İslam oyunlarının proqramı dəyişdi |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 28-01-2016, 15:21 | Şərh sayı: (0) | Baxılıb: 246
İslam oyunlarının proqramı dəyişdi

Dəyişikliyə əsasən mayın 12-22-də baş tutacaq İslamiadada klassik basketbol olmayacaq.
Əvvəlcə proqramda olan idmanın bu növünü yeni növ əvəzləyib. Bakı-2015-də olduğu kimi, İslamiada-2017-də də basketbolçular 3X3 növündə mükafatçıları müəyyənləşdirəcəklər.
Azərbaycan burada həm kişilərin, həm də qadınların yarışında qüvvəsini sınayacaq. Artıq bu məqsədlə hazırlığa başlayan komandalarımız Avropa çempionatına da qatılacaqlar.
Qeyd edək ki, 2005-ci ildə Səudiyyə Ərəbistanının Məkkə şəhərində keçirilən I İslam Həmrəylik Oyunlarında klassik basketbolda Azərbaycan millisi tarix yazmışdı. Həmin vaxt Rimas Kurtinaytisin rəhbərlik etdiyi yığmamız yarışın ilk qızıl medalına yiyələnmişdi.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər