MN: "Ötən il Silahlı Qüvvələrdə xəstəlikdən ölüm faktı qeydə alınmayıb" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 21-01-2016, 17:14 | Şərh sayı: (0) | Baxılıb: 260
MN: "Ötən il Silahlı Qüvvələrdə xəstəlikdən ölüm faktı qeydə alınmayıb"

APA-nın xəbərinə görə, bunu Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi, general-mayor Natiq Əliyev “Azərbaycan ordusu” qəzetinə müsahibəsində deyib. O qeyd edib ki, dövlət rəhbərliyinin diqqəti və qayğısı sayəsində hərbi hissələrdə məişət şəraitinin yaxşılaşdırılması və keyfiyyətli qida təminatı, tibbi-profilaktik tədbirlər hərbi qulluqçular arasında rast gəlinə biləcək xəstəlik hallarını minimuma endirib: “Bu gün ölkəmizdə mövcud olan müasir hərbi səhiyyə sistemi ən ağır ürək cərrahiyyəsi əməliyyatlarının Baş Klinik Hospitalda uğurla həyata keçirilməsinə zəmin yaradır. əgər əvvəlki illərdə hər il 20-30 nəfər hərbi qulluqçumuz əməliyyat olunmaq üçün Gülhanə Hərbi Tibb Akademiyasına göndərilirdisə, hazırda bir nəfər xəstənin belə başqa yerə təxliyəsinə ehtiyac yoxdur. Dövlətin hərbi səhiyyənin inkişafına verdiyi önəmin nəticəsidir ki, vaxtilə çarəsi tapılmayan xəstəliklər də özümüzdə müalicə olunur”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər