"Hadruta tərəf gedirəm, bir nəfər də yoxdur..." - Rusiyalı jurnalist Qarabağdan xəbər verir |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 5-04-2016, 19:20 | Şərh sayı: (0) | Baxılıb: 198
"Hadruta tərəf gedirəm, bir nəfər də yoxdur..." - Rusiyalı jurnalist Qarabağdan xəbər verir
Qarabağda irimiqyaslı hərbi əməliyyatların başlanmasından sonra bir çox xarici KİV-lər öz reportyorlarını müharibə zonasına ezam ediblər. Onların əksər hissəsi təmas xəttinin digər tərəfində işləyir və xüsusən rusiyalı KİV nümayəndələri baş verənlərə dair təhrif olunmuş, ancaq erməni tərəfinin mövqeyini əks etdirən reportajlar yayırlar.
"Kommersant" qəzetinin hazırda Qarabağda olan rusiyalı jurnalist Andrey Borodulinlə əlaqə saxlayıb, ondan gördükləri və eşitdikləri haqda müsahibə götürüb:
- Andrey, sən indi hansı rayondasan, bu haqda deyə bilərsən?
- Stepanakertdən (Xankəndi) Hadrut şəhərinə tərəf gedirəm. Bu, Qarabağın cənubudur, ön xəttə yaxındır.
- Ziddiyyətli informasiyalar daxil olur. Təbii ki, hər iki tərəf öz uğurları haqda hesabat verir. Əslində, nə baş verir, sənə cəbhədən hansı məlumatlar gəlir?
- Deyə bilərəm ki, Dağlıq Qarabağın əsas şəhəri olan Stepanakerddə (Xankəndi) gecə də, səhər də sakitçilik idi. Baxmayaraq ki, Azərbaycan Müdafiə Nazirliyi şəhərə zərbələr endiriləcəyi haqda xəbərdarlıq edib , hazırda, demək olar ki, Qarabağın üçdə bir hissəsini keçmişik, cənub istiqamətində gedirik. Diqqəti nə cəlb edir? Yollarda heç bir istiqamətdə, nə o tərəfə, nə bu tərəfə bir dənə də olsun mülki nəqliyyat vasitəsi yoxdur. Eyni zamanda, heç bir hərbi maşın kalonu, hərbçilərin daşınması da gözə dəymir.
İtkilərə gəldikdə isə məntiqi olaraq tərəflərin heç birinə 100 faiz inanmaq olmaz, ancaq itkiləri gizlətmirlər və bu rəqəmlərdən məlum olur ki, doğrudan da, olduqca ciddi toqquşmalar gedir, çoxlu itkilər var.
Əgər Dağlıq Qarabağın "müdafiə nazirliyi"nin bəyanatına istinad etsək, onlar hazırda bütün canlı qüvvəni, yəni qoşunların 100 faizini səfərbər ediblər, üstəlik, könüllüləri cəlb edirlər.
- Tərəflər iriçaplı artilleriya tətbiq edirlər, Ermənistan Müdafiə Nazirliyi indicə bildirib ki, Azərbaycan "Smerç" reaktiv yaylım atəşi sistemini də tətbiq edib. Bu haqda nə deyərdin?
- Hələ bu yaylım atəşi haqda öz gözlərimlə görməmişəm, qulaqlarımla eşitməmişəm. Ona görə də nəsə deyə bilmərəm.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər