Rusiyada Naxçıvan xanlığına məxsus bayraq aşkar edilib |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 7-01-2016, 19:26 | Şərh sayı: (0) | Baxılıb: 290
Rusiyada Naxçıvan xanlığına məxsus bayraq aşkar edilib
Rusiyanın Sankt-Peterburq şəhərində "Artilleriya, Mühəndis və Rabitə Qoşunları Hərb Tarixi Muzeyi"nin bayraq fondunda aparılan tədqiqat nəticəsində Azərbaycanın Naxçıvan xanlığına məxsus olan və indiyədək məlum olmayan bayraq aşkar edilib. Milli.Az bildirir ki, bu barədə Report-a Milli Azərbaycan Tarixi Muzeyindən məlumat verilib.
Məlumata görə, Sankt-Peterburq şəhərində ezamiyyətdə olan muzeyin əməkdaşı Pərvin Gözəlovun aşkarladığı Naxçıvan xanlığının üçüncü bayrağı 1827-ci ildə xanlığın işğalı zamanı rus qoşunları tərəfindən alınıb və general İ.Paskeviç tərəfindən Sankt-Peterburqa göndərilib.
Artilleriya, Mühəndis və Rabitə Qoşunları Hərb-Tarixi Muzeyinin fondunda bu bayraq "XVIII-XIX əsr müsəlman bayrağı" adı ilə saxlanılır.
Qeyd edək ki, Naxçıvan xanlığının üçüncü bayrağı düzbucaq formadadır. Eni 92, uzunluğu 192 sm olan bayraq bir-birinə üfqi şəkildə tikilən yaşıl və qırmızı parçadan ibarətdir. Bayrağın yaşıl hissəsində qırmızı parçadan günəşin simvolik təsvirinə bənzər səkkizgüşəli ulduz tikilib. Şam ağacından hazırlanan bayraq ağacının üzərinə dəmirdən düzəltdirilən nizəvari formada, ortasında içi boş kürəcik olan bayraq ucluğu taxılıb.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər