Yol polisləri arasında yarış: Daha çox cərimə yazanlara MÜKAFAT vəd edildi |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 15-04-2016, 10:38 | Şərh sayı: (0) | Baxılıb: 247
Yol polisləri arasında yarış: Daha çox cərimə yazanlara MÜKAFAT vəd edildi
Hansı yol polisi əməkdaşı dayanma-durma qaydalarının pozulması ilə bağlı daha çox inzibati protokol yazarsa, ona mükafat veriləcək.
Bunu Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
Bölmə rəisinin sözlərinə görə, Bakı şəhər Yol Polisi İdarəsi "Azadinform" İnformasiya Agentliyi və "Qanunsuz Parklamalara Qarşı Mübarizə" İctimai Hərəkatı ilə birgə növbəti layihəyə start verib:
"Bu gün paytaxt yollarından sürücülük mədəniyyətinin qənaətbəxş səviyyədə olmaması, eyni zamanda yollardakı tıxaclar, qanunsuz parklamalar, sürət həddinin aşılması və s. yol hərəkəti qaydalarının pozulması ilə bağlı problemlər bütün cəmiyyəti narahat edir. Ona görə də layihə çərçivəsində Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarının paytaxtın inzibati ərazisində dayanma-durma və parklama qaydalarını pozan sürücülərə qarşı reydlər keçirəcək. May ayının 29-dək xidmət etdiyi ərazidə dayanma-durma və parklama qaydaları ilə bağlı maarifləndirmə işində fəal iştirak edən, eyni zamandan bu qaydaların pozulması ilə bağlı ən çox protokol yazan, eyni zamanda həmin protokollardan şikayət edilməyən yol polisi əməkdaşına 300 manat mükafat verləcək".
V.Əsədovun sözlərinə görə, DYP əməkdaşlarının mükafatlandırılması mərasimi may ayının 29-da Beynəlxlaq Mətbuat Mərkəzində keçiriləcək.
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər