur: "Ey Rəbbim! Məni də, nəslimdən olanları da namaz qılan et. Ey Rəbbim! Duamı qəbul et.”
21-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Namazı yüngül sayanlar məndən deyil. Allaha and olsun ki, belə bir şəxs mənim yanıma (Kövsər hovuzuna) gələ bilməz.”
22-İmam Sadiq (ə) buyurmuşdur: "Həqiqətən bizim şəfaətimiz namazı yüngül sayanlara çatmaz. (Onlar şəfaətimizdən məhrum olarlar.)”
23-İmam Əli (ə) vəsiyyət etdi ki, üç əməl hacətlərin qəbul olunmasına səbəb olar: Soyuq havada kamil dəstəmaz almaq, gecə və gündüz namaz qılandan sonra intizar çəkmək və camaat namazı qılmaq üçün qədəm götürmək.
24-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Öz namazlarınızda (son dərəcə) diqqətli olun, çünki Allah-taala qiyamət bərqərar olarkən bəndəni gətirər və ondan soruşduğu ilk şey namaz olar, əgər onu tamam-kamal yerinə yetirmiş olarsa, (bağışlanmış insanlardan olar), əks halda cəhənnəmə atılar.”
25-Həzrət Fatimeyi-Zəhra (ə) buyurmuşdur: "Allah namazı təkəbbür və qürurdan paklanmağınız, zəkatı nəfsinizin saflaşması və ruzinizin artması, orucu ixlasınızın möhkəmlənməsi üçün vacib etdi.”
26-Allah-taala buyurmuşdur: "(İsa Məsih (ə) dedi: Allah) mənə diri olana qədər namaz qılıb zəkat verməyi tövsiyə buyurdu.”
27-İmam Sadiq (ə) buyurmuşdur: "Allah beş namazı (günün) ən gözəl saatlarında vacib etmişdir. Belə isə, vacibi namazlardan sonra dua edin!”
28-İmam Əli (ə) buyurmuşdur: "Allahın Rəsulu (s) nə şam yeməyini, nə də başqa bir əməli namazdan üstün tutmurdu; namaz vaxtı çatanda, artıq nə ailə-uşaq tanıyırdı, nə də dost.”
29-Allah-taala buyurmuşdur: "Namaz qıl, həqiqətən, namaz (insanı) çirkin və pis əməllərdən çəkindirər. Allahı zikr etmək, şübhəsiz ki, daha böyükdür.”
30-Aşura günü günorta çağı, Əbu Sümamə Seydavi namazın vaxtının çatmasını imam Hüseyn (ə)-a xatırlatdıqda, o həzrət onun barəsində ən gözəl dua edib buyurdu: "Allah səni namazı yad edənlərdən qərar versin!”
31-İmam Sadiq (ə) buyurmuşdur: "Bizim şiələrimizi namaz vaxtında imtahan edin: görün ki, vaxtında namaz qılmağa necə riayət edirlər.”
32-Allah-taala Qurani-kərimdə həzrət Loğman (ə)-ın öz oğluna nəsihətini belə bəyan edir: "Oğlum! Namaz qıl, (insanlara) yaxşı işlər görməyi əmr et, pis işlərdən çəkindir. (Bu yolda) sənə üz verəcək müsibətlərə döz. Həqiqətən bu, vacibi əməllərdəndir.”
33-İmam Sadiq (ə) buyurmuşdur: "Namazın vaxtı çatanda, imam Səccad (ə)-ın bədəninin tükləri biz-biz olur, rəngi saralır və bədəni xurma ağacının quru budaqları kimi əsirdi.”
34-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Üç əməli təxirə salmayın: Namazı, cənazəni götürməyi və dul qadını ərə verməyi.”
35-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Ya Əli! Namazı əvvəl vaxtından təxirə salma; çünki bu iş, Allahı qəzəbləndirir.”
36-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Namazı elə halda qıl ki, sanki ömrünün axırıncı namazını qılırsan.”
37-Allah-taala buyurmuşdur: "Sən isə Rəbbini tərifləyib şükr et, səcdə edənlərlə (namaz qılanlarla) birlikdə ol və ölənə qədər Rəbbinə ibadət et.”
38-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Ya Əli! Namazı kamil dəstəmaz almaqla əvvəl vaxtında qıl.”
39-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "(Gündəlik) beş namazı riayət edən (vaxtında lazımınca qılan) şəxslərə, bu namazlar qiyamət günündə onun üçün nur və nicat vasitəsi olacaqdır.”
40-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Asimanın rəhmət qapıları dörd yerdə açılır və dualar qəbul olunur: 1-Allah yolunda cihad edənlərin görüşünə gedib onları görəndə. 2-Yağış yağanda. 3-Kəbəni görəndə. 4-Namaz vaxtı.”



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor