RSS
 

Login:
Şifrə:
» » Sağlamlıq imkanı məhdud uşaqların müəyyənləşməsində yeni meyarlar təsdiqləndi

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Sağlamlıq imkanı məhdud uşaqların müəyyənləşməsində yeni meyarlar təsdiqləndi

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 6-01-2016, 09:51 | Şərh sayı: (0) | Baxılıb: 900

Sağlamlıq imkanı məhdud uşaqların müəyyənləşməsində yeni meyarlar təsdiqləndi


Sağlamlıq imkanı məhdud uşaqların müəyyənləşməsində yeni meyarlar təsdiqləndi


Azərbaycanda uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunmasının yeni meyarları müəyyən edilib.

Ixlas.Az APA-ya istinadən bildirir ki, bu, "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"də əksini tapıb. Əsasnaməyə əsasən, uşaqların sağlamlıq imkanlarının məhdudluğu neyroinfeksiya, kəllə-beyin travması (KBT) nəticəsində nəzərəçarpan hərəki, psixi və nitq pozuntuları, davamlı, nəzərəçarpan hərəki pozuntular (ətrafların parezi, generalizə olunmuş hiperkinezlər, koordinasiya pozulmaları və s.), davamlı nitq pozuntuları: alaliya, afaziyanın kompensasiya olunmayan forması, ağır formalı dizartriya, onurğa beyninin zədələnməsi nəticəsində çanaq orqanlarının funksiya pozulmaları, epilepsiya və davamlı, terapevtik rezistent epilepsiyaya oxşar hallar (ayda 1 və ya daha çox böyük tutmalarla) və ya tez-tez təkrarlanan (həftədə 2-3 dəfə) kiçik və ya qıcolmasız tutmalar, dayanıqlı psixotik hallar (6 ay və daha artıq davam edən hallar), eşitmə, görmə, nitq, dayaq-hərəkət aparatının və digər sistem və ya orqanların nəzərəçarpan pozulmaları ilə və ya davranışın patoloji forması ilə müştərək debillik dərəcəsində ağıl zəifliyi, autism, hər iki gözün görmə itiliyinin zəifləməsi, yaxşı görən gözdə görmə itiliyinin korreksiya ilə 0.2-dən aşağı olması və ya görmə sahəsinin 25 dərəcəyədək konsentrik daralması, qırtlaq və traxeyanın anadangəlmə və ya qazanılmış xəstəlikləri nəticəsində sərbəst tənəffüsün traxeostomik borusuz mümkün olmaması, ağır gedişli bronxial astma, mədə-bağırsaq traktının, qaraciyərin və öd yollarının xəstəliyi, yaxud inkişaf qüsurları nəticəsində həzmin və ya qaraciyərin funksiyalarının nəzərəçarpan, dayanıqlı pozulmaları, ürəyin ritm pozulmaları (o cümlədən kardiostimulyator implantasiyası ilə) nəticəsində sinkopal vəziyyət, durğunluq tipli II-III dərəcəli ürək çatışmazlığı və ya xroniki nəzərəçarpan hipoksemiya ilə fəsadlaşmış anadangəlmə və qazanılmış xəstəlikləri, böyrəklərin nəzərəçarpan dayanıqlı funksiya pozulmaları, böyrək toxumasında patoloji prosesin yüksək fəallıq dərəcəsi, davamlı, II-III dərəcəli tənəffüs çatışmazlığı və ya kəskin intoksikasiya ilə müşayiət olunan ağciyər və döşdaxili limfa vəzlərinin vərəmi, qanın anadangəlmə və irsi xəstəlikləri (ildə 1 və daha çox krizlərlə və hemoqlobinin 100 q/l-dən aşağı enməsi ilə), hemorragik vaskulit nəticəsində baş vermiş, iki aydan çox davam edən və hər il təkrar olunan patoloji hallar, dəri örtüyünün və ya selikli qişanın genişhəcmli zədələnmələri (xoraları, eritrodermiya, çapıqlar və s.) nəticəsində çeynəmə, udma, defekasiya funksiyalarının pozulmalarına, sosial dezadaptasiya və fiziki aktivliyin kəskin məhdudlaşmasına səbəb olan patoloji hallar, birləşdirici toxumanın diffuz, yüksək fəallıq səviyyəsi ilə keçən, 3 aydan çox davam edən və hər il təkrarlanan xəstəlikləri nəticəsində baş vermiş patoloji hallar, müəyyən xəstəliklərin müalicəsi məqsədi ilə güclü təsir edən dərman preparatlarının uzunmüddətli tətbiqi nəticəsində baş vermiş, 3 aydan artıq davam edən və terapevtik korreksiya tələb olunan patoloji hallar (maddələr mübadiləsinin pozuntusu, qanın formulunun dəyişilməsi və s.), bədxassəli törəmələr, cərrahi və digər növ müalicədən sonrakı hal, həyat fəaliyyətinin qismən pozulması və sosial dezadaptasiyaya səbəb olmuş, anadangəlmə və ya irsi xəstəlik və sindromlar, cərrahi əməliyyatdan sonra uzunmüddətli sağalma və reabilitasiya müalicəsi tələb olunan hallarında müəyyən edilir. Bu hallarda 18 yaşadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu 18 yaşından yuxarı olmamaqla 3 il müddətinə müəyyən edilir.

Uşaqların sağlamlıq imkanlarının məhdudluğu bir və ya daha artıq ətrafın nəzərəçarpan dərin parezi və ya iflici, dayanıqlı yayılmış hiperkinezlər (ikili atetoz, xoreoatetoz tipli) nəzərəçarpan koordinasiya pozulmaları, dayanıqlı, terapiya cəhətdən iki ildən çox rezistent olan qıcolmalar, imbesillik və idiotiya dərəcəsində olan oliqofreniya və ya digər mənşəli ağıl zəifliyi, daun sindromu, anadangəlmə lal-karlıq, eşitmə funksiyasının olmaması (III-IV dərəcəli neyrosensor ağıreşitmə), görmə orqanının ikitərəfli, davamlı, bərpaolunmaz, anadangəlmə və ya qazanılmış xəstəlikləri (görmə itiliyinin yaxşı görən gözdə korreksiya ilə 0.2-dən aşağı olması və ya görmə sahəsinin 25 dərəcəyədək konsentrik daralması), bir gözün olmaması və ya tam korluğu, maddələr mübadiləsinin xüsusi pəhriz tələb edən anadangəlmə, irsi xəstəlikləri, hidrosefaliyaya görə şuntlama əməliyyatından sonrakı hal, bronx-ağciyər sisteminin anadangəlmə və ya irsi xəstəlikləri (mukovissidoz, xroniki gedişli alveolitlər və ya ağciyərin digər disseminasiyalı xəstəlikləri), dayanıqlı II-III dərəcəli tənəffüs çatışmazlığı ilə müşayiət olunan anadangəlmə və ya qazanılmış xroniki ağciyər-bronx xəstəlikləri, hormon asılılıqlı bronxial astma, ürəyin inkurabel xəstəlikləri, durğunluq tipli II-III dərəcəli ürək çatışmazlığı ilə, anadangəlmə və qazanılmış xəstəliklər nəticəsində qaraciyər funksiyasının nəzərəçarpan, dayanıqlı, bərpaolunmaz pozulmaları, xroniki böyrək çatışmazlığı, bədxassəli hipertoniya, böyrək mənşəli şəkərsiz diabet, inkurabel bədxassəli törəmələr, üzvün funksiyasını pozmuş, cərrahi müalicəsi mümkün olmayan xoşxassəli törəmələr, müalicəsi mümkün olmayan daimi sidik, nəcis və sidik tənasül fistulları, sidik və nəcissaxlamanın pozulmaları, daxili orqanların (ağciyər, qaraciyər, böyrəklər, sidik kisəsi və s.) çıxarılması, rezeksiyası və ya olmaması, həmçinin inkişafdan qalması nəticəsində funksiyaların dayanıqlı pozulması ilə nəticələnmiş patoloji hallar, anadangəlmə qüsurlar (orqanların tam və ya qismən aplaziyası), üz skeleti və əzələlərin qazanılmış defekt və deformasiyaları nəticəsində tənəffüs, çeynəmə, udma, nitq funksiyasının pozulması, dayaq-hərəkət aparatı orqanlarının nəzərəçarpan, dayanıqlı bərpaolunmazpozulmaları, bir ətrafın güdülü, birinci barmaq da daxil olmaqla əlin üç və ya onsuz dörd barmağının olmaması, həmin barmaqların kəskin kontrakturası və ya daha yuxarıdan amputasiyası nəticəsində əlin güdülü, kəllə sümüyünün genişölçülü sümük defekti, ankilozlarla, kontrakturalarla, patoloji sınıqlarla, skeletin deformasiyası ilə nəticələnmiş skeletin sistem xəstəlikləri, dayaq-hərəkət aparatının inkişaf qüsurları, habelə əzələlərin patoloji dəyişiklikləri və sümük toxumasının iriölçülü destruksiyaları nəticəsində fiziki aktivliyin kəskin məhdudlaşması və ya hərəkətin və özünəxidmətin mümkün olmaması, onurğanın və döş qəfəsinin II dərəcəli tənəffüs çatışmazlığı və ya dayaq-hərəkət aparatının nəzərəçarpan funksiya pozuntusu ilə müşayiət olunan III-IV dərəcəli deformasiyaları, daxili sekresiya vəzilərinin funksiya çatışmazlığı, şəkərli diabet (insulindən asılı forması), şəkərsiz diabet, İtsenko-Kuşinq xəstəliyi, böyrəküstü vəzin çatışmazlığı (Addison xəstəliyi, total adrenoektomiyadan sonrakı hal, böyrəküstü vəzilərin qabığının anadangəlmə disfunksiyası), hipofizar nanizm, qazanılmış və ya anadangəlmə ağır formalı hipotireoz, hipoparatireoz, IV dərəcəli piylənmə, ağır formalı toksiki diffuzzob, leykoz, limfoqranulomatoz, histiositoz, qanyaranmanın anadangəlmə və ya qazanılmış hipoplastik və aplastik vəziyyəti (hemoqlobinin 100 q/l-dən aşağı olması, trombositlərin 1 kub/mm-də 100.000-dən aşağı olması, leykositlərin 1 kub/mm-də 4000-dən az olması), koaqulopatiya və trombositopatiyanın ağır formaları, trombositopenikpurpura, ardıcıl residivli gediş, ağır hemorrogikkrizlərlə(qanda 1 kub/mm-də trombositlərin 50000-dən az olması), talassemiya, anadangəlmə immunçatışmazlığı, ağır kombinə olunmuş immunçatışmazlığı, aqammaqlobulinemiya, hipoqammaqlobulinemiya, septik qranulematoz, limfa vəzilərinin ağciyərlərin, qaraciyərin və başqa orqanların residivli bakterial yoluxmaları, hiperimmunoqlobulinemiya - E sindromunun dərialtı toxumanın, ağciyərlərin, qaraciyərin və başqa orqanların "soyuq absesləri" ilə müşayiət olunması, immunoqlobulin E-nin qanın zərdabında 1000 KED/l-dən yüksək olması, qazanılmış immunçatışmazlığı, klinik təzahürlərlə hallarında da müəyyən edilir. Bu hallarda 18 yaşadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu 18 yaşınadək müəyyən olunur. 18 yaşının tamam olmasına 6 ay və ondan daha az qalan uşaqların sağlamlıq imkanlarının məhdudluğu 18 yaşınadək müəyyən edilir.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor