"Günəşli"dəki yanğını ram etməyə az qaldı |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 13-12-2015, 23:50 | Şərh sayı: (0) | Baxılıb: 273
"Günəşli"dəki yanğını ram etməyə az qaldı
"Günəşli" yatağının 10-cu özülündə davam edən yanğının qarşısının alınmasında əsaslı dönüş qeydə alınıb.
Dövlət Neft Şirkətindən anspress-ə verilən məlumata görə, şirkət mütəxəssisləri, prosesə cəlb olunmuş amerikalı mühəndislərlə birlikdə iki günlük çalışmadan sonra xüsusi kollektoru çiləmə sisteminə yerləşdirməyə nail olublar. Bu üsulun əhəmiyyəti ondan ibarətdir ki, su təzyiqlə dənizin təkində qaz quyusuna, qazın çıxdığı yerə birbaşa vurulacaq. Bununla da borunu soyutmaq mümkün olacaq ki, mütəxəssislər onun üzərində işləyə və güclü təzyiqlə çıxan qazın qarşısını almaq üçün borunun ağzını bağlaya bilsinlər.
Bundan sonra yanğınla mübarizə daha sabit və daha təhlükəsiz, başlıcası isə daha səliqəli şəkil alacaq. Suyun quyuya vurulmasına ötən gün başlanmalı olsada, tez-tez dəyişən hava şəraiti müəyyən çətinliklər yaratdığından proses bu günə qədər təxirə salınıb.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər