İŞİD lideri tərəfdarlarına vida müraciəti edib - KİV |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 2-03-2017, 00:21 | Şərh sayı: (0) | Baxılıb: 233
İŞİD lideri tərəfdarlarına vida müraciəti edib - KİV
İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadi tərəfdarlarına ünvanladığı müraciətdə son döyüşlərdə məğlub olduğunu etiraf edib və tərəfdarlarını dağlıq ərazilərə sığınmağa çağırıb.
Bu barədə İslam.az "Report"a istinadən məlumat verir.
Naynava vilayətindəki mənbənin "Alsumaria" telekanalına verdiyi məlumata görə, Əl-Bağdadi çıxışını vida çıxışı adlandırıb, onu İŞİD vaizləri arasında yayıb və qruplaşmanın son vəziyyəti barədə məlumat verib.
Telekanal müraciətdə həmçinin silahlılara İraq və Suriyanın əlçətmaz dağlıq ərazilərinə çəkilməklə bağlı çağırış edildiyini də bildirib.
KİV-in məlumatına görə, Mosulun qərb hissəsində olan İŞİD liderləri şəhərdən qaçaraq canlarını qurtarmağa çalışırlar.
Bu xəbərin nə dərəcədə həqiqəti əks etdirdiyi yaxın günlərdə bəlli olacaq. Belə ki, bəzən terror təşkilatları ilə bağlı mediada yer alan məlumatlar heç də realıqla uzlaşmır. Bəzən isə İŞİD bilərəkdən KİV-ə yalan informasiyalar ötürərək, əks tərəfi çaşdırmağa, liderlərinin gizləndikləri məkanları gizli saxlamağa çalışır. Buna nümunə kimi Əbu Bəkr əl-Bağdadinin yaralanmsaı haqqında dəfələrlə yayılmış məlumatları və hər dəfə də onların yalan olduğunun isbatlanmasını göstərmək olar.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər