Daha 3 nardaranlı azadlıqda |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 25-01-2016, 22:47 | Şərh sayı: (0) | Baxılıb: 249
Daha 3 nardaranlı azadlıqda
Nardaranda inzibati qaydada həbs olunan daha 3 nəfər qəsəbə sakini azadlığa buraxılıb.
Trend.az-ın məlumantına görə, bu barədə Nardaran sakinləri məlumat verib.
Məlumatda bildirilir ki, Nardaran hadisələrindən sonra ümumiyyətlə inzibati qaydada həbs olunan şəxslərin hamısının həbs müddəti başa çatıb və onlar azadlığa buraxılıb.
Qeyd edək ki, Nardaran hadisələrindən sonra inzibati qayda pozuntusuna yol verən 71 nəfər Nardaran sakini inzibati qaydada həbs olunmuşdu. Sonradan isə daha 3 nəfər barəsində inzibati həbs qərarı çıxarılmışdı. Ötən həftə inzibati həbs müddəti başa çatan 71 nəfər azadlığa çıxsa da, digər 3 nəfərin həbs müddəti başa çatmadığından onlar Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində saxlanılırdı.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər