Beynəlxalq məhkəmə Türkiyəyə görə İranı cərimələdi - 1 milyard dollar |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 3-02-2016, 01:57 | Şərh sayı: (0) | Baxılıb: 260
Beynəlxalq məhkəmə Türkiyəyə görə İranı cərimələdi - 1 milyard dollar
Beynəlxalq Arbitraj Məhkəməsi İranı 2011-2015-ci illərdə Türkiyəyə satdığı qazın qiymətini əsassız yerə artırmasına görə 1 milyard dollar cərimələyib.
Ixlas.Az xarici KİV-ə isitnadən xəbər verir ki, İranın neft nazirinin müavini Həmid Rza Araki faktı təsdiqləyib. Arakinin sözlərinə görə Türkiyəyə ödəniləcək kompensasiyanın məbləği dəqiq göstərilməsə də, onun 1 milyard dollara yaxın olacağı gözlənilir.
Tərəflər arasında qazın qiyməti ilə bağlı danışıqlar nəticə vermədikdən sonra 2012-ci ildə Türkiyə Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət etmişdi. Ankara Tehrandan 25%-lik qaz endirimi tələb edir.
İran Rusiyadan sonra Türkiyəyə qaz tədarük edən ikinci ölkədir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər