BMT-nin xüsusi elçisi: İŞİD Liviyada üç istiqamətdən hücuma keçib |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 24-12-2015, 05:39 | Şərh sayı: (0) | Baxılıb: 218

BMT-nin xüsusi elçisi: İŞİD Liviyada üç istiqamətdən hücuma keçib
İŞİD terror təşkilatı Liviyada üç istiqamətdən hücuma keçib.
APA-nın TASS agentliiynə istinadən verdiyi məlumata görə, bunu BMT baş katibinin Liviya üzrə xüsusi elçisi Martin Kobler bəyan edib.
Onun sözlərinə görə, silahlıların əsas qüvvələri Sirt şəhəri ətrafında cəmləşib: “Burada onlar insanlara işgəncə verir, başlarını kəsirlər. Həmçinin terrorçular Tripoli şəhəri və Ras-Lanuf neft terminalı istiqamətində əraziləri ələ keçirməkdə davam edirlər”.
M.Kobler vurğulayıb ki, Liviyanın cənubunda İŞİD-in qarşısı alınmasa, Niger və Çad ərazisində fəaliyyət göstərən “Boko Haram” və digər qruplaşmalarla birləşə bilər.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər