"Azərbaycana silah satmayın" - İsrailə etiraz |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 11-04-2016, 00:38 | Şərh sayı: (0) | Baxılıb: 273
"Azərbaycana silah satmayın" - İsrailə etiraz
Ermənistanın Misir və İsraildəki səfiri Armen Melkonyan bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) etiraz notası təqdim etmək üçün ötən həftə Yerusəlimə gedib.
Report xəbər verir ki, bu barədə yerli "Haaretz" qəzeti yazıb.
Məlumata görə, XİN-in "Avrasiya" şöbəsinin rəhbəri Dan Oriyanın aldığı sənəddə Azərbaycana silah tədarükünün dayandırılması tələbi yer alıb.
XİN-dəki yüksək vəzifəli mənbənin nəşrə verdiyi məlumata görə, sənəddə, xüsusilə Azərbaycan tərəfinin İsrailin IAI şirkətinə məxsus "Harop" pilotsuz uçan aparatından istifadə etməsi qeyd olunur.
"Haaretz" yazır ki, Melkonyan İsrail diplomatları ilə söhbətinin məzmunu barədə məlumat verməkdən imtina edib. Eyni zamanda o, qəzetin məlumatında göstərilən detalları da təkzib etməyib.
İsrail XİN-in mətbuat xidməti bu barədə şərh verməkdən imtina edib.
Qeyd edək ki, 2012-ci ildə Azərbaycan və "Israel Aircraft Industries" (IAI) şirkəti arasında "Harop" kamikadze-dronlarının tədarükünə dair böyük müqavilə imzalanıb.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər