RSS
 

Login:
Şifrə:
» » Şəhid əsgərimizin qan donduran son məktubu

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Şəhid əsgərimizin qan donduran son məktubu

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 7-04-2016, 15:30 | Şərh sayı: (0) | Baxılıb: 790

Şəhid əsgərimizin qan donduran son məktubu


Şəhid əsgərimizin qan donduran son məktubu Xəbər verildiyi kimi, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə "Vətənpərvərliyin Təbliğinə dəstək" birliyinin sədri Azərbaycanın ilk hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı, "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri" birliyinin sədri Mehdi Mehdiyev, "Qarabağ qaziləri" birliyinin sədri Etimad Əsədov, "Beynəlxalq Avrasiya Mətbuat Fondu"nun sədri Umud Rəhimoğlu, "Azərbaycan Vətən Müharibəsi Veteranları" birliyinin sədri Füzuli Rzaquliyev, "Əfqanıstan Veteranları İttifaqı"nın sədri Məhəmməd Vəliyev, "Tərxis olunmuş "Hərbiçilərin və Gənclərin Maarifləndirilməsi" birliyinin sədri Emin Həsənli, Azərbaycanın Milli Qəhrəmanı "Fred Asif (Asif Məhərrəmov) adına Fond"unun rəhbəri Ədalət Məhərrəmov, "Dünya Azərbaycanlılarının Vətənpərvərləri" birliyinin sədri Nəsimi Qarabağlı, "Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası" birliyinin sədri Rey Kərimoğlu aprelin 3-dən 5-nə qədər cəbhə bölgəsində səfərdə olublar. Onları səfər boyu Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə rəisi polkovnik Rasim Şirinov, xidmətin əməkdaşı Rövşən Qaracayev müşayiət ediblər.

Səhər saat altı radələrində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ayırdığı mikroavtobusla Bakıdan yola düşən nümayəndə heyətinə Umud Rəhimoğlunun ağsaqqallığı ilə Emin Həsənli rəhbərlik edirdi. Sürücümüz isə Şəmistan Əlizamanlının "Dağlar oğlu" deyə çağırdığı Zakir qardaşımız idi. İlk gedəcəyimiz ünvan Göygöl rayonundan olan şəhid Sərxan Bağırovun yaşadığı ev oldu...

"Çağırış vaxtına hələ 7-8 gün qalmış gənclər də xidmətə müraciət edərək əsgər getmək istədiklərini bildiriblər"

Yol boyu ordumuzun sürəkli cavab həmləsi ilə düşmənin atəş nöqtələrini darmadağın etməsini, strateji yüksəklilklərin, yaşayış məntəqələrinin azad olunmasını müzakirə edirdik... Şəhidlərimizin acısını yaşaya-yaşaya içimizdə kədər qarışıq bir sevinc vardı. Amma sevinc hissi daha çox idi, lap dəqiqini desəm, qəlbimizdə son əməliyyatlardan sonra ordumuza olan hüsnü-rəğbətdən doğan bir qürur var idi...

Göygöldə bizi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsinin rəhbəri Mayıl Şahverdiyev qarşıladı. Onlarla birgə Göygöl rayonunun Almədədli kəndinə üz tutduq. Mayıl Şahverdiyev yolda bildirdi ki, hələ çağırış vaxtına 7-8 gün qalmış gənclər də xidmətə müraciət edərək əsgər getmək istədiklərini bildiriblər...

Yol boyu insan selinin Almədədli kəndinə axışdığının şahidi olduq. Çöhrələrində sevinc qarışıq kədər olan bu insan selini yararaq şəhidin dəfn mərasimi üçün hazırlanmış tribunaya yaxınlaşdıq. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmisi, polkovnik Abdulla Qurbani hərbçilərə öz son göstərişini verirdi. Müdafiə Nazirliyinin hərbi orkestri artıq öz yerində idi. Bizim nümayəndə heyəti və Göygöl rayon icra hakimiyyətinin başçısı Arif Seyidov da tribunada öz yerlərini tutdular. Və...

Şərxan Bağırovun nəşini Azərbaycan bayrağına bükülmüş tabutda gətirdilər. Onun anası və yaxınları, kənd və rayon qadınları şəhidi ağlayırdılar... Kədər dolu bu anı müşahidə etmək çox ağır idi... Azərbaycan bayrağına bükülmüş tabutun üzərində dayanan gənclər əllərində ay-ulduzlu milli bayrağımızı dalğalandırırdılar... Bayraqları görən qadınlardan biri ağlaya-ağlaya şəhidin anasına tərəf dönüb: "Bax, ay bacı, Sərxanın tabutu başında onun ən çox sevdiyi bayraq dalğalanır!"- deməsi bizi də kövrəltdi.

"Gülçin, əgər şəhid olsam... dəfnimə gəlib ürəyində deyərsən..."

Ixlas.Az qaziler.az-a istinadən bildirir ki, evin yeganə övladı olan Sərxanın dəfn törəninində ilk sözə A.Qurbani başladı. Son əməliyyatlardan, ordumuzun uğurlarından danışan nazirlik rəsmisi digər cəbhədə baş verən ibrətamiz və gözyaşardan səhnələri dilə gətirdi..."Şəhid olan subay əsgərimizin cibindən məktub çıxıb. Məktubda yazılmışdı: "Əzizim Gülçin, mən səni sevirəm! Ola bilsin ki, mən həlak oldum. Amma qəm yemə! Sən də məni sevirsənsə, onda mənim dəfnimə gəlib ürəyində: "mən də səni sevirəm" deyərsən! Mən səni eşidəcəm!"

Abdulla Qurbaninin danışdığı bu hadisə hamını ağlatdı! Yaxınlığımda olan hərbi orkestrin üzvü və bir polis hönkürtüsünü güclə saxlayırdı! Əslində polkovnik Qurbani bunu bilərəkdən dedi. Dedi ki, bu dünyadan nakam köçən, sevgisi də içində tumurcuqkən torpağa gömülən Sərxanın sevdiyi də ola bilsin bu insan selinin içərisində idi! O eşitsin deyə...Dəhşətli səhnə idi! Çox dəhşətli!..

Sonra millət vəkili Rövşən Rzayev, nümayəndə heyətimizdən Mehdi Mehdiyev, Məhəmməd Vəliyev, icra başçısı Arif Seyidov, şəhidin atası, əmisi çıxış etdi.

10-15 min insan Sərxanı dəfn etməyə gedirdi. Onu doğulduğu torpaqda məzara qoyduq. Şəhidin tabutuna bükülmüş bayraq atasına verildi. Verdilər ki, Şuşamız azad olunanda Sərxanın atası aparıb ora sancsın!

Hərbi qaydalara uyğun olaraq orkestrin musiqisi altında Sərxanın məzarı başında əsgərlər avtomatdan yaylım atəşi açdılar...

Yaralı əsgərlərimizi xilas edərkən özü də şəhid olan gəncəli balası...

Növbəti ünvanımız Gəncə idi. Biz burada Fərman Əsədlinin yas mərasimində iştirak etdik. Fərman əsgərlərimizə sovqat aparmaq üçün yaxın qohumu Sadiq Əliyevlə öz avtomobilində cəbhə bölgəsinə gedərkən yolda içərisində yaralı olan avtomobili idarə edən əsgərin çaşdığını görüblər. Fərman cəld yaralı olan avtomobilə atılaraq onu həkimlərə çatdırıb, növbəti yaralının ardınca gedəndə isə düşmənin atdığı mərmidən həlak olub. Yaxın qohumu isə yaralanıb. Qeyd edim ki, Fərmanın atası da hərbçi olub. Hazırda istefada olan polkovnikdir.

Yas mərasimində Emin Həsənli də çıxış etdi. O, Azərbaycan ordusunun uğurlu əməliyyatlarından, dövlətin Qarabağ probleminin həlli yolunda gördüyü işlərdən danışdı. Şəhidin atası nümayəndə heyətinin gəlişindən çox razı qaldığını deyib, bu işi davam etdirməyin vacibliyini bildirdi.

Qəhrəman Tərtərdə inanılmaz coşqu: Əhali Şəmistan Əlizmanlının canlı ifasını ayaq üstə alqışladı...

Tərtərdə rayon ictimaiyyətinin icra başçısı Müstəqim Məmmədovla görüşünə də özümüzü çatdıra bildik. İnsanlarda böyük ruh yüksəkliyi var idi!

M.Məmmədov çıxışında bildirdi ki, Tərtər rayonu düşmənlə 48 kilometr təmas xəttində yerləşir. Mütəmadi olaraq yaşayış məntəqələrimiz ermənilər tərəfindən atəşə tutulduğuna görə mülki şəxslər yaralanır: "Aprelin 1-dən 2-nə keçən gecə yenə də Tərtər rayonu düşmən tərəfindən atəşə tutuldu. Ordumuz düşmənə layiqli cavab verdi. Möhtərəm prezidentimizin Təhlükəsizlik Şurasının iclasında dediyi kimi: "Biz atəşi pozmamışıq, sadəcə təxribata layiqli cavab vermişik". Nə qədər ki, Ermənistan təxribatçı əməllərdən əl çəkmir, Azərbaycan ordusu ona layiqincə cavab verəcəkdir. Düşmən bir daha şahid oldu ki, Azərbaycanın güclü ordusu var, Azərbaycan əsgəri qələbə çalmaq əzmindədir.

M.Məmmədov çıxışında onu da dedi ki, gedən son döyüşlərdə 2 - 4 aprel tarixində erməni silahlı qüvvələri tərəfindən rayonun yaşayış məntəqələrinə atılan mərmilər nəticəsində Tərtər şəhərində 10, Qapanlı kəndində 42, Yuxarı Qaradağlı kəndində 35, Qaraağaclı kəndində 17, Seydimli kəndində 1, Şıxarx kəndində 35, Azad Qaraqoyunlu kəndində 5, Dəmirçilər kəndində 2, Çaylı kəndində 8 - ümumilikdə 155 yaşayış evinə ziyan dəyib. Bunlardan 16 ev tamamilə dağılmış, 114 evin dam örtüyünə, qapı-pəncərə bloklarına və pəncərə şüşələrinə ciddi ziyan dəymiş, 25 evin divarlarında çatlar əmələ gəlmişdir.

"Bəzi informasiya vasitələrində təxribat xarakterli məlumatlar dərc olunur. Guya Tərtərin sakinləri rayonu tərk ediblər. Gördüyünüz kimi qəhrəman tərtərlilər hamısı öz evlərindədir, həyat öz axarı ilə davam edir. İnanırıq ki, tezliklə Azərbaycan bayrağı işğal altında olan torpaq1arımızda dalğalanacaqdır"- deyə da icra başçısı əminliyini bildirdi.

Tədbirdə Tərtər rayon icra hakimiyyəti və ictimaiyyət nümayəndələri çıxış edərək tərtərlilərin respublika prezidentinin siyasətini dəstəklədiklərini söylədilər.

Nümayəndə heyətindən ilk çıxış edən Umud Rəhimoğlu oldu. Həm də Tərtər rayonunun fəxri vətəndaşı olan U.Rəhimoğlu son günlərdə baş verənlərdən, Azərbaycan dövlətinin, Ali Baş Komandan İlham Əliyevin torpaqlarımızın işğaldan azad olunması naminə gördüyü işlərdən və Qarabağ müharibəsi zamanı tərtərlilərin qəhrəmanlığından, şücaətindən danışdı.

Sonra Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə rəisi polkovnik Rasim Şirinov və nümayəndə heyətinin hər bir üzvü çıxış etdilər.

Tədbirin sonunda tərtərlilərin xahişi ilə Şəmistan Əlizamanlı sakinlərin alqışları altında canlı şəkildə "İgid əsgər, möhkəm dayan" mahnısını ifa etdi. Onun ifası insanları coşdurdu! Coşan tərtərlilər ifanı ayaq üstə alqışladılar...

Sonra Tərtər şəhər qəbiristanlığında torpağa tapşırılan Şəhid Nicat İsgəndərovun yasında iştirak etdik...

Tərtərli Qarabağ qazisi Suliddin Yusifovun "Qarabağ qaziləri" birliyinin sədri Etimad Əsədovla söhbəti zamanı Ağcabədi rayonundan olan Şəhid Dilsuz Qarayevlə bağlı dedikləri məni heyrətə gətirdi...



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor