Dövlət Komissiyası işçi axtarır |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 19-12-2015, 20:13 | Şərh sayı: (0) | Baxılıb: 407
Dövlət Komissiyası işçi axtarır
Azərbaycan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu mütəxəssislərinin işə qəbulunu elan edib.
Bu barədə "Report"a Komissiyadan məlumat verilib. İşə dəvətlə bağlı tələblərə şəxsin ali təhsilli, Azərbaycan, ingilis və rus dillərini (digər Avropa dillərini bilmək üstünlük sayılacaq) mükəmməl bilən, MS Office (Access, PowerPoint, Word, Excel); Adobe Photoshop; Adobe Corel Draw; Adobe PhotoPaint; Acrobat Reader kompüter proqramlarında, internet şəbəkəsində və ofis avadanlıqlarında sərbəst işləmək bacarığının olması daxildir. Müraciət edənlərin yaş həddi 40-a qədər olmalıdır.
Məlumatlar (telefon nömrələri göstərilməklə) Dövlət Komissiyasının rəsmi e-mail ünvanına (info@human.gov.az) göndərilməlidir.
Qeyd edək ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri general-leytenant Mədət Quliyevdir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər