Kanada höküməti Tehranda səfirlik açmağa hazırlaşır |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 27-01-2016, 10:29 | Şərh sayı: (0) | Baxılıb: 237
Kanada höküməti Tehranda səfirlik açmağa hazırlaşır
Kanada höküməti İrana qarşı sanksiyaları ləğv etməyə və Tehranda səfirlik açmağa hazırlaşır. "Report" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, bunu Kanadanın Xarici işlər naziri Stefan Dion bildirib.
Onun sözlərinə görə, "sanksiyaların heç bir müsbət məqamı" yoxdur. "Biz sanksiyaları ləğv edəcəyik, ancaq İrana qarşı inamsızlıq davam edəcək. Tehran bizim müttəfiqimiz ola bilməz", - deyə kanadalı nazir vurğulayıb.
Qeyd edək ki, rəsmi Ottava Tehrana qarşı sanksiyaları 2010-cu ildə tətbiq etməyə başladı.
Xatırladaq ki, Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) İranın nüvə proqramına dair yaydığı hesabatın ardınca Vyanada keçirilən birgə mətbuat konfransında Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini Avropa İttifaqının İrana qarşı tətbiq etdiyi sanksiyaları aradan qaldırdığını elan edib.
ABŞ Prezidenti Barak Obamanın da İran üzərindən sanksiyaların götürülməsinə dair müvafiq sənədi imzalaması barədə xəbərlər yayılıb.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər