Gömrük nəzarəti sadələşdiriləcək |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 29-01-2016, 19:56 | Şərh sayı: (0) | Baxılıb: 218
Gömrük nəzarəti sadələşdiriləcək
Azərbaycan, Gürcüstan və Türkiyə gömrük prosedurlarını sadələşdirmək üçün ortaq mexanizm yaradacaqlar.
Bu mexanizmin əsas məqsədi yüklərin daşınmasını sürətləndirməkdir. Əsasən də Bakı-Tiflis-Qars dəmiryolu işə düşdükdən sonra daşımalarda bu yeniliyin faydası hiss olacaq.
ANS TV-nin məlumatına görə, məsələ Türkiyənin gömrük və ticarət naziri Bülənt Tüfəkçinin Gürcüstanın maliyyə naziri Nodar Xaduri ilə görüşündə müzakirə olunub.
Türk nazir deyib ki, Azərbaycan, Gürcüstan və Türkiyənin gömrük orqanlarının iştirakı ilə elektron gömrük mexanizmi tətbiq olunacaq.
Bakı-Tiflis-Qars dəmiryolunun həyata keçməsindən sonra isə bu xətt ilə yükdaşımaların sadələşdirilmiş formada gömrük tənzimlənməsi mümkün olacaq. Quru və dəniz daşımalarında da prosedurların asanlaşdırılması müzakirə olunur:
“Qafqaz tranzit koridoru və Xəzər dənizi ilə yüklərin daşınmasını sadələşdirmək məqsədilə bölgə ölkələri ilə gömrük sahəsində ortaq bir mexanizmin yaradılması istiqamətində işlər davam etdirilir”.
Bundan başqa TIR kovensiyasına uyqun daşınmaların sürətləndirilməsi üçün ilkin olaraq Gürcüstanla elektron TIR sazişi imalanıb.
Sazişə görə, TIR kitabçaları artıq kağız formada deyil, elektron olacaq.
Bu da buraxılış məntəqlərində yoxlamaların vaxtını qısaldacaq.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər