RSS
 

Login:
Şifrə:
» » "Xəstə qardaşı televizorun qabağında dayanıb, xoş xəbər gözləyir"

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






"Xəstə qardaşı televizorun qabağında dayanıb, xoş xəbər gözləyir"

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 11-12-2015, 10:05 | Şərh sayı: (0) | Baxılıb: 1094

"Xəstə qardaşı televizorun qabağında dayanıb, xoş xəbər gözləyir"


"Xəstə qardaşı televizorun qabağında dayanıb, xoş xəbər gözləyir"


Belə bir söz var, deyərlər ki, hər ölüm vaxtsız ölümdür. Bu dəfə ölüm hələ övladlarının barını görməmiş neçə-neçə cavan insanın həyatına qıydı, ailəsinin, qohum-əqrəbasının, yaxınlarının gözünü yolda qoydu. Altmış üç neftçinin çalışdığı "Günəşli" yatağı alovlara qərq oldu. Bu alovların ağrı-acısı neftçilərimizin doğmalarını və bütün ölkəni cənginə aldı.

Bu gün faciənin ağrı-acısını bütün ölkə çəkir. Qəzanın baş verdiyi günün səhərisi altmış üç nəfərin yarısı tapılsa da, hadisədən bir həftəyə yaxın vaxt keçməsinə baxmayaraq hələ də tapılmayan neftçilərimiz, gözü yolda qalan insanlarımız var.

İtkin düşən neftçilərdən biri də Qazax rayon Ağköynək kənd sakini Xalid İbrahimovdur. Xalid üç uşaq atasıdır: iki qızı, bir oğlu var. Oğlu hələ orta məktəbin onuncu sinfində oxuyur.
"Yeni Müsavat" qəzeti olaraq ailənin dərdinə şərik olmaq üçün qəhrəmanımızın yaşadığı evə baş çəkəndə qapıya bağlanmış qara parçanı görüb elə bildik, öldüsü, qaldısı çıxmamış onun ölümüylə barışıblar. Bizi qarşılayan qonşu Xalidin bibisinin qırxının hələ təzə çıxdığını dedi. Evə daxil olanda yazımızın qəhrəmanının yaxınları, qohum-qonşuları yığışmışdılar. Çəkilmiş xatirə şəkillərini stolun üstünə sərib haqqında xatirələrini danışır, xoş sözlər deyir, hələ də haqqında doğru-dürüst məlumat ala bilmədikləri Xalidi yad edirdilər. Həyat yoldaşı Kifayət xanım və övladları ona bir addım daha yaxın olmaq üçün Bakıya getmişdilər.

Qardaşı İlhamın həyat yoldaşı Əsli xanımın dediyinə görə, Xalid o təhər zirək oğlan olub ki, yanğına can verəcəyinə, suda batacağına inanmaqları gəlmir. Xəstə qardaşı bir an belə ayrılmadan televizorun qabağında dayanıb, xoş xəbər gözləyir: "Allah bizə o dərdi göstərməsin, ümid edirik ki, sağdır. Qardaşları da dözməz o dərdə... Böyük gəlinəm, onu öz əllərimlə saxlamışam, qucağımda böyütmüşəm. Mən bu ocağa gəlin gələndə o, üçüncü sinfə gedirdi. Elə bilirəm, öz övladımdır. Heç cür dözə bilmirəm. Mənim yoldaşım insult olub. Xalid öz həyat yoldaşına deyirdi, qardaşıma bir şey olsa, dözə bilmərəm, o dəqiqə ölərəm, ay Kifayət. O, qazandığını gətirib verirdi qardaşının dərmanlarına. Elə indi də qardaşını dərmanla sakitləşdirirəm. Deyirlər, Xalid axtarılır. Qayınlarım da, baldızlarım da, yoldaşı da, qohum-əqrəbanın çoxu da Bakıdadır. Elə qalan bircə böyük qardaşıdır ki, o da insultdur. Televizorun qabağında oturub, xoş xəbər gözləyir. O da mümkün deyil. Heç kəsdən xəbər yoxdur".

Əsli xanım deyir, Xalid çox bilikli adam olub, həm də zəhmətkeş: "Onun hər barmağı qızıl idi, başı kompüter. Xəbəri gələndə dedim, vallah, mən heç inanmıram ki, qaynımın başına belə bir iş gələ. Çünki o bildiyini bu boyda Ağköynəkdə bir adam bilmir. Özünün traktoru, otbağlayanı, kotanı var idi. On beş gün dənizdə, on beş gün kənddə-kəsəkdə işləyirdi, bircə saat bir yerdə dayanmırdı o adam. Hər şeydən başı çıxırdı; kimin qazı qırılırdı, kimin suyu gəlmirdi, özünü salırdı o dəqiqə. Qapı-qonşuya, hamıya, hər kəsə köməyi dəyirdi".
Şamoy Çobanov adına Ağköynək orta məktəbinin direktoru Səfurə Rəhimova da şagirdi və şagirdlərinin atası Xalid haqqında xoş sözlər deyir.

Bu cür ağır hadisənin onun başına gəlməsindən onu tanıyan hamı kimi sarsılıb, baş verənlərin gerçək olduğunu qəbul edə bilmir: "Uşaqlığından gözümün qabağında böyüyüb. Həm özü, həm onun övladları şagirdim olublar. Xalid həm şagird kimi, həm valideyn kimi, həm bir eloğlu kimi o qədər gözəl bala idi, o qədər gözəl insan idi ki, ümidim var, onun bizi sevindirəcəyinə, Allahın köməyi ilə tapılıb gələcəyinə inanıram.

Üç ağıllı, kamallı, savadlı övlad atasıdır. Yoldaşı bizim məktəbdə işləyir. O, özü gözəl insan, gözəl ailə başçısıdır, Allahdan istəmişəm, onun kölgəsi balalarının üstündən əskik olmasın. Ayın dördündən bu günə bir dəqiqə yadımdan çıxmır. O qədər həyəcan keçirirəm ki... Hamıya əl tutan, hörmət qazanan insanın taleyi niyə belə olsun?!"

Əmisi oğlunun həyat yoldaşı Məhluqə xanım deyir, Xalid axırıncı dəfə həyat yoldaşı Kifayət xanımla danışaraq deyib ki, sızma var, telefonuma zəng çatmasa, narahat olma: "Altıya on dəqiqə işləmiş danışıb. Həyat yoldaşı deyir, telefonu götürəndə Xalid dedi, Kifayət, qaz sızması var, ola bilər, telefonuma zəng çatmasın, narahat olma. İndi geyimimizi geyindirib hazırlayırlar, yəqin ki, bizi qayığa çıxaracaqlar. Axırıncı sözü bu olub".

Bir azdan Xalidin dayısı Nizami və onun oğlu Asif Tağıyev gəldi. Nizami dayı deyir, o, hamımızın baş ucalığı idi, heç inana bilmirik: "Xəbəri televiziyadan eşidib gəlmişik. Heç bilmirəm, nə deyim. Nitqim tutulub, danışa bilmirəm. Gərək belə olmayaydı. Cavan oğlan idi, adamın inanmağı gəlmir. Kaş xoş bir xəbər eşidək".

Kənd camaatının hörmətini qazanmış Xalid haqqında danışarkən kənd sakini Səyalı Vəliyeva göz yaşları içində onun yoxluğunu bu cür ifadə edir: "Elə bil, Ağköynək kəndinin sağ gözü töküldü, a bala, ay oğul. Xalid elə bir oğlanıydı. Bircə ümidim odur ki, elədiyi yaxşılıqlar qabağına durar, Allahın köməkliyi ilə qayıdar".

Qonşu Səlminaz Vəliyeva danışanda bildik ki, bizdən bir az qabaq Xalidin ata-anasının qəbirüstündən gəliblər: "Getmişdik onlara yalvaraq ki, sizin körpənizdir, yaxın qoymayın, qəbul etməyin bu qəbristanlığa onu... İşığını özümüz yandırırıq, qapısını özümüz açırıq. Vaxt uzandıqca ümid üzülür". Bu dəm qadınlardan biri Səlminaz xanıma xitabən deyir, şeirini oxu, ay Səlminaz, yox yerdən şeir yazıbsan, oxu: "Təskinlik üçün söz tapa bilmədim, o yana, bu yana vurnuxdum. Mən şair deyiləm, qərənfilləri dənizdə görəndə tamam ümidim üzüldü, hadisənin şokundan qələm şeir yazdım:

Xalid, qəlbimizdə qalmısan inan,
Səni unutmarıq heç vaxt, heç zaman,
Allah heç bir zaman qıymasın sənə,
Hələ nə yaşın var, cavansan, cavan.
Gəl, yenə tıqqıldat dəmiri, daşı,
Gəl, qaldır yuxudan dostu, tanışı.
Sən bizə qıymazsan, bilirik bunu,
İstəməzsən kimsə töksün göz yaşı.
Qızların axtarır, oğlun gözləyir,
Gəl, yazıqdır yarın, ağlatma onu.
Dəniz də "ey Xalid"! - deyə səsləyir,
Budurmu, ey fələk, dünyanın sonu?!"

Ayrılanda qonşulardan biri göz yaşı içində arxamızca səslənir ki, elə yazın, Xalid səsimizi eşidib geri gəlsin, gözümüzü yolda qoymayın: "Yazın, deyin ki, ay dağılmışın oğlu, sən gedəli əsir-yesir olmuşuq, qayıt gəl".

"Yeni Müsavat"



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor