Cəbhədə baş verənlərə siyasilərin, vətəndaş cəmiyyəti fəallarının sosial şəbəkdəki reaksiyaları |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 2-04-2016, 23:39 | Şərh sayı: (0) | Baxılıb: 728
Cəbhədə baş verənlərə siyasilərin, vətəndaş cəmiyyəti fəallarının sosial şəbəkdəki reaksiyaları

Politoloq Ərəstun Oruclu sosial şəbəkədə fikirlərini bölüşərkən cəbhə xəttində baş verənləri kənar qüvvələrin müdaxiləsi ilә əlaqələndirib: “İllər boyu dediyimiz də budur ki, hər dəfə başımızı qaldırmaq istəyəndə Rusiya tulasını üstümüzə qısqırdır”.
Müsavat başqanı Arif Hacılı sosial şəbəkədəki fikirlərində təşvişə son qoyulmasına vurğu edib: “Tərtərdə ağır çaplı silahlardan atəş səslərinə görə, böyük narahatlıq var. Əhali vəziyyətin mahiyyətini bilmədiyi üçün vahimə içindədir. Səlahiyyət sahibləri, durmadan yerli əhalini məlumatlandırın! Nə etməli olduqlarını izah edin! Yerli hakimiyyət strukturlarını hərəkətə gətirin! Təşvişi durdurun!”
AXCP sədri Əli Kərimli isə sosial şəbəkədə hökumətə səslənərək müraciət ünvanlayıb: “Bir halda ki, işğalçı Ermənistan atəşkəsi pozub, torpaqlarımızın işğaldan azad olunmasını istəyirik! Ermənilərin və havadarlarının bu təxribatını fürsətə çevirməliyik. Müdafiə nazirimiz deyirdi ki, elə ilk toqquşmada düşmən qüvvələrinin 70% məhv edə bilərik. Biz nazirimizə inanmaq istəyirik. Onun bu sözlərinin reallaşmasını arzulayırıq. Buyurun, düşmənin səhvindən istifadə edin. Həm atəşkəsi pozduğuna görə, Ermənistanın beynəlxalq səviyyədə qınanılmasına nail olun, həm də torpaqlarımızı işğaldan azad edin. Düşmənə elə dərs verin ki, bir daha bizi atəşkəsi pozmaqla şantaj edə bilməsinlər. Müxalifətdən isə qətiyyən narahat olmayın. Biz Azərbaycanda dövlət qurmuş, Qarabağ üçün savaşmış, şəhidlər vermiş siyasi qüvvəyik. Ordumuza hər cür dəstək verməyə hazırıq”.
İqtisadçı ekspert Nazim Məmədov isə sosial şəbəkədə ciddi mövzuya diqqət yönəldib: “Ermənilərin beynəlxalq təşkilatlara müraciəti deməyə əsas verir ki, Azərbaycan ordusu düz istiqamətdə hərəkət edir! Bizə ancaq qələbə lazımdır, öz torpaqlarımızda anti-terror əməliyyatı aparırıq, bunun üçün nə Vaşinqtonun, nə Moskvanın, nə də Parisin icazəsi lazım deyil, nə də buna görə, bizə BMT sanksiya tətbiq edə bilməz!”
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər