Ermənilər atəş açdı, Ağdam sakini yaralandı |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 23-01-2016, 08:03 | Şərh sayı: (0) | Baxılıb: 230
Ermənilər atəş açdı, Ağdam sakini yaralandı
Ağdamda mülki vətəndaş erməni gülləsinə tuş gəlib.
APA xəbər verir ki, hadisə bu gün rayonun Təzəkənd kəndi ərazisində baş verib.
Ağdam rayon Güllücə kənd sakini 1958-ci il təvəllüdlü Fərəcov Məhəmməd Fərəc oğlu, təsərrüfatında suvarma işləri apararkən ermənilərin açdığı atəş nəticəsində yaralanıb.
Yaralı Tərtər Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Yaxınlarının verdiyi məlumata görə, həkimlər ilkin tibbi yardım göstərdikdən sonra məlum olub ki, güllə dərini zədələyib, lakin daxilə keçməyib.
Hazırda M. Fərəcovun səhhətində heç bir problem yoxdur. O xəstəxanadan evə buraxılıb.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər