RSS
 

Login:
Şifrə:
» » Əmirəlmömininin (ə) şəxsiyyətinin əsas cəhətləri

Xəbər lenti

Yoluxucu xəstəliklər mövzusu dini mənbələrdə
Yoluxucu xəstəliklər mövzusu dini mənbələrdə...
"BİZ PEYĞƏMBƏRLƏR MİRAS QOYMURUQ" hədisinin dəlil göstərilməsi və onun cavabi
"BİZ PEYĞƏMBƏRLƏR MİRAS QOYMURUQ" hədisinin dəlil göstərilməsi və onun cavabi...
Vəhdət - günümüzün əsas ehtiyacı
Vəhdət - günümüzün əsas ehtiyacı...
Azərbaycan ədəbiyyatında İmam Hüseyn (ə) və Məhərrəmlik mövzusu
Azərbaycan ədəbiyyatında İmam Hüseyn (ə) və Məhərrəmlik mövzusu...
Siffeyn savaşı
Siffeyn savaşı...
Mübarək Ramazan ayında xüsusi diqqət edilməli 4 məqam: Ramazan ayının əməlləri
Mübarək Ramazan ayında xüsusi diqqət edilməli 4 məqam: Ramazan ayının əməlləri...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...
İzdivacda vasitəçilik
İzdivacda vasitəçilik...
Hədislərdə vəhdətə çağırış
Hədislərdə vəhdətə çağırış...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam





Online SMS Yaz!
Online Sms:

Əmirəlmömininin (ə) şəxsiyyətinin əsas cəhətləri

 
Müəllif: Admin | Bölmə: Əhli Beyt (ə.s.) | Vaxt: 24-09-2015, 23:38 | Şərh sayı: (0) | Baxılıb: 2521

Əmirəlmömininin (ə) şəxsiyyətinin əsas cəhətləri


Əmirəlmömininin (ə) şəxsiyyətinin əsas cəhətləri


Əmirəlmöminin (ə) barədə natiqlər, yazıçılar, mütəfəkkirlər, şairlər, mərsiyəçilər, Əhli-beyt (ə) məddahları, müsəlman və qeyri-müsəlman, şiə və qeyri-şiə olan çoxlu insanlar 1400 ilə yaxındır danışırlar, qiyamətə qədər də danışacaqlar. Lakin bununla yanaşı, o həzrətə dair mövzular o qədər çeşidlidir ki, hər bir cəhətdən deyilməmiş sözlər çoxdur. Mən düşünürdüm ki, bu gün Əmirəlmömininin (ə) şəxsiyyəti haqda ümumi bir nəticə göstərmək istəsəm, nə deməliyəm? Məqsədim bu ilahi insanın ruhani və əlçatmaz cəhəti deyil; mənim kimilər bu barədə danışa bilməzlər. Məqsədim onun kimliyinin və şəxsiyyətinin insanların görə, düşünə və örnək ala biləcək hissəsidir. Gördüm ki, bu da bir xütbənin və bir saatın işi deyil. Bu şəxsiyyətin çox əzəmətli cəhətləri vardır. Həmin cəhətləri bir yerə toplayıb dinləyiciyə demək olmaz ki, Əmirəlmöminin (ə) budur. Bəli, müxtəlif cəhətlərdən danışa, öz səyimiz, məlumatımız və dərkimiz qədərincə onun haqqında bəzi sözlər deyə bilərik. Mən fikirləşib gördüm ki, Əmirəlmöminində (ə) bəlkə də yüz belə xüsusiyyət - yüz sözünü bəzi böyüklər də işlətmişlər - tapmaq olar; istər mənəvi xüsusiyyət, məsələn, elm, təqva, zahidlik, səbirlilik və dözümlülük, istərsə də onun bir ata, bir ər, bir vətəndaş, bir əsgər, bir komandir, bir hökumət başçısı kimi xüsusiyyətləri və yaxud onun xalqla rəftarında təvazökar bir insan kimi, cəmiyyəti idarə edən ədalətli bir hakim və bir qazi kimi xüsusiyyətləri. Əmirəlmöminin (ə) üçün belə xüsusiyyətlərdən bəlkə də yüzünü sadalamaq olar. Əgər kimsə bu yüz xüsusiyyəti kompleks, səlis və aydın şəkildə bəyan edə bilsə, o həzrətə dair nisbətən kamil təsəvvür yaratmağa qadir olar. Lakin bu xüsusiyyətlərin dairəsi o qədər geniş və əhatəlidir ki, hər bir xüsusiyyət üçün ən azı bir kitab yazmaq lazımdır; məsələn, Əmirəlmömininin (ə) imanı barədə. Əlbəttə, bu gün mənim söhbət etmək istədiyim xüsusiyyət iman deyil.

Əmirəlmöminin (ə) mömin bir insan idi. Onun vücudunun dərinliklərində bir düşüncə, iman və etiqad oturuşmuşdu. Bəli, bu bir sözdür. Biz Əmirəlmömininin (ə) imanının əzəmətini aşkara çıxarmaq üçün bu imanı kiminlə müqayisə edək? Onun özü buyurur: "Əgər qeyb aləminin pərdələri götürülsə, yəni Allah-Taalanın müqəddəs zatını, mələkləri, cənnəti, cəhənnəmi və bütün dinlərin qeyb və ruhani aləm haqda dediklərinin hamısını bu zahiri gözlə görsəm, mənim yəqinim artmaz. Yəni bu yəqin və iman hər şeyi zahiri gözlə görən şəxsin yəqini kimidir.

Əgər bütün məxluqların imanını tərəzinin bir gözünə və Əmirəlmömininin (ə) imanını o biri gözünə qoysalar, Əlinin (ə) imanı ağır gələr. Yaxud götürək onun İslamda birinciliyini. O, yeniyetməlik çağında Allaha iman gətirdi, bu yolu qəbul etdi və bütün varlığı ilə sona qədər davam etdirdi. Bunu da bir kəlmə ilə bəyan etmək olmaz.

O həzrətin şəxsiyyəti olduqca əzəmətli və genişdir. Biz çoxlu böyüklər görmüş, tanımış, yaxud kitablarda həyatlarını oxumuşuq. Elə böyük insanlar olub ki, insan onları təsəvvür edəndə həqiqətən hörmət duyur, sanki başını səmaya qaldırıb Ayı, Veneranı, Yupiteri, Saturnu, yaxud Merkurini görür. Bu ulduzlar nə qədər uca, nə qədər böyük, nə qədər işıqlıdır! Amma bizim yaxıngörən və zəif gözümüz məsələn, Yupiterlə Veneranın, yaxud Venera ilə güclü teleskoplarla görünən və bizdən işıq sürəti ilə milyon illər, yaxud bir kəhkəşan uzaqda olan ulduzların fərqini anlaya bilmir. Hər ikisi ulduzdur, bizim gözümüz gecələr hər ikisini göydə görür, amma bu hara, o hara. Biz möhtəşəmlikdən o qədər uzağıq ki, bəşərin tarixdə, İslamda, kitablarda, elm aləmində və hər hansı bir sahədə gördüyü böyüklərlə Əmirəlmömininin (ə) fərqini ayırd edə bilmirik. Əmirəlmöminin (ə) möhtəşəm varlıqdır. Bu gün mən və siz Əli ib Əbu Talibin (ə) şiəsi sayılırıq və onun yolu ilə getməliyik. Əgər o həzrətin şəxsiyyətinin hansısa bir cəhətini bilməsək, kimliyimizdə nöqsan yaranar. Əgər ortada iddia olmasa, heç, amma bizim iddiamız var. Biz Əli (ə) yolu ilə getmək və cəmiyyətimizi Əli (ə) cəmiyyəti etmək istəyirik. Biz şiələr birinci növbədə, qeyri-şiə müsəlmanlar da ikinci növbədə belə bir məsələ qarşısındadırlar. Əlbəttə, bütün müsəlmanlar Əmirəlmöminini (ə) qəbul edirlər, lakin şiələr o həzrəti ayrı-formada və xüsusi əzəmət sahibi kimi görür və tanıyırlar.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Seyyid Peyman - En insan
Seyyid Peyman - Zeynəb Zeynəb
Hacı Sahib - Səfərdə olanın orucu
Hacı Sahib - Oruc tutan su içə bilər?
Hacı Sahib - Dəstəmazın danışması
Rusif Ucar - Üsyan
Hacı Sahib - İntizar
Hacı Sahib - İntizar çəkmək
Hacı Sahib - Kiçik günahı unutmaq
Hacı Şahin - Dini ehtiyac
Hacı Şahin - Diqqət eləmək
Hacı Şahin - Din təbliğ etmək
Hacı Eldayaq - Allah üçün
Hacı Eldayaq - Allahı unuduruq
Hacı Eldayaq - Allahımızı ucuz satırıq
Azərbaycan İlahi nəğmələr qrupu Hacı Möhübbət - Şah səlamun aleyk
Azərbaycan İlahi nəğmələr qrupu - Ağam Əbəlfəz
Azərbaycan İlahi nəğmələr qrupu - Əli kimdir
Seyyid Peyman - Şah salamun aleyk
Hacı Sahib - Şəban ayının əməlləri
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor