Kadırov Qroznıda İslam bankı yaratmaq niyyətində olduğunu bildirib |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 29-01-2016, 20:00 | Şərh sayı: (0) | Baxılıb: 159
Kadırov Qroznıda İslam bankı yaratmaq niyyətində olduğunu bildirib
Çeçenistan rəhbəri Ramzan Kadırov Qroznıda İslam bankının yaradılması planının müzakirə olunduğunu bildirib.
APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, Kadırov “İnstaqram” səhifəsində qeyd olunan məsələnin Birləşmiş Ərəb Əmirliklərinin MAZKORP şirkətinin nümayəndələri ilə müzakirə etdiyini bildirib.
Onun sözlərinə görə, məsələnin ilkin müzakirəsi aparılıb, tərəflər layihənin reallaşdırılmasına dair razılığa gəliblər.
Kadırov İslam bankının yaradılmasının bölgə üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib, “çünki respublikada BƏƏ kapitalının iştirakı ilə iri obyektlərin tikintisi həyata keçirilir”. İslam bankının olmaması bu işləri əngəlləşdirir.
Qeyd edək ki, noyabrda Dövlət Dumasında İslam bankının yaradılması təklifi irəli sürülmüşdü.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər