Ermənistanın müdafiə naziri Moskvaya getdi |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 27-04-2016, 12:37 | Şərh sayı: (0) | Baxılıb: 337
Ermənistanın müdafiə naziri Moskvaya getdi

Məlumata görə, 27-28 apreldə baş tutacaq konfransda terrorizmlə mübarizə məsələləri müzakirə olunacaq. Doğrudur, konfransda Azərbaycan da daxil olmaqla, 82 ölkədən nümayəndə heyəti iştirak edəcək. Ancaq terrorçuluğu, separatçılığı və işğalı dəstəklən, faktiki onun tərəfi olan Ermənistanın bu tədbirdə iştirakı anormal təsir bağışlayır.
Ixlas.Az düşmən mətbuatına istinadən xəbər verir ki, S.Ohanyan Rusiyada ikitərəfli görüşlər keçirməyi də planlaşdırır.
Qeyd edək ki, cəbhədəki ağır itkilərdən sonra S.Ohanyanın vəziyyəti kifayət qədər kritikləşib. Belə ki, bir gün əvvəl Ermənistan prezidenti Serj Sərkisyan ordu generallarının bir neçəsini, o cümlədən müdafiə nazirinin müavinlərini istefaya göndərdi. Ancaq Ermənistan parlamenti israrla S.Ohanyanın şəxsən gəlib baş verənlərə görə izahat verməsini tələb edirlər. Bu mənada ictimai təzyiqlər qarşısında qalan Ohanyanın da cəzalandırılacağı barədə ehtimallar güclənib. Tamamilə mümkündür ki, S.Ohanyan moskvalı həmkarı Sergey Şoyqudan özünü xilas üçün Qarabağ cəbhəsində kiçik də olsa, uğurlar əldə etmək üçün dəstək istəsin.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər