"İsraillə müharibəyə hazırıq" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 19-04-2016, 18:00 | Şərh sayı: (0) | Baxılıb: 249
"İsraillə müharibəyə hazırıq"
İsrailin baş naziri Benyamin Netanyahu hökumətin yaranmasının birinci ildönümü ilə bağlı keçirilən dünənki toplantıda söylədiyi fikirlər gündəmə bomba kimi düşdü.
Ixlas.Az publika.az-a istinadən bildirir ki, Netanyahu beynəlxalq cəmiyyətin İsrailin Colan Təpələri üzərindəki suverenliyini tanımalı olduğunu deyib.
O, İsrailin Colan Təpələrini sonsuza qədər əlində saxlayacağını bildirib. Toplantının Colan Təpələrində keçirilməsi isə xüsusi məna daşıyıb: "Mən bu müşavirəni yeni siqnal göndərmək üçün Colan Təpələrində çağırmağa qərar verdim: yayla həmişəlik İsrailin əllərində qalacaq".
Baş nazir ümid edir ki, bu ərazidə minlərlə İsrail ailəsi yerləşəcək, turizm və kənd təsərrüfatı inkişaf etdiriləcək, ərazi "Əl-Qaidə", İŞİD və "Hizbullah" terror təşkilatlarından müdafiə olunacaq. "Regionun bir çox ölkəsi etiraf edir ki, İsrail islam ekstremizmi arasında buferdir", - Netanyahu vurğulayıb.
İsrailin baş naziri "düşmənlər"ə xəbərdarlıq edib: "Əgər İsrailə hücum edərlərsə, cavab amansız olacaq".
İsrail baş naziri dünya cəmiyyətinə müraciət edərək onları reallığı tanımağa çağırıb. Onun sözlərinə görə, hazırkı sərhədlər dəyişməyəcək: "Əlli il sonra dünya cəmiyyətinin Colan Təpələri üzərində İsrailin suverenliyinin tanıması vaxtı gəldi".
İsrailin hökumət başçısının bəyanatları Dəməşqin sərt reaksiyası ilə qarşılaşıb. Suriya xarici işlər nazirinin müavini Feysal Mekdad vurğulayıb ki, ölkəsi nəyin bahasına olursa-olsun işğal olunan ərazini geri qaytaracaq.
"Biz Colan Təpələrini qaytarmaq üçün hər şeyə hazırıq. Terrorizmə qarşı müharibədə qalib gələndən sonra biz İsrailə qarşı müharibəyə başlaya bilərik", - o deyib.
Feysal Mekdad bütün ərəbləri İsrailə qarşı mübarizədə Suriyaya kömək etməyə çağırıb.
Ərəb Dövlətləri Liqasından da məsələyə reaksiya gecikməyib. Təşkilat İsrailin baş naziri Benyamin Netanyahunun Suriyanın işğal altındakı Colan Təpələri ilə bağlı şərhini pisləyib. Qurumdan verilən yazılı açıqlamada Colan Təpələrinin Suriyanın olduğu vurğulanıb.
"Baş nazir Netanyahunun İsrailin Colan Təpələrindən çıxmayacağına dair sözləri təzyiqi yüksəltməklə yanaşı beynəlxalq normalar, o cümlədən BMT Təhlükəsizlik Şurası qərarları və Cenevrə razılaşmalarının pozuntusudur", - açıqlamada deyilir.
Bildirilir ki, işğal edilmiş Colan Təpələrinin geri alınması Suriya xalqının suverenlik hüququdur.
Qeyd edək ki, Colan Təpələri 1967-ci ildə "altıgünlük müharibə"nin gedişatında İsrail tərəfindən işğal olunub. İsrail 1981-ci ildə Colan təpələrini öz ərazisinə qatıldığını rəsmən elan edib.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər