Gömrük bəyannamələrinə 70 faiz GÜZƏŞT |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 27-01-2016, 13:47 | Şərh sayı: (0) | Baxılıb: 293
Gömrük bəyannamələrinə 70 faiz GÜZƏŞT
Bəyannamələrinin tərtibinə görə xidmət haqqı endirildi
Dövlət Gömrük Komitəsi sahibkarlara müraciət edib. Musavat.com komitənin saytına istinadən xəbər verir ki, müraciətdə deyilir:
“Azərbaycan Respublikası Prezidentinin sahibkarlar üçün daha əlverişli şəraitin yaradılması, sahibkarlara dəstək və onlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi haqqında göstərişlərini nəzərə alaraq Dövlət Gömrük Komitəsi 27 yanvar 2016-cı il tarixdən mal və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üçün gömrük bəyannamələrinin tərtib edilməsinə görə xidmətlərə 70% güzəşt tətbiq edilməsi haqqında qərar qəbul edib.
Bu səbəbdən gömrük bəyannamələrinin tərtib edilməsinə görə xidmət haqqı 50 AZN-ə (ƏDV daxil deyil) endirilib”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər