Səudiyyə Ərəbistanı 1000 şallaq cəzası verdiyi blogerin bacısını da həbs etdi |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 14-01-2016, 08:08 | Şərh sayı: (0) | Baxılıb: 284
Səudiyyə Ərəbistanı 1000 şallaq cəzası verdiyi blogerin bacısını da həbs etdi
2012-ci ildə qadınların hüququ üzrə beynəlxalq mükafata layiq görülmüş hüquq müdafiəçisi Samar Bədəvi Səudiyyə Ərəbistanında həbs olunub.
Avropa.info xəbər verir ki, o, dörd saatlıq sorğu-sualdan sonra Darhan həbsxanasına göndərilib.
Bu həbsxanada onun qardaşı, müxalif bloger Rauf Bədəvi də saxlanılır. 2014-cü ilin may ayında şəriət məhkəməsi onu 10 il həbs cəzasına, 266 000 dollar təzminat ödəməyə, 1000 şallaq cəzasına məhkum edib.
Samar Bədəvinin həbsi haqda Kanadada yaşayan əri Riaf Ənsaf Heydər məlumat verib. Bədəvi həbsdə olan keçmiş əri Valid Əbu Hayranın həbsxanadan çəkilmiş fotosunun sosial şəbəkədə paylaşdıqdan sonra həbs olunub. Onun kimi insan hüquqları müdafiəçisi olan keçmiş əri daha əvvəl 15 il həbs cəzasına məhkum olunub.
“Amnesty International” təşkilatı bu barədə bəyanat yayıb:
“Bu hadisə Səudiyyə Ərəbistanının vətəndaş hüquqları müdafiəsi ilə bağlı götürdüyü öhdəliklərə necə alçaldıcı şəkildə yanaşmasının yeni bir nümunəsidir. Ər-Riyad növbəti dəfə sübut etdi ki, istənilən dinc müqavimət etirazını boğacaq”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər