RSS
 

Login:
Şifrə:
» » İmam Məhdi (ə)

Xəbər lenti

Hacət namazını necə qılaq?
Hacət namazını necə qılaq?...
Allahın insana olan sevgisi
Allahın insana olan sevgisi...
İmadəddin Nəsimi həyatı və yaradıcılğı
İmadəddin Nəsimi həyatı və yaradıcılğı...
İmam Həsən Əskərinin (ə) siyasi-ictimai həyatına qısa bir baxış
İmam Həsən Əskərinin (ə) siyasi-ictimai həyatına qısa bir baxış...
Həzrət Məsumənin (ə.s.) həyatı ilə bağlı 7 maraqlı məqam
Həzrət Məsumənin (ə.s.) həyatı ilə bağlı 7 maraqlı məqam...
Bir gəncin nəfsinə necə hakim olması ilə bağlı Əllamə Təbatəbaiyə yazdığı məktub
Bir gəncin nəfsinə necə hakim olması ilə bağlı Əllamə Təbatəbaiyə yazdığı məktub...
İmam Sadiqdən (ə) doqquz nəsihət
İmam Sadiqdən (ə) doqquz nəsihət...
Qəm-qüssə zamanı oxunan dua
Qəm-qüssə zamanı oxunan dua...
Dostluğa layiq olmayan kəslər
Dostluğa layiq olmayan kəslər...
Özünü tərbiyə və təqva
Özünü tərbiyə və təqva...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






İmam Məhdi (ə)

 
Müəllif: Admin | Bölmə: Əhli Beyt (ə.s.) | Vaxt: 21-09-2015, 22:21 | Şərh sayı: (0) | Baxılıb: 1939

İmam Məhdi (ə)


İmam Məhdi (ə)


İmamın adları

545.İmam Baqir (ə) «Haqsız yerə öldürülən məzlum şəxsin sahibinə bir ixtiyar verdik. (Şəriətin bu hökmləri ilə) artıq ona kömək olunmuşdur» ayəsinin təfsirində buyurmuşdur:«Allah (İslam Peyğəmbərini) Əhməd, Məhəmməd və Mahmud, İsanı Məsih adlandırdığı kimi, Mehdini Mənsur (kömək olunmuş) adlandırmışdır.»

159. O Həzrətin imamətinin dəlili.

547.İmam Əskəri (ə) o Həzrətdən sonra olacaq ilahi höccət və imam barəsindəki suala cavab verərkən buyurmuşdur:«Oğlum Məhəmməd.Məndən sonra imam və höccət odur. Kim onu tanımadan ölsə cahiliyyət ölüsü kimi ölüb. Bilin! Onun qeybə çəkilməsi olacaqdır. Nadanlar bu barədə sərgərdan qalarlar və batil əhli məhvə düçar olarlar. (Onun zühuru üçün) vaxt təyin edənlər yalan deyərlər. O həmin qeybdən sonra zühur edər. Sanki mən Nəcəfdə onun başı üzərində dalğalanan ağ bayraqları görürəm.»

160.Mehdi müjdəsi

548.Allahın Peyğəmbəri (s):«Müjdə olsun sənə ey Fatimə ki, Mehdi səndəndir.»

549.Allahın Peyğəmbəri (s):«Mehdi mənim nəvələrimdən biridir ki, üzü ay kimi nurludur.»

550.Allahın Peyğəmbəri (s):«Yer üzü zülm və düşmənçiliklə dolmayınca Qiyamət bərpa olmayacaq. Həmin vaxt mənim Əhli-Beytimdən biri qiyam edəcək və o, yer üzünü zülm və haqsızlıqla dolduğu kimi ədalətlə dolduracaq.»

551.Allahın Peyğəmbəri (s):«Mənim Əhli-Beytimdən bir kişi hakim olacaq ki, onun adı mənim adımla birdir. Əgər dünyadan ancaq bir gün də qalmış olsa, Allah həmin günü, o hakimiyyəti öz əlinə alana kimi uzadacaqdır.»

552.İmam Əli (ə):«Mehdi bizdəndir, Fatimənin nəslindən.»

553.İmam Baqir (ə):«Qiyam edəndə Kəbəyə söykənəcək və üç yüz on üç kişi onun ətrafında dövrə vuracaq. Deyəcəyi ilk kəlmə, bu ayə olacaq:«əgər imanınız olsa «bəqiyyətullah» sizin üçün daha xeyirlidir.» Sonra buyuracaq:«Mən «bəqiyyətullah»am, Onun sizin üzərinizdə olan höccət və canişini.» Ona salam göndərən hər bir kəs belə deyər:«Salam olsun sənə ey Allahın yer üzündə qalanı!»

161.İmam Mehdinin iki dəfə qeybə çəkilməsi.

554.İmam Sadiq (ə):«Qaim iki dəfə qeybə çəkilər: Bir dəfə qısa və bir dəfə uzun müddətli. Birinci dəfə qeybə çəkiləndə onun yerini ancaq o Həzrətin xas şiələri bilərlər. İkinci qeybdə isə onun yerindən o Həzrətin din yoldaşlarının xaslarından başqa heç kəsin xəbəri olmaz.»

162.İmam qeybdə olan zamanda dindarlığın çətin olması.

555.Allahın Peyğəmbəri (s):«Məni haqq olaraq müjdəçi kimi göndərənə and olsun ki, o qeybdə olanda onun imam olması əqidəsində möhkəm duranlar qırmızı kükürddən də az tapılarlar.»

556.İmam Sadiq (ə):«Həqiqətən bu işin sahibi (imam Zaman) qeybə çəkilər. Həmin zamanda dini saxlamaq dəvətikanını əl ilə yuxarıdan aşağı qopartmaqdan da asan olar.» O Həzrət sonra bir az sükut etdi və buyurdu:«Həqiqətən bu işin sahibi qeybə çəkiləcək. Odur ki, gərək bəndə Allahdan qorxsun və öz dinindən yapışsın.»

163. İmam qeybdə olan zaman dua etmək

557.İmam Sadiq (ə) İbn Sənana xitab edərək buyurmuşdur: «Tezliklə şəkk və tərəddüdə düşəcəksiniz, aydın nişanə və yol göstərən imamsız qalacaqsınız. Həmin şəkk və tərəddüddən «Ğəriq» duasının oxuyandan başqa heç kəs qurtula bilməyəcək.» (İbn Sənan nəql edir ki,) dedim:«Ğəriq» duası necədir? Buyurdu: Deyirsən:

يا اللهُ يا رحمانُ يا رحيمُ يا مُقَلِّبَ القُلُوبِ ثَبِّتْ قَلْبِي عَلي دِينِك

«Ey Allah! Ey Bağışlayan! Ey mehriban! Ey qəlbləri haldan hala salan! Mənim qəlbimi öz dinində möhkəm et!» Mən dedim:

يا اللهُ يا رحمانُ يا رحيمُ يا مُقَلِّبَ القُلُوبِ وَ الأَبْصارِ ثَبِّتْ قَلْبِي عَلي دِينِكَ» «Ey Allah! Ey Bağışlayan! Ey mehriban! Ey qəlbləri və düşüncələri haldan hala salan! Mənim qəlbimi öz dinində möhkəm et!» Buyurdu:«Əlbəttə, ki, Allah-taala qəlb və düşüncələri haldan hala salandır. Amma sən mən deyən kimi de:«

يا اللهُ يا رحمانُ يا رحيمُ يا مُقَلِّبَ القُلُوبِ ثَبِّتْ قَلْبِي عَلي دِينِكَ»

«Ey Allah! Ey Bağışlayan! Ey mehriban! Ey qəlbləri haldan hala salan! Mənim qəlbimi öz dinində möhkəm et!»

164.Fərəc intizarı çəkmək

558.Allahın Peyğəmbəri (s):«Mənim ümmətimin ən üstün işi fərəc intizarında olmaq və Allahdan onun baş verməsini istəməkdir.»

559.İmam Səccad (ə):«Fərəc intizarını çəkməyin özü ən böyük qurtuluşlardandır.»

560.İmam Sadiq (ə):«Kim bu iş sahibinin (imam Zamanın zühurunun) intizarını çəkən halda ölsə, Qaimlə birlikdə onun xeyməsində olmuş kimidir. Xeyr! Bəlkə hətta Allahın Peyğəmbərinin (s) kənarında qılınc çalan şəxs kimidir.»

561.İmamKazim (ə):«Fərəc intizarında olmağın özü bir növ açılışdır.»

165.İnsanları ümidsizlik bürüdükdən sonra Qaimin zühur etməsi.

562.İmam Sadiq (ə):«And olsun Allaha ki, bu iş (imamın zühuru) sizlər tamamilə ümidsizləşdikdən, xeyr, and olsun Allaha (sizin yaxşılarınızla pisləriniz) bir-birindən seçiləndən sonra sorağınıza gələcəkdir.»

563.İmam Rza (ə):«Həqiqətən fərəc ümidsizlikdən sonra gələr.»

166.Zühur üçün vaxt təyin edənlər yalançıdırlar.

564.İmam Baqir (ə) Fuzeylin «zühurun vaxtı müəyyənləşdirilib?» sualının cavabında buyurmuşdur:«Vaxt qoyanlar yalan deyiblər, vaxt qoyanlar yalan deyiblər, vaxt qoyanlar yalan deyiblər!»

167.Qeybə çəkilmənin səbəbi

565.Allahın Peyğəmbəri (s):«O uşağın qeybə çəkilməsindən başqa çarə yoxdur.» Soruşdular:«Nə üçün, ey Allahın Peyğəmbəri? Buyurdu: «Öldürülməkdən qorxusu vardır.»

566.İmam Sadiq (ə) qeybə çəkilmənin səbəbi barəsindəki sualın cavabında buyurmuşdur:«Sizə faş etmək icazəmiz olmayan səbəbə görə.»

Abdullah ibn Fuzeyl nəql edir ki, dedim:«Bəs onda qeybə çəkilməyin fayda və hikməti nədir? Buyurdu:«Onun qeybə çəkilməsinin hikməti ondan qabaqkı ilahi höccətlərin qeybə çəkilmələrinin hikmətidir. Onun hikməti ancaq onun zühurundan sonra məlum olacaq…Qeybə çəkilmək Allahdan (Onun işlərindən) olan bir iş, Allahın sirlərindən biri və Allahın qeyblərindəndir. Allahın hikmət sahibi olmasını bildikdən sonra Onun bütün işlərinin hikmət əsasında olmasını anlayırıq, hətta onların hikmətlərinin sirləri bizə məlum olmasa belə!»

567.İmam Sadiq (ə):«Qaim (ə) Allahın əmanətləri çıxana (yəni kafirlərin belindən möminlər doğulana) kimi əsla zühur etməz. Beləliklə, onlar çıxandan sonra Qaim Allahın düşmənlərinə qalib gələr və onları öldürər.»

568.İmam Sadiq (ə):«Bu iş ( Qaimin (ə) qiyamı) bütün dəstə və qruplar xalqa hakim olduqdan sonra baş verəcək ki, heç kəs «əgər biz hakim olsaydıq ədaləti bərqərar edərdik» deyə bilməsin. Bundan sonra haqq və ədaləti bərqərar edən Qaim qiyam edəcək.»

569.İmamKazim (ə):«Əgər sizin aranızda «Bədr» əhlinin sayı qədər (həqiqi mömin) olmuş olsaydı, bizim Qaimimiz qiyam edərdi.»

168.İmam qeybdə olan zaman insanların ondan bəhrələnməsi

570.İmam Mehdi (ə):«Mən qeybdə olan zaman məndən bəhrələnmək günəş buludun arxasında gözlərdən gizlin olanda ondan bəhrələnmək kimidir. Ulduzlar göy əhlinin əmin-amanlıq amili olduğu kimi mən də yer əhlinin əmin-amanlıq amiliyəm.

169.Zühurun əlamətləri

571.İmam Əli (ə):«Xətib həlakətə düçar olanda, zəmanənin imamı gözlərdən gizlinə çəkiləndə və bir dəstə qəlblər şad, bir dəstə qəlblər isə qəmgin olanda arzusu olanlar məhv olar, dağılanlar bir-birlərindən ayrılar və sayları az – üç yüz nəfər və ya çox olan möminlər qalarlar. Həmin möminlərin kənarında «Bədr» günü Allahın Peyğəmbərinin (s) kənarında döyüşmüş, öldürülməmiş və ölməmiş bir dəstə döyüşər.»

572.İmam Sadiq (ə):«Allah möminlər üçün Qaimin (ə) qiyamının Bəzi nişanələrini sayıb.» Məhəmməd ibn Müslim nəql edir ki, mən dedim:«Allah məni sizə fəda etsin, həmin nişanələr hansılardır?» Buyurdu:«Allah-taalanın bu kəlamı:«Biz sizi (möminləri Qaimin qiyamından qabaq) bir az qorxu, bir az aclıq, bir az da mal , can və məhsul qıtlığı ilə imtahan edərik. Səbr edən şəxslərə müjdə ver.»

573.İmam Mehdi (ə) Əli ibn Məhzyarın « ağam,bu iş (zühur) nə vaxt olacaq?» sualının cavabında buyurmuşdur:«Məkkənin yolları sizin üzünüzə bağlanan zaman.»

170.Zühur zamanı

574.İmam Əli (ə):«Bir carçı səmadan «həqiqətən haqq Məhəmməd Əhli-Beyti ilədir!» deyə fəryad qoparanda Mehdi camaatın dilinə düşəcək. Onlar onun məhəbbət piyalələrini başlarına çəkəcəklər və dillərində onu yada salmaqdan və onun adından başqa bir şey olmaz.»

575.İmam Baqir (ə):«Əgər camaat Qaim qiyam edən zaman necə qırğınlar edəcəyini bilsəydi, şübhəsiz ki, onların çoxu onu görmək istərdi... Hətta insanların çoxu deyər:«O Məhəmmədin Əhli-Beytindən deyil, əgər Məhəmmədin Əhli-Beytindən olsaydı rəhm edərdi.»

576.İmam Baqir (ə):«Qaim yeni hökm, yeni kitab və yeni qəzavət (onların həqiqətini) gətirəcək. Ərəblərə qarşı sərt olacaq. İşi ancaq qılınc ilə olacaq. Heç kəsə tövbə etdirməyəcək və Allah yolunda heç bir qınayanın töhmətinə əhəmiyyət verməyəcək.»

577.İmam Sadiq (ə):«Bizim Qaimimiz qiyam edəndə Allah şiələrimizin qulaq və gözlərini elə iti edəcək ki, onlarla Qaim arasında qasid olmayacaq. Durduğu yerdən şiələrlə danışacaq və onlar onun sözlərini eşidəcək, onu görəcəklər.»

578.İmam Sadiq (ə):«Ərəblərin az bir hissəsi Qaim (ə) ilə birlikdə qiyam edəcəklər.» Dedilər:«Ərəblərin çoxu özünü o Həzrətin yardımçısı hesab edir?» Buyrdu:«İnsanlar gərək saflaşsınlar, yaxşısı ilə pisi bir-birindən ayrılsın, xəlbirlənsinlər. Onların çoxu xəlbirdən töküləcək.»

579.İmam Sadiq (ə):«Qaim (ə) qiyam edəndə o Həzrətin nəslindən olması güman edilənlər onun dəstəsindən çıxacaqlar, aya və günəşə pərəstiş edənə oxşayanlar isə onun dəstəsinə qoşulacaqlar.»

171. Dünya imam Mehdinin zühurundan sonra

580.Allahın Peyğəmbəri (s):«Ümmətimin sonuncusunun içində Mehdi qiyam edəcək. Allah ona yağış əta edəcək, yer otunu bitirəcək, malı tam və kamil şəkildə verəcək, heyvan və dördayaqlılar artacaq və ümmət başıuca və əzəmətli olacaq.»

581.İmam Səccad (ə):«Bizim Qaimimiz qiyam edəndə Allah bəlanı bizim şiələrimizdən götürəcək, onların qəlblərini dəmir parçası kimi (möhkəm və qorxmaz) edəcək və onların hər birinə qırx kişinin gücünü verəcək. Onlar dünyanın ağa və başçısı olacaqlar.»

582.İmam Baqir (ə):«Qaim qiyam edəndə hər bir kinli düşmənə imanı təqdim edəcək. Əgər (həmin düşmən) səmimi qəlbdən iman gətirməsə boynu vurulacaq və ya bu günkü zimmə əhli (qeyri-müsəlmanlar) kimi cizyə (vergi) verəcək. Və həmin şəxslərin belinə qayış bağlayacaq və onları şəhərlərdən ətrafa və kəndlərə köçürəcəkdir.»



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor