Mətbuat Şurasının sədri Hesablama Palatasının nöqsanlarını açıqladı |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 15-04-2016, 19:00 | Şərh sayı: (0) | Baxılıb: 351
Mətbuat Şurasının sədri Hesablama Palatasının nöqsanlarını açıqladı
Biz cəmiyyətimizi daha şəffaf etməyə çalışırıq. Bunu təmin edən təsisatların fəaliyyəti mümkün qədər qüsursuz olmalıdır. Bu baxımdan elə bilirəm ki, Hesablama Palatasının qarşıdakı fəaliyyətini daha da təkmilləşdirməsi günümüzün tələbidir.
Milli.Az xəbər verir ki, bunu Milli Məclisin üzvü, Mətbuat Şurasının sədri Əflatun Amaşov bu gün parlamentdə Hesablama Palatasının 2015-ci il üzrə hesabatı ilə bağlı çıxışı zamanı deyib.
Hesablama Palatasının 2015-ci il üçün fəaliyyətini ümumən uğurlu qiymətləndirən Mətbuat Şurasının sədri bununla yanaşı tənqidi fikirlərini də bildirib: "Əvvəla, düşünürəm ki, hesabatın dili kifayət qədər qəlizdir. Elə cümlələr var ki, təxminən 80-100 sözdən ibarətdir. Əlbəttə, burada tam sadəlik də mümkün deyil. Sahənin öz spesifikası var. Hər halda sənədin dili mümkün qədər sadə olmalıdır ki, hamı tərəfindən başa düşülsün. İstərdim ki, bu məsələ gələcəkdə nəzərə alınsın".
Ə.Amasov ikinci çatışmazlığa da aydınlıq gətirib: "Məlumdur ki, Hesablama Palatası dövlət büdcəsinin vəsaitlərinin və büdcədənkənar dövlət fondlarının vəsaitlərinin bank hesablarında hərəkəti barədə Mərkəzi Bankdan və müvəkkil banklardan, kredit təşkilatlarından məlumatlar almalı, təhlil etməli və Milli Məclisə təkliflər verməlidir. Hesabatdan belə məlum olur ki, bu funksiya icra olunmayıb. Hesablama Palatası bu vəzifəni yerinə yetirmək üçün Mərkəzi Banka sorğu ünvanlayıb. Hesabatda sorğuya cavab verildiyi qaranlıq qalıb. Cavab verilibsə də, qeyri-qənaətbəxş olub. Belə görünür ki, ümumi dövriyyədə olan dövlət büdcəsinə və büdcədənkənar dövlət fondlarına aid vəsaitlərin banklardakı hərəkətini müəyyənləşdirmək mümkün olmayıb. Deməli, Mərkəzi Bank bunu müəyyənləşdirə bilməyib. Əvvəla, nə üçün Mərkəzi Bank bunu etməyib, edibsə, Hesablama Palatasına bununla bağlı niyə məlumat verilməyib. İkincisi, qeyd etdiyim məsələ 2014-cü ildə də baş verib. Sual olunur: bu hal nə üçün təkrarlanmaqdadır? Əgər belə olmasaydı, Beynəlxalq Bankdakı məlum neqativ hallar həyata keçirilərdimi? İstərdim ki, bu kimi məqamlara aydınlıq gətirilsin".
İlkin İzzət
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər